919) Parodontologiyada istifadə olunan funksional diaqnostika metodları hansılardır?
A) Polyaroqrafiya
B) Reoparodontoqrafiya, osteometriya
C) Reoparodontoqrafiya, osteometriya, polyaroqrafiya, biomikroskopiya;
D) Reoqrafiya
E) Reoparodontoqrafiya, polyaroqrafiya
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
920) Kataral gingivitin klinik əlamətləri hansılardır?
A) Diş ərpinin olması, diş əti qanaxmaları
B) Diş əti qanaxmaları, dişlərin boynunda hiperesteziya
C) Diş əti qanaxmaları
D) Dişlərin boynunda hiperesteziya
E) Şişkinlik və diş əti kənarının, dişlərarası məməciklərin hiperemiyası, diş əti qanaxmaları, patoloji diş əti cibinin olmaması
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
921) Hipertrofik gingivitin şişkin formasının əsas klinik əlamətləri hansılardır?
A) Diş əti məməciklərinin böyüməsi, ödemləşməsi, hiperemiyası, basdıqda qanaması, zondlama zamanı ciblərin aşkarlanması
B) Diş əti məməciklərinin böyüməsi, bərkləşməsi, toxunduqda qanaması
C) Diş əti məməciklərinin böyüməsi, göyümtül rəngə çalması, səthinin parlaq olması və toxunduqda dərhal qanaması, basdıqda isə izlərin qalması
D) Toxunduqda qanama
E) Yalançı diş əti ciblərinin olması
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
922) Hipertrofik gingivitin fibroz formasının klinik əlamətləri hansılardır?
A) Qanaxmalar və termiki qıcıqlardan ağrılar
B) Diş əti məməcikləri böyümüş, bərkimiş, iç səthində xoracıqlar olur, zondlama zamanı yalançı diş əti cibləri aşkarlanır
C) Diş əti məməcikləri göyümtül rəngdə, şişkin olur, toxunduqda qanayır, dişlər üzərində çoxlu miqdarda diş ərpi və diş daşları təyin edilir
D) Dərin diş əti cibləri mövcud olur
E) Diş əti məməcikləri böyümüş, göyümtül rəngdə olur, toxunduqda qanayır
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
Dostları ilə paylaş: |