Üz–çənə cərrahiyyəsi


) Kəskin-xoralı gingivitin differensial-diaqnostikasında ən vacib əlamətlər hansılardır?



Yüklə 1,01 Mb.
səhifə161/173
tarix25.01.2023
ölçüsü1,01 Mb.
#80851
1   ...   157   158   159   160   161   162   163   164   ...   173
uz cene cerrahiyyesi

923) Kəskin-xoralı gingivitin differensial-diaqnostikasında ən vacib əlamətlər hansılardır?

A) Toxunduqda qanaxmalar


B) Dərin diş əti ciblərinin mövcudluğu
C) Diş əti məməciklərinin hiperemiyası, şişkinliyi, diş əti ciblərinin mövcudluğu, məməciklərin daxili səthlərində xoralaşmalar
D) Diş əti kənarının yayılmış xoralaşması, məməciklərin zirvəsinin kəsilmiş görkəm alması, səthinin isə fibrinoz ərplə örtülməsi
E) Diş əti məməciklərinin ağrıları, basdıqda qanaması, çoxlu miqdarda diş əti altı və diş əti üstü çöküntülər

Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004




924) Yüngül dərəcəli parodontitin əsas klinik təzahürü necədir?

A) Çoxlu miqdarda diş çöküntüləri


B) Diş əti məməciklərinin qanaxmaları
C) Şişkinlik, diş əti kənarının hiperemiyası, basdıqda qanama, 3-4 mm dərinlikdə diş əti cibləri, dişlərarası arakəsmələrin kompakt səfhələrinin rezorbsiyası
D) Diş əti məməciklərinin kəskin böyüməsi, göyümtül rəngə çalması, ağrılılıq, qanaxma, diş əti ciblərinin 8 mm-ə qədər dərinliyi, sümüyün diş kökünün yarısına qədər rezorbsiyası
E) Şişkinlik, diş əti məməciklərinin hiperemiyası, toxunduqda qanaxmalar, diş əti ciblərinin olmaması, dişlərin laxlamaması

Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004




925) Yüngül dərəcəli parodontitin rentgenoqrafik müayinəsinin göstəriciləri necə olur?

A) Alveol sümüyündə osteoporz ocaqları qeydə alınır


B) Diş yuvalarında kortikal səfhələr qalması
C) Dişlərərası çəpərin zirvəsi və kompakt səfhələrdə rezorbsiya aşkarlanır
D) Alveol çıxıntısının sümük toxumasında dəyişinlik olmur
E) Alveol çıxıntısında sümük toxuması köklərin yarısınadək rezorbsiyaya uğrayır

Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004




926) Yüngül dərəcəli parodontitdə patoloji diş əti cibi olurmu?

A) Olur, 3-4 mm dərinlikdə


B) Yalançı diş əti cibi olur
C) Olur, 6 mm-ədək dərinlikdə
D) Sümük cibləri olur
E) Xeyr

Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004





Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin