909) Parodontun əsas funksiyası hansıdır?
A) Plastik
B) Baryer
C) Reflektor
D) Reseptor
E) Amortizə edici
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
910) Parodontun baryer funksiyası nəyin hesabına təmin olunur?
A) Çoxqatlı yastı epitelin və epiteldəki tosqun hüceyrələrin hesabına
B) Çoxlu sayda reseptorların mövcudluğu hesabına
C) Çoxqatlı yastı epitelin buynuzlaşması hesabına
D) Çoxqatlı yastı epitelin buynuzlaşması, diş ətinin turqoru, mukopolisaxaridlərin vəziyyəti, diş əti cibinin quruluş xüsusiyyəti və diş əti cibi mayesinin funksiyası, tüpürcəyin antibakterial funksiyası və tosqun hüceyrələrin mövcudluğu hesabına
E) Diş əti mayesinin və tüpürcəyin antibakterial funksiyası hesabına
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
911) Parodontun mikrosirkulyator strukturasının əsasını nə təşkil edir?
A) Arteriolalar, prekapillyarlar, kapillyarlar, postkapillyarlar, venulalar
B) Arteriolalar və venulalar
C) Kapillyarlar
D) Prekapillyarlar, kapillyarlar, postkapillyarlar
E) Venoz damarlar
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
912) Parodontun innervasiyası nə ilə təmin olunur?
A) Üçlü sinirin ikinci şaxəsi ilə
B) Üçlü sinirin ikinji və üçüncü şaxəsinin diş kələfləri ilə
C) Üçlü sinirin bütün üç şaxəsi ilə
D) Üz siniri ilə
E) Üçlü sinirin birinci şaxəsi ilə
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
913) Parodont xəstəliklərinin etiologiyasında həlledici faktorlar hansılardır?
A) Orqanizmin reaktivliyinin dəyişməsi
B) İrsi faktorlar
C) Diş ərpindəki mikroorqanizmlər
D) Travmatik okklyuziya
E) Mikroorqanizmlər və onların diş ərpində həyata keçirdiyi mübadilənin məhsulları; mikroorqanizmlərin təsirini artırıb azalda bilən ağız boşluğu faktorları; ağız boşluğu toxumalarında metabolizmi tənzimləyən ümumi faktorlar
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
Dostları ilə paylaş: |