720) Pazvari qüsurun əmələ gəlməsinin ehtimal olunan səbəbi hansıdır?
A) Parodont xəstəlikləri zamanı diş köklərinin açılması
B) Mexaniki təsirlər
C) Çox miqdarda sitruslar və onların şirələrinin qəbul edilməsi
D) Diş əti kənarının degenerasiyası nəticəsində diş toxumalarının trofikasının pozulması
E) Qalxanvari vəzin disfunksiyası
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
721) Sadalanan simptomlardan hansı dişlərin patoloji sürtünməsi üçün xarakterik deyil?
A) Öz-özünə baş verən gecə ağrıları
B) Estetik çatmamazlıq
C) Dişlərin hündürlüyünün azalması
D) Gicgah-aşağı çənə oynağında ağrıları
E) Hiperesteziya
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
722) Dişlərin kariesi zamanı aşağıdakı faktorlardan hansı aqressiv xarakter daşıyır?
A) Kifayət qədər qidalanmamaq
B) Dişin zülal strukturunun zədələnməsinə səbəb olan karbohidrat mübadiləsinin pozulması
C) Orqanizmdə gedən mübadilə pozğunluğu
D) Zülal mübadiləsinin pozulması (dişin sərt toxumalarının zülal matrisasının zədələnməsi)
E) Ağız boşluğunun mikroorqanizmləri, diş ərpi və karbohidratlar
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
Dostları ilə paylaş: |