852) Periodont toxumalarının bərpası üçün əsas hansı amil sayılır?
A) Periodont toxumalarını regenerasiya edə bilən preparatların transkanal yeridilməsi
B) İltihab əleyhinə aparılan müalicə
C) Kök kanallarının antimikrob işlənməsi
D) Ekssudatın evakuasiyasını yaratmaq
E) Kanalın alətlərlə ciddi işlənməsi
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
853) Kanalı işləyərkən alət sındıqda birinci növbədə nə etməli?
A) Dişin rentgenoqrafiyası
B) Bütün hallarda diş çıxarılmalıdır
C) Alətin çıxarılmasına cəhd göstərməli
D) Alətin əldə qalan hissəsini ölçməli
E) Pasientə bu barədə məlumat verməli
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
854) Kök plomblarının tərkibində ən çox istifadə olunan komponentlər hansılardır?
A) Epoksid plastmasslar.
B) Sink oksid və ortofosfor turşusu
C) Sink oksid və formokrezol
D) Sink-oksid və evqenol
E) Sink oksid və antibiotiklər
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
855) Xroniki periodontitin müalicəsinə başlayarkən sadalanan taktikalardan hansı daha məqsədə uyğundur?
A) Dişin anatomik boşluğunu açıb onu açıq qoymaq
B) Retroqrad plomblama
C) Dişin anatomik boşluğunu açıb kanalın işlənəcək uzunluğunu qiymətləndirmək
D) Kök zirvəsinin rezeksiyası
E) Dişi okklyuziyadan çıxarmaq
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
Dostları ilə paylaş: |