865) Müvəqqəti plomb materialları hansı xüsusiyyətə malik olmalıdırlar?
A) Kanala doldurulan materialların funksiyasını yerinə yetirməli
B) Boşluğun divarlarına yaxşı yapışmalı, pulpaya zərərli təsir göstərməməli, boşluğa asan daxil edilib çıxarılmalı, sorulmamalı
C) Rentgenokontrast xüsusiyyətə malik olmalı
D) Tədricən bərkiməli, minanın rənginə uyğun rəngə malik
E) Rəngin sabitliyi, mexaniki və kimyəvi cəhətdən davamlı
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
866) Müvəqqəti plomb materialları hansı məqsədlə işlədilir?
A) Müalicəvi astar kimi. Bərkiməyən və ya gec bərkiyən pastaları daimi plomblardan izolyasiya etmək üçün
B) Daimi plomb materialının altına ara qat kimi
C) Adgeziv kimi
D) Kök kanallarını plomblamaq üçün
E) Daimi plombların xassələrini yaxşılaşdırmaq üçün
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
867) Amalqamaların əsas çatmayan cəhəti hansı hesab olunur?
A) Rütubətə yüksək həssaslıq və həcmini dəyişməsi
B) Mikrocərəyan əmələ gətirməklə selik qişanın paresteziyasını törətməsi
C) Selik qişanın potensial allergiyasını və mikrocərəyanlar əmələ gətirməklə paresteziyasını törətməsi
D) Adgeziyanın olmaması, istilik keçirməsi və qızıl qapaqları korroziyaya uğratması
E) Mexaniki və estetik çatmamazlığı
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
Dostları ilə paylaş: |