848) Kök kanallarını plomblamaq üçün işlənən materiallara olan əsas tələbat hansıdır?
A) Antimikrob və periodont toxumalarının regenerasiyasını stimulə edici təsirə malik olmalıdır
B) Plomblama zamanı yaxşı hermetizm
C) Bioloci tolerantlıq
D) Kanala asan daxil edilməli
E) Rentgenokontrast olmalı
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
849) Yaxşı keçilən kanalları rezorsin-formalin pastası ilə (katalizatorsuz) plomblamaq olarmı?
A) Olar, çünki o, kanalın germetizmini təmin edir
B) Olmaz, çünki o hermetik deyil
C) Olar, çünki o, antiseptik və mumifikasiya edici təsirə malikdir
D) Olar, çünki o, prosesi kəskinləşdirir, bununla da sağalma prosesini sürətləndirir
E) Olmaz, çünki o, periodontu qıcıqlandırır və dişin rəngini dəyişir
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
850) Xroniki periodontitlərin müalicəsi zamanı fosfat-sementin zirvə xaricinə yeridilməsi aktiv müalicə üsulu sayılırmı?
A) Xeyr, çünki o yad cisim olmaqla parodont toxumalarının regenerasiyasına mane olur
B) Xeyr, çünki o dillərin rəngini dəyişir
C) Xeyr, o, prosesin kəskinləşməsinə səbəb olur
D) Xeyr, çünki o, kök kanallarının tam germetizmini təmin etmir
E) Bəli, çünki fosfat-sement sümük toxumasının regenerasiyasını stimulə edir
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
851) Kanal plomblandıqdan bilavasitə sonra baş verən ağrıları aradan qaldırmaq üçün ən yaxşı vasitə hansıdır?
A) Antibiotiklərin inyeksiyası
B) Diadinamik elektrik jərəyanı
C) Dişin kökü səviyyəsində keçid pərdənin kəsilməsi
D) Keçid pərdəyə lidokain blokadası
E) Keçid pərdəyə hidrokortizon inyeksiyası
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
Dostları ilə paylaş: |