İstiqamət II: Qeyri-neft iqtisadiyyatının davamlı inkişafının dəstəklənməsi
-
Azərbaycanın qeyri-neft artım potensialını inkişaf etdirmək üçün infrastruktura və transit koridorlarına əhəmiyyətli investisiyalar; xüsusilə communal sektorda davamlı idarəçilik islahatları; və maliyyə xidmətlərindən istifadə imkanlarının yaxşılaşdırılması tələb olunacaq. Kənd təsərrüfatı və digər kəndlə bağlı kommersiya fəaliyyətinin dəstəklənməsi və kiçik və orta müəssisələrə öz məhsullarını yüksək rəqabətli bazarlarda nümayiş etdirməkdə yardım üçün də investisiyalar tələb olunacaq. ÖPS çərçivəsində bütün göstərilən sahələrə yardım təmin ediləcək.
Maliyyə sektorunun İnkişafı
-
Hazırda həyata keçirilən Maliyyə Sektoruna Texniki Yardım (MSTY) çərçivəsində müasir ödəniş sistemləri infrastrukturu yaradılmış, bank sektorunda beynəlxalq mühasibatlıq və maliyyə hesabatlılığı standartları və idarəçilik prinsipləri qəbul edilmiş, kreditlərlə bağlı risklərin idarəedilməsini asanlaşdırmaq üçün əsas infrastruktur müəyyən edilmiş və elektron ödəniş mexanizmlərinin geniş miqyasda istifadəsi üçün tələb olunan infrastrukturun tətbiqinə başlanmışdır. Maliyyə Xidmətlərinin İnkişafı layihəsi çərçivəsində communal ödənişlərin toplanılması üçün ödəniş sistemləri təkmilləşdirilmiş və kiçik şəhər və kənd ərazilərində poçt sistemləri vasitəsilə maliyyə xidmətlərindən və əsas biznes infrastrukturundan istifadə imkanları yaxşılaşdırılmışdır. Daha uğurlu maliyyə infrastrukturu və yaxşılaşdırılmış istifadə imkanları vergilər, təqaüdlər və social yardım kimi digər Hökümət islahatlarının da keçirilməsini asanlaşdıracaq və poçt idarələri infrastrukturu kənd təsərrüfatı sahələri də daxil olmaqla vətəndaşlara və şirkətlərə e-hökümət xidmətlərini təmin etməyə imkan verəcək.
-
Maliyyə Sektorunun Müasirləşdirilməsi Layihəsi çərçivəsində bank, sığorta və kapital bazarlarında islahatların növbəti mərhələlərinin həyata keçirilməsi; Azərbaycanın Milli Bankının təşkilati imkanlarının əlavə gücləndirilməsi; maliyyə risklərinin idarəedilməsi müəssisələrinin (m.ü., kredit risklərinin reyestri, girov/daşınar əmlak reyestri, ipotekaya yardım sistemləri) təkmilləşdirilməsi; sığorta sektorunun, o cümlədən tənzimləyici və nəzarət orqanlarının gücləndirilməsi, müşahidə və monitorinq sistemlərinin tətbiqi, və sığorta sənayesində risklərin idarəedilməsini yaxşılaşdırmaq üçün infrastrukturun hazırlanması; və səhm kapitalına çıxışın yaxşılaşdırılmasında və xarici səhm portfelli investorların müdaxiləsini asanlaşdırmaq üzərində cəmləşdirilmiş kapital bazarının islahatları dəstəklənəcək.
-
BMK Azərbaycanın ilk mikromaliyyələşdirmə bankının yaradılmasına yardım göstərib, həmin bank surətlə inkişaf edir və filiallarının sayını artırır. BMK investisiyaları və TY-nin məqsədi rəqabətli və dinamik maliyyə bazarına yardım göstərməkdən, qeyri-bank sektorunun inkişaf etdirilməsindən, və maliyyə məhsullarının çeşidinin genişləndirilməsinə yardımdan ibarətdir. BMK diqqətini kiçik və orta müəssisələrə xidmət göstərən yerli özəl banklar üçün maliyyələşdirmə imkanlarının yaxşılaşdırılması və lizinq şirkətlərinin yaradılmasına yardım vasitəsilə maliyyə təşkilatlarının potensialının yaradılması üzərində cəmləşdirəcək. Buraya həmçinin təşkilati potensialın yaradılmasına texniki yardımın, habelə bütün sektorda lizinq və mənzil tikintisində maliyyələşdirmənin inkişafı və korporativ idarəçilik kimi sahələrə texniki yardımın göstərilməsi daxildir. Misal üçün, BMK PEP-Mərkəzi Asiya çərçivəsində ölkənin mənzil tikintisinin maliyyələşdirmə sistemində mövcud olan boşluqları təhlil etmiş və müəyyən etmişdir və əlavə TY və investisiyalar vasitəsilə bu sektorun Azərbaycanda inkişafına yardım göstərməyə davam edəcək.
Qeyri-Bank sektoru
-
BMK kiçik və orta müəssisələrə maliyyə vasitəçiliyini artırmaq və gücləndirmək məqsədilə qeyri-neft sektorunun inkişafını dəstəkləməyə davam edəcək. BMK hal-hazırda lizinq sənayesində həyata keçirilən TY-da diqqətini cəmləşdirəcək ki, sənayenin genişləndirilməsinə, o cümlədən lizinqlə bağlı şəffaf və cəlbedici hüquqi və vergi mühitinin yaradılmasına və ictimaiyyətin məlumatlandırılmasının artırılmasına, habelə icarənin əmələ gəlməsi, sığorta, kredit təhlili, monitorinqi və risklərin idarə edilməsi sahəsində praktiki təlimlərə yardım göstərilsin. BMK bu yaxınlarda Mərkəzi Asiya üçün (Azərbaycan daxil olmaqla) lizinq avadanlığına 30 mln. ABŞ dolları ayırmışdır ki, bu məbləğ çərçivəsində yerli maliyyə təşkilatlarına uzun-müddətli kredit xəttlərinin verilməsi planlaşdırılır və İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi ilə əməkdaşlıqda üç illik 2 mln. dollar məbləğində İisveçrə tərəfindən maliyyələşdirilən proqramın tətbiqinə başlamışdır ki, həmin proqramın məqsədi maliyyələşdirməyə çıxışın yaxşılaşdırılması və lizinqin inkişafı nəticəsində iş yerlərinin yaradılmasından ibarətdir. Bu proqram çərçivəsində BMK Azərbaycanda beynəlxalq inkişaf müəssisəsi tərəfindən bağlanılmış ilk lizinq əqdlərinə 8 mln. ABŞ dolları məbləğində kreditlər ayırmışdır.
Kiçik və orta müəssisələrin (KOM) inkişafı
-
BMK KOM-lər üçün maliyyələşdirmə imkanlarının yaxşılaşdırılması və maliyyə bazarlarını möhkəmləndirmək üçün onun tədbirləri və davam edən ACG/BTC KOM Əlaqələndirmə Proqramı vasitəsilə onların rəqabətçiliyinin yaradılması sahəsində işini davam etdirəcək. Yerli şirkətlərə neft sektoru və BTC boru kəmərinin əməliyyatları ilə bağlı beynəlxalq tenderlərdən faydalanmağa imkan vermək üçün, BMK Əlaqələndirmə Proqramını 2003-cü ildə başlamaq məqsədilə BP, Statoil və GTZ təşkilatları ilə əməkdaşlıq etmişdir. Bu Proqram çərçivəsində Bakı Sahibkarlar Mərkəzi (bu qurum müxtəlif yanaşmalar istifadə edərək inkişaf edən kiçik sahibkarlara yardım göstərir) vasitəsilə təlimlər və maliyyələşdirməyə çıxış təmin edilmişdir. 2005-ci ildə bu iş yerli şirkətlər üçün müqavilələrdə 68 mln. ABŞ dolları ilə nəticələnmişdir. BMK 559 KOM üçün biznes təlimlərini təmin etmişdir ki, bunun nəticəsində həmin şirkətlərin yalnız BP üçün deyil, Azərbaycanda digər şirkətlər və sector üçün də satışları artmışdır. 2006-cı ilin iyun ayında Azərbaycanın Mikro-maliyyələşdirmə Bankı tərəfindən icra edilən Tədarükçünün Maliyyələşdirilməsi Mexanizmi adlanan Maliyyələşdirməyə Çıxış Pilot layihəsi çərçivəsində BP şirkətinin yerli tədarükçüsü, ölçü xidmətlərini göstərən “Azmetko” şirkətinə ilk tədarükçüyə maliyyə krediti verilmişdir. Bu son təşəbbüs əhəmiyyətli yeni səydə ilk addımdır ki, onun nəticəsində Azərbaycanın yerli neft və qaz sənayesinin tədarükçü və xidmətlər müəssisələrinin maliyyələşdirmə mənbələrinə çıxışı yaxşılaşacaq. Həmçinin BMK ümumi istehsal sektorlarında yaranan yerli KOM-lar üçün birbaşa investisiya imkanlarını axtarır. KOM-lar üçün kreditləşdirmənin yaxşılaşdırılması istiqamətində daimi səylərində BMK bu imkanları qiymətləndirmək üçün xüsusi vəsaitlər ayırır.
Özəl Sektora Birbaşa İnvestisiyalar
-
BMK qeyri-neft sektorlarında inkişafı və iş imkanlarının yaradılmasını dəstəkləmək üçün pərakəndə qida məhsullarının satışı kimi sahələrdə birbaşa investisiya imkanlarını fəal şəkildə axtarır. Həmçinin BMK dövlət müəssisələrinin özəlləşdirilməsi və Cənubdan-Cənuba investisiyalar daxil olmaqla özəl sektorun inkişafını dəstəkləmək üçün imkanları araşdıracaq. Misal üçün, hal-hazırda BMK Bakıda təxminən 86 dükandan ibarət olan pərakəndə ərzaq mağazaları şəbəkəsinin yaradılmasının dəstəklənməsini nəzərdən keçirir. Layihə çərçivəsində Azərbaycan bazarı şəbəkə formatında təşkil edilmiş pərakəndə ərzaq məhsulların satışı ilə tanış ediləcək, və orta və aşağı gəlirli istehlakçılar, müasir pərakəndə ərzaq mağazalarının əlavə rahatçılığı, məhsul çeşidi, keyfiyyəti və imkanlarından faydalanacaq. Özəl sektorun daxil edilməsinə dair Hökümət tərəfindən qərar qəbul edildikdə, BMK həmçinin xüsusilə infrastruktur və telekom sektorlarında dövlət müəssisələrinin şəffaf özəlləşdirilməsinə yardım göstərəcək.
Kənd Təsərrüfatı və Xidmətlərinin İnkişafı
-
Azərbaycanda iş yerlərinin 40% kənd təsərrüfatı sahəsində cəmləşdirilmişdir. Bununla əlaqədar olaraq kənd təsərrüfatının inkişafı qeyri-neft sektorunun davamlı inkişafında və yoxsulluğun azaldılmasında əsas təhrik edici faktordur. Hal-hazırda icra edilən Kənd Təsərrüfatının İnkişafı və Kreditləşdirilməsi Layihəsi (KTİKL) çərçivəsində torpağın qeydiyyatı və kənd təsərrüfatına maliyyələşdirmə imkanlarına və marketinq məlumatına çıxış yaxşılaşdırılır. Əlavə KTİKL-II Layihəsi çərçivəsində fermerlərin pul qazanmaq imkanları artırılacaq və kənd təsərrüfatına maliyyə xidmətlərinin gücləndirilməsi, bazar əlaqələrinin və kənd təsərrüfatı sahibkarlarının və istehsalçılarının məhsullarının keyfiyyətinin yaxşılaşdırılması, kənd təsərrüfatı sahəsində biliklərin və məlumat tədbirlərinin əlavə müasirləşdirilməsi və daşınmaz əmlakın pilot qeydiyyat sisteminin genişləndirilməsi vasitəsilə fermadan kənar kommersiya fəaliyyəti təşviq ediləcək.
-
Quş Qripinə Hazırlıq Proqramı KTİKL-II çərçivəsində və İkinci İnstitusional Qurucluğa Texniki Yardım Layihəsinin (İQTY-2) dəyişdirilməsi nəticəsində qalan vəsaitlər hesabına dəstəklənəcək. İQTY-2 layihəsinin xərclənməmiş 5 mln. ABŞ dolları məbləğində vəsaiti quş qripinə hazırlıqla bağlı təcili tələblərin maliyyələşdirilməsinə ayrılmışdır. Bu proqramın məqsədi insanlara və quş sənayesinə təhlükəni minimallaşdırmaqdan və epidemiyaya hazırlanmaq və epidemiyanı nəzarət altında saxlamaq iqtidarında olmaqdan ibarətdir.
-
Hal-hazırda icra edilən Kənd Təsərrüfatına İnvestisiyalar Layihəsi çərçivəsində tələblərə əsasən müəyyənləşdirilən mikrolayihələrin maliyyələşdirilməsi vasitəsilə kənddə ev təsərrüfatının əsas infrastrukturdan istifadə imkanlarının artırılması təmin edilir. Buraya kənd icmaları tərəfindən müəyyən edilmiş prioritet tələblərə əsaslanaraq iqtisadi infrastrukturun (yollar, su, elektrik) və social infrastrukturun (məktəblər və səhiyyə klinikaları) tikintisi və ya bərpası daxildir.
-
İrriqasiya və drenaj sistemlərinin də bərpa edilməsi təcili tələb edilir ki, onların amortizasiyasının qarşısı alınsın və səmərəliliyi artırılsın. Azərbaycanda təxminən bütün kənd təsərrüfatı məhsulu irriqasiya hesabına yetişdirilir. Hal-hazırda icra edilən iki irriqasiya və drenaj layihələri çərçivəsində hədəf sahələrdə irriqasiya sularının paylanmasının və idarəedilməsinin səmərəliliyinin və maliyyə davamlılığının yaxşılaşdırılması təmin edilir. Samur- Abşeron kanalının ilk 50 km bərpasına yardım edən İrriqasiya və Drenaj Bərpası Layihəsi (İDBL) 2007 Maliyyə İlinin sonuna yaxın bağlanmalıdır. İrriqasiya Sisteminin Təkmilləşdirilməsi Layihəsi fermalarda suyun idarə edilməsinin təkmilləşdirilməsinə yardım göstərir. Əlavə İrriqasiya və Drenaj II Layihəsinin əhatə dairəsi genişləndiriləcək və su mənbələri orqanları üçün struktur dəyişikliklər, təşkilati dəyişikliklər və əlavə potensialın yaradılması təmin ediləcək. Yeni Su Sektorunun Tədqiqi bu tədbirlər üçün analitik bazanı təmin edəcək.
Tranzit Koridorların və Nəqliyyatın İdarə edilməsinin Təkmilləşdirilməsi
-
Azərbaycanın transit koridorlarını yaxşılaşdırmaq üçün əhəmiyyətli Bank investisiyaları qoyulacaq. Hökümət əsas transit magistral yolları və ikinci dərəcəli yolları gələn 10 il ərzində bərpa etmək və möhkəmləndirmək üçün 1.5 mlrd. ABŞ dolları xərcləməyi planlaşdırır ki, bu məbləğin 200-300 mln. ABŞ dolları AYİB, Asiyanın İnkişaf Bankı (AİB), İslam İnkişaf Bankı (İİB) və ikitərəfli donorlar tərəfindən təmin edilə bilər. Artan transit koridorlarının inkişafına yardım etmək məqsədilə Bank siyasəti əlaqələndirmək və investisiyalar qoymaq üçün sector-miqyaslı yanaşmadan istifadə edəcək. Hal-hazırda icra edilən Magistral Yol I və Magistral Yol II Layihələri çərçivəsində Şərq-Qərb və Şimal-Cənub transit koridorları boyu hərəkət edən mallar və sərnişinlər daşımaları üçün çıxış imkanları yaxşılaşdırılır və daha ucuz nəqliyyat xərcləri təmin edilir, habelə mütəmadi sazlama işləri ilə bağlı kənar vəsaitlərin cəlb edilməsi də daxil olmaqla Yol Nəqliyyat Xidməti Departamentinin yollara investisiyaların və qulluğun idarə edilməsi ilə bağlı potensialını gücləndirilir. Tranzit Koridor və Nəqliyyatın İdarəedilməsi Layihələr silsiləsinin təklif edilən davamı çərçivəsində kəndlərdən və kiçik şəhərlərdən yol imkanlarını yaxşılaşdırmaq üçün həmin magistral yolların, həmçinin giriş yolların tamamlanmasına yardım göstəriləcək. Həmçinin bu layihələr çərçivəsində şəhər ərazilərində nəqliyyat tıxacları da həll edilə bilər və müasir nəqliyyatın idarəetmə sistemlərinin quraşdırılmasına yardım göstərilə bilər. Bu sektora maliyyələşdirmə hökümətin birgə maliyyələşdirməsindən asılı olaraq 500 mln. ABŞ dolları məbləğində qiymətləndirilmişdir və bir sıra silsilə yol əməliyyatları mərhələlərinə bölünəcək. Nəqliyyat Sektorunun hərtərəfli Təhlili Bankın bu sektora investisiyalarını dəstəkləyəcək.
-
Tranzit koridorları layihəsi çərçivəsində həmçinin neftin böyük olan və artan həcmlərini nəql edən dəmir yolu şəbəkəsinin təhlükəsizliyi və fiziki potensialının müasirləşdirilməsi də dəstəklənəcək. Yollar təmir ediləcək və maddi texniki baza və ticarəti asanlaşdıran infrastruktur da müasirləşdirilə bilər. Dəmir Yolu Nəqliyyatı və Ticarətinə Yardım Layihəsinin məqsədi Azərbaycan Dövlət Dəmir Yolu (ADDY) - dövlət dəmir yolu şirkətinin rəqabətçiliyini, kommersiya istiqamətləndirilməsini və səmərəliliyini yaxşılaşdırmaqdan ibarət olacaq. Layihə çərçivəsində dəmir yolunun müasirləşdirilməsinin birinci mərhələsi dəstəklənəcək ki, buraya yolların səmərələşdirilməsi səhmli kapital bazasının tətbiqi, məhsuldarlığın artırılması, ADDY-yə kommersiya istiqamətində və korporativ formada işləməyə imkan verən yeni hüquqi infrastrukturun müəyyən edilməsi və idarəetmə poitensialının yaradılması da daxildir.
Su Təchizatının Keyfiyyətinin və Əhatə dairəsinin Artırılması
-
Azərbaycanın bütün ərazisində, yalnız Bakıda deyil, ikinci dərəcəli şəhərlərdə də su və sanitariya sistemlərini bərpa etmək və təkmilləşdirmək üçün çox böyük məbləğdə investisiyalar tələb olunur. Mİ Su Sektorunun Tədqiqi ilə dəstəklənərək, Milli Su Təchizatı və Sanitariya silsilə Layihələri çərçivəsində seçilmiş ikinci dərəcəli şəhərlərdə su istehsalı və paylanması və axar sular qurğularının təmiri və bərpası maliyyələşdiriləcək. Sektor-miqyaslı yanaşma vasitəsilə onlar Azərsu və onun törəmə şirktlərini ikinic dərəcəli şəhər səviyyəsində dəstəkləyəcək ki, onların potensialı, təşkilati və iş səmərəliliyi və kommersiya və maliyyə davamlılığı təkmilləşdirilsin.Təklif edilən silsilə layihələr sonrakı mərhələlərdə əhatə dairəsini su və sanitariya məsələlərindən şəhər bərpasının digər sahələrinə genişləndirə bilər.
Enerji Təminatının Etibarlılığının Yaxşılaşdırılması
-
Bank enerji təminatının etibarlılığını və səmərəliliyini yaxşılaşdırmaq üçün əhəmiyyətli dəstək təmin edir. Digər donorlarla (AYİB, KfW və Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Bankı) birgə Bank illər boyu sürən səhlənkarlığın nəticələrini aradan qaldırmaq üçün yeni generasiya qurğusunun yaradılmasına və generasiya və transmissiya sistemlərinin bərpasına əhəmiyyətli maliyyə vəsaitləri təmin edir. Hal-hazırda icra edilən Enerji Transmissiyası Layihəsi çərçivəsində Bank enerji paylanması və transmissiyası şəbəkələrini müasirləşdirir ki, bu da enerjinin tez-tez kəsilməsinin aradan qaldırılmasına yardın edəcək.
-
Qazın saxlanılması və emalı qurğuları Azərbaycana ŞahDəniz qaz/kondensasiya sahəsindən tezliklə əldə olunancaq qaz mənbələrini tamamilə istifadə etməyə imkan verərdi. Hal-hazırda Azərbaycanda Qalmaz və Qaradağda yerləşən iki yeraltı saxlama qurğuları mövcuddur. 2006-cı ilin sonundan başlayaraq ŞahDəniz sahəsindən qaz axınını saxlamaq üçün qazın saxlanılmasına ehtiyacın əhəmiyyətli dərəcədə artacağı da gözlənilir. Qaz transmissiyasi və paylanması sistemləri onillliklər ərzində zəif investisiyalar və qeyri-kafi sazlama işləri nəticəsində zədələnmişdir. Bunun nəticəsində qaz sızmaları və köhnə neft quyularından qaz alışmaları baş vermişdir. Transmissiya sisteminin bərpasına və emal zavodunun müasirləşdirilməsi və genişləndirilməsinə investisiyalar qaz sisteminin xərclərlə bağlı səmərəliliyini əhəmiyyətli dərəcədə yaxşılaşdırardı. Bu investisiyalar Karbon Fondunun maliyyələşdirməsini cəlb edə bilər, çünki onlar istixanalardan qazın çıxmasını azaldardı. Genişləndirilmiş qaz saxlama sistemi sabit qaz təchizatı axınını daxili qaz bazarının gündəlik və mövsümi tələbatlarına uyğun olması formada dəyişdirilməsinə yardım edərdi. Müəyyən dərəcədə bu həmçinin ixrac bazarlarına da yardım edərdi. Mümkün olan Enerji/Qaz İnfrastrukturu Layihəsi qaz saxlama sisteminin genişləndirilməsi, qaz emalı zavodunun müasirləşdirilməsi, boru kəmər sisteminin bərpasına maliyələşdirməni, və/və ya enerji təchizatının etibarlılığı və səmərəliliyinə digər investisiyaları daxil edə bilərdi. Özəl sector, xüsusilə FDİ maraq göstrəsə, BMK bu sahələrdə mümkün olan investisiya imkanlarını araşdıracaq.
Komunal sektorların maliyyə vəziyyətinin yaxşılaşdırılması
-
Kommunal sektorun işinin yaxşılaşdırılması ilə bağlı Hökümətin strategiyası 500 mln. ABŞ dollarından çox olan aşkar və fərz edilən subsidiyaların gəlir mənbəyinə çevrilməsi və azaldılması məqsədini güdür. Əsas tədbirlər aşağıdakıları əhatə edir: communal xidmətlərin göstərilməsində özəl iştirakın artırılmasının təmin edilməsi; Azərbaycan üçün orta müddətli tariff siyasətinin tətbiqi ki, bunun nəticəsində communal xidmətlərini göstərən qurumlar tamamilə xərclərini bərpa etmək imkanını əldə edə bilər; dövlət communal xidmətlərindən BMHS-ni qəbul etməyi tələb edəcək yeni mühasibatlıq haqqında qanunun icrası; ilk növbədə Tarif Şurasını gücləndirməklə müvafiq tənzimləyici strukturun yaradılması; və yeni rəqabət haqqında qanunla rəqabətin gücləndirilməsi.
Hökümət istehlakçılara communal xidmətlərin sərfəli şəkildə təmin ediməsi ehtiyacını dərk edir.
2006-cı ilin iyul ayında hədəfli social təhlükəsizlik şəbəkəsi tətbiqinin əsas məqsədi əhalinin zəif hissəsinin əsas kommunal xidmətlərdən istifadə imkanlarını təmin etməkdən ibarətdir, çünki qiymətlər xərcləri tam bərpa etmək səviyyəsinədək artır. ÖPS bu islahat səylərini AAA, CAPSAP, enerji, qaz, su, nəqliyyat və mümkün olan digər əsas infrastrukturda sector layihələri və hal-hazırda icra edilən Təqaüdlər və Sosial Yardım Layihəsi vasitəsilə fəal dəstəkləyir.
Dostları ilə paylaş: |