2005-ci ilin payızında keçirilmiş parlament seçkiləri ərəfəsində və bir qədər sonra yeni maliyyə, iqtisadi inkişaf, səhiyyə və kənd təsərrüfatı nazirlərinin təyin olunmasına baxmayaraq CAS-ın məqsədləri 2006-cı maliyyə ilində uğurla davam etdirilmişdir. Bank Ədliyyə Sisteminin Müasriləşdirilməsi Layihəsini (SDR 14,8 milyon) və Səhiyyə Sektorunun İslahatları Layihəsini (SDR 34,3 milyon) hazırlamaqla idarəçiliyin islahatları sahəsində səylərini intensivləşdirmişdir. Kənd Təsərrüfatının İnkişafı və Kreditləşdirilməsi Layihəsinin ikinci mərhələsi (SDR 21,1 milyon) üzrə də danışıqlar tamamlanmış və hər üç layihə 2006-cı ilin iyununda Direktorlar Şurasına təqdim edilmişdir. Bundan başqa 2006-cı ilin yanvarında təsdiq edilmiş 200 milyon dollarlır Magistral yol layihəsi ilə Azərbaycan BYİB statusuna keçməkdədir. 2006-cı maliyyə ilində həmçinin Suvarma və Drenaj İnfrastrukturunun Yenidənqurulması və Tamamlanması Layihəsi üçün SDR 2,5 milyon məbləğində əlavə maliyyələşdirmə təsdiq olunmuş və IBTA II layihəsinin çərçivəsində xərclənməmiş vəsaitin bir qismi quş qripi ilə mübarizə tədbirlərinə yönəldilmişdir. Orta, kiçik və mikromüəssisələrə lizinq və maliyyə vasitəçiliyi xidmətlərini dəstəkləmək üçün BMKL maliyyə bazarlaında dörd layihəyə 13,3 milyon dollar ayırmışdır. Texniki yardım sahəsində BMK-nın PEP-Mərkəzi Asiya proqramı lizin və ipoteka maliyyələşdirməsinin inkişafı sahəsində işini davam etdirmiş və korporativ idarəçilik layihəsi vasitəsilə yerli bankların və şirkətlərin korporativ idarəçilik sistemlərinin inkişafına dəstək vermişdir. BMK həmçinin BP ilə birlikdə ACG,BTC kiçik və orta müəssisələrin əlaqələndirilməsi proqramı vasitəsilə yerli təchizatçıların dəstəklənməsi işini davam etdirmişdir.
BİA/BYİB-in cari portfeli 18 layihədən (16 BİA və 2 BYİB) ibarətdir. Bu günədək ümumi maliyyə öhdəliklərinin həcmi 940 milyon dollara çatmışdır ki, bunun 423 milyonu hələ istifadə olunmamışdır. Səkkiz cari infrastruktur layihəsinin iqtisadi artımı genişləndirəcəyi nəzərdə tutulur. Bura kənd yerlərinin inkişafı, suvarma magistral avtomobil yolları aiddir. Yeni layihələr hesabına bu öhdəliklər davam etdiriləcək və cari ÖTS dövründə mövcud layihələr başa çatdıqsa onların yerini digər layihələr tutacaq. Bank həmçinin elektrikin ötürülməsi sahəsində ilk BYİN kreditini vermişdir və bu layihə yeni ÖTS-ün dövründə davam edəcək. 2006-cı ilin iyununa BMK-nın ayırmaq öhdəliyi götürdüyü portfelin həcmi 49 milyon dollar təşkil etmişdir və istifadə edilməmiş portfel 41 milyon dollara bərabər olmuşdur. Portfel əsas etibarı ilə BTC layihəsinə (63 faiz) və dörd yerli maliyyə institutu üçün maliyyə bazarlarına yönəlmişdir.
Sosial sektorlarda Bank hazırda təhsil layihəsinə yardım göstərir. Bu layihənin növbəti mərhələsinin yeni ÖTS dövründə başlanacağı gözlənilir. Birinci səhiyyə layihəsi bu il başa çatmışdır və onun ardınca ümumsektor yanaşmasını əks etdirən yeni layihə hazırlanmışdır. BİA həmçinin öz cari layihələri vasitəsilə pensiya və sosial təminat sahəsində islahatları və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasını dəstəkləyir.
Ümumilikdə layihələrin icrası ilə bağlı çox az problem mövcuddur və 2005-6-cı maliyyə illərində vəsaitin orta istifadə səviyyəsi təxminən 20 faiz təşkil etmişdir. 2005-ci ildə aparılmış Ölkə Layihə Portfelinin İcmalı zamanı texniki yardıəm fəaliyyətinə ciddi nəzarət edilməsinin və ləngimələrə yol verməmək üçün layihələrlə bağlı inzibati prosedurlara daha çox diqqət yetirilməsinin əhəmiyyəti vurğulanmışdır.
VI.Ölkə Tərəfdaşlıq Strategiyası, 2007–10-cu maliyyə illəri
Dünya Bankı tərəfindən dəstəklənən islahat gündəliyinin əsas məqsədi Gökumətə neft gəlirlərini idarə və istifadə etməkdə yardım göstərməkdən ibarət idi. Hökumətin qarşısında dayayn yeni çağırış gəlirlərin yaratdığı fürsətdən istifadə edərək diversifikasiya olunmuş bazar iqtisadiyyatı formalaşdırmaqdan ibarətdir. Bu ÖTS-in “Hollnd sindromu” və “resurs lənəti” risklərini minimallaşdırmaq niyyəti ilə hazırlanmışdır. Bank neft gəlirlərinin ehtiyatla istifadə edilməsinə, institusional və siyasət islahatlarının aparılmasına və poptensialın yaradılmasına və zəruri fidusiar nəzarətin təmin edilməsinə kömək göstərəcək.
Davamlı və tarazlaşdırılmış artım məqsədinə kənd regionlarının və kiçik şəhərlərin paytaxla inteqrasiya olunması, elektrik, qaz və su təchizatı kimi sahələrdə bərabər baza xidmət standartlarının təmin edilməsi və bütün ölkə ərazisində bazarlara sərbəst daxil olma imkanlarının yaradılması daxildir. O, həmçinin Cənubi Qafqaz, Xəzər və Qara dəniz regionunda bazarların regional inteqrasiyasını da tələb edir. Rəqabət qabiliyyətli diversifikasiya olunmuş iqtisadiyyatın qurulmasında insan inkişafı əsas elementlərdən biri olacaq. Təmiz ətraf mühitin saxlanılması və təbii sərvətlərdən diqqətli istifadə də davamlı artımın təmin edilməsi və səhiyyə göstəricilərinin yaxşılaşdırılması üçün vacibdir.
İdarəçiliyin gücləndirilməsi bu gündəliyin vacib elementidir və ÖTS-in ümumi, yüksək prioritetli məqsədlərindən biridir. Yeni strategiya çərçivəsində dövlət sektorunun idarə edilməsinin təkmilləşdirilməsi və ədliyyə sisteminin islahatları dəstəklənəcək; qarşılıqlı nəzarət və çəkindirmə prinsipinin tətbiqi, kənar və daxili audit funksiyalarının, maliyyə bazarlarına nəzarət edən qurumların fəaliyyəti gücləndiriləcək və yerli iştirak və icmaların səlahiyyətinin artırılmasına kömək göstəriləcək.
Bu ÖTS dörd əsas istiqaməti dəstəkləyəcək (qrafik 3):
İstiqamət I: Dövlət sektorunun idarə edilməsinin keyfiyyət və şəffaflığının gücləndirilməsi. Bu sahədə neft gəlirlərindən ehtiyatlı istifadəyə imkan verən sabit makroiqtisadi çərçivəsinin qorubun saxlanılması; dövlət xərclərinin planlaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi; maliyyə menecmenti və satınalma sistemlərinin gücləndirilməsi; dövlət sektorunda və özəl sektorda müvafiq korporativ idarəçilik, audit və mühasibat sisteminin yaradılması; biznes üçün artıma imkan verən inzibatı və tənzimləmə mühitinin formalaşdırılması; və ədliyyə sisteminin gücləndirilməsi nəzərdə tutulur.
İstiqamət II: Qeyri-neft iqtisadiyyatının davamlı və tarazlı artımının dəstəklənməsi – maliyyə xidmətlərindən istifadə imkanlarının genişləndiruilməsi; KOM-ların inkişafının dəstəklənməsi və birbaşa olaraq özəl sektora investisiyalar; kənd infrastrukturunun və xidmətlərinin inkişafı; yolların və digər tranzit dəhlizlərinin keyfiyyətinin yaxşılaşdırılması; ümummilli səviyyədə su təchizatı və kanalizasiya xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi; elektrik və qaz təchizatının etibarlığının artırılması və kommunal sektorun maliyyə qabiliyyətinin gücləndirilməsi.
İstiqamət III: Sosial xidmətlərin keyfiyyətinin və onlardan istifadə imkanlarının artırılması – yaxşı keyfiyyətli səhiyyə xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi; müasir və qlobal səviyyədə rəqabət qabiliyyətli təhsil sisteminin formalaşdırılması; sosial yardımın effektiv ünvanlanması; daha şəffaf, sərfəli və davamlı pensiya sisteminin yaradılması; məcburi köçkünlərin həyat şəraitinin və iqtisadi imkanlarının yaxşılaşdırılması.
İstiqamət IV: Ətraf mühitin idarə edilməsinin təkmilləşdirilməsi - çirklənmə irsinin aradan qaldırılması, karbon emissiyalarının azaldılması, biomüxtəlifliyin təşviq olunması, seçilmiş ərazilərdə təbii sərvətlərin daha davamlı idarə edilməsinin dəstəklənməsi və təbii fəlakətlərlə mübarizənin gücləndirilməsi.
Hökumət və Bank YAYK-da (PRSC) müəyyənləşdirilmiş islahat gündəliyini icra etməkdə davam edəcək. ÖTS üzrə məsləhətləşmə prosesinin əvvəlində ölkənin neft gəlirlərinin sürətlə artmasını nəzərə alaraq büdcənin və ya tədiyyə balansının dəstəklənməsi üçün maliyyələşdirməyə ehtiyacın olmadığını nəzərə alaraq ikinci və üçüncü YAYK kreditlərindən imtina edilməsi qərarı verilsə də, Hökumət YAYK gündəliyinin yerinə yetirilməsi məqsədinəsadiqliyini bəyan etmişdir. Buna görə də YAYK bu strategiyanın əsas siyasət çərçivəsi olaraq qalır. Bu məsələlər Nəticələr matrisində (qoşma 1) xülasə şəklində verilmişdir. Praktiki nöqteyi-nəzərdən, bu ÖTS çərçivəsində islahatlar müxtəlif analitik-məsləhət proqramları və müxtəlif investisiya layihələrinin islahat komponentləri vasitəsilə selektiv olaraq dəstəklənəcək. Cədvəl 5-də YAYK islahat sahələri və onların davamlı icrasını dəstəkləyən əsas ÖTS alətləri verilir. ÖTS müdaxilələri, həmçinin, g bölməsində göstərilmiş idarəçilik üzrə ətraflı və ardıcıl tədbirlər planını təşkil edir.
Cədvəl 5: Mövcud Struktur İslahatlar Gündəliyinə ÖTS dəstəyi