ÜZRƏ ÖLKƏ TƏRƏfdaşliq strategiyasi


Cədvəl A3.9 Azərbaycan – Ölkəyə Yardım Strategiyasının başa çatdırılması matrisi, 2003–05



Yüklə 1,13 Mb.
səhifə22/25
tarix23.02.2017
ölçüsü1,13 Mb.
#9517
1   ...   17   18   19   20   21   22   23   24   25



Cədvəl A3.9 Azərbaycan – Ölkəyə Yardım Strategiyasının başa çatdırılması matrisi, 2003–05


2003 CAS Məqsədi

CAS üzrə fəaliyyətin monitorinqi göstəriciləri

Mövcud vəziyyət

MƏQSƏD 1: NEFT BUMUNUN İDARƏ EDİLMƏSİ

1a. Gəlirlərin idarə edilməsi üzrə institusional potensialın inkişaf etdirilməsi

Orta müddətli Xərclər Planı ilə büdcənin hazırlanması və strateji prioritetlərin seçilməsi potensialının artırılması

  • Bütün dövlət və büdcədənkənar vəsaitlər dövlət büdcəsində cəmləşdirilib.

  • 2003-cü ildən sonra büdcələrin hazırlanması, dərc edilməsi və həyata keçirilməsi yeni Büdcə Sistemi haqqında Qanuna uyğun olaraq həyata keçirilib.

  • İqtisadi İnkişaf Nazirliyində Dövlət İnvestisiyalarının Qiymətləndirilməsi Şöbəsi yaradılıb və işçi heyəti ilə təmin edilib.

  • Büdcədənkənar vəsaitlər dövlət büdcəsinə daxil edilib.

  • 2003-cü ildən sonra büdcələrin hazırlanması, dərc edilməsi və həyata keçirilməsi yeni Büdcə Sistemi haqqında Qanuna uyğun olaraq həyata keçirilib.

  • İqtisadi İnkişaf Nazirliyində Dövlət İnvestisiyalarının Qiymətləndirilməsi Şöbəsi yaradılıb və 2004-2005-ci illər üçün Dövlət İnvestisiya Proqramı hazırlanmışdır.

  • Büdcənin hazırlanması və icrası üçün OMXP-nin erkən fazaları təşkil edilib.

  • 2006-cı ildə büdcənin artırılması narahatlığa səbəb olub, lakin, hələ ki, inflyasiyanın nəzarət altında olması görünür.

ARDNF-ın fəaliyyətində şəffaflığın yaradılması.

  • ARDNF-ın maliyyə və büdcənin icrası haqqında rüblük hesabatlarının müntəzəm dərc edilməsi

  • ARDNF-in beynəlxalq standartlara uyğun audit yoxlamaları həyata keçirilib və onların nəticələri dərc olunub.

  • ARDNF-ın fəaliyyətinə dair qaydalar hazırlanıb. ARDNF üçün idarəetmə və menecment çərçivəsi qəbul olunub.

  • ARDNF-in beynəlxalq standartlara uyğun audit yoxlamaları hər il həyata keçirilir və dərc olunur.

  • ARDNF-un maliyyə / büdcənin icrası haqqında hesabatları müntəzəm dərc olunur.

  • Əməliyyat xərcləri istisna olmaqla, ARDNF-un bütün xərcləri Milli Məclisə təsdiq üçün təqdim edilən hökumətin illik icmal büdcəsinə daxil edilib.

Dövlət satınalmaları prosedurlarının gücləndirilməsi, audit sisteminin gücləndirilməsi, mühasibat uçotu və özəl sektorun inkişafının tənzimlənməsi sahəsində islahatların davam etdirilməsi

  • Hesablama Palatasının müntəzəm keçirdiyi audit yoxlamaları Büdcə Sistemi haqqında Qanun, Satınalmalar haqqında Qanun, OMXP və DİP-ə əməl olunmasını göstərir.

  • Satınalmalar sahəsində müntəzəm audit yoxlamaları.

  • Dövlət təşkilatları və özəl sektorun idarə edilməsi üçün fidusiar çərçivə audit və mühasibat uçotu sahəsində hüquqi islahat və dövlət satınalmalarının islahatı vasitəsilə gücləndirilib.

  • Satınalmalar haqqında yeni qanun qəbul olunub (icrası 2008-ci ilə planlaşdırılıb) və özəl və dövlət sektoru qurumları üçün BMHS əsasında mühasibat uçotu haqqında yeni qanun (icrası 2009-cu ilə planlaşdırılıb). Ekspertlər icra tarixlərini uzadıla bilən optimistik hədəflər kimi qiymətləndirir.

  • Hesablama Palatasının yaradılmasına və işçi heyəti ilə təmin olunmasına baxmayaraq, onun potensialı və informasiyaya çıxışı məhduddur, bu da onun fəaliyyətinin əhatə dairəsini məhdudlaşdırır. Onun daha da gücləndirilməsinə ehtiyac duyulur.




1b. Makroiqtisadi sabitliyin təmin edilməsi

Makroiqtisadi sabitliyin təmin edilməsi və Holland sindromunun qarşının alınması.

  • Müvafiq makroiqtisadi çərçivə.

  • BVF proqramı, CAS şərtləri, SDK-II və YAYK-a uyğun olaraq məqbul makroiqtisadi çərçivə təmin edilir.

1c. Yoxsulluğun monitorinqinin təkmilləşdirilməsi

Yoxsulluq və ev təsərrüfatlarının maddi vəziyyəti sahəsində yerli tədqiqatların artırılmış töhfəsi əsasında yoxsulluğun monitorinqi, statistika potensialının və siyasətin quruluşunun təkmilləşdirilməsi

  • Yeniləşdirilmiş yoxsulluğun qiymətləndirilməsi.

  • Yoxsulluq haqqında məlumatlar və təhlillərlə bağlı müntəzəm məsləhətləşmələr.

  • Proqramatik yoxsulluğun qiymətləndirilməsi müntəzəm həyata keçirilən məsləhətləşmələrlə aparılmışdır. Hal-hazırda Bank və Hökumət yoxsulluğun müəyyən edilməsi və ölçülməsi üçün eyni meyardan istifadə edir, və yoxsulluğun qiymətləndirilməsi müntəzəm olaraq yeniləşdirilir. Lakin, ETS təkmilləşdirilməlidir, və əmək bazarı haqqında məlumatlar zəifdir.

Səhiyyə və təhsil xərclərinin təhlili və ünvanlandırılması sahəsində Səhiyyə və Təhsil Nazirliklərinin institusional potensiallarının artırılması.

  • OMXP və DİP YAİİDP prioritetlərinə uyğunlaşdırılıb.

  • Səhiyyə sahəsində MİM-lərin əldə edilməsi istiqamətində tərəqqini izləmək bacarığı daxil olmaqla, rəsmi statistik məlumatların dəqiqliyi və etibarlılığına əminliyin artırılması.

  • Səhiyyə məlumatlarının təkmilləşdirilməsi sahəsində yalnız məhdud tərəqqi əldə edilib və səhiyyə sahəsində MİM-lərin əldə edilməsi istiqamətində tərəqqinin izlənilməsi çətin olaraq qalır. Lakin, yeni nazir ilə səhiyyə göstəricilərinin müvafiq monitorinqi üzrə razılıq əldə edilib.

  • Sahə nazirlikləri OMXP prosesində lazımi səviyyədə iştirak etmir və Dövlət İnvestisiyalarının Qiymətləndirilməsi Şöbəsinin potensialı gücləndirilməlidir. Hal-hazırda əsaslı texniki yardım proqramları həyata keçirilir.

  • Təhsilin maliyyələşdirilməsi qeyri-mərkəzləşdirilib və təkmilləşdirilib. Lakin, yeni maliyyələşdirmə düsturu və mexanizminin hazırlanmasında ciddi ləngimələr baş verib.

MƏQSƏD 2: İŞ YERLƏRİNİN YARADILMASI VƏ QEYRİ-NEFT SEKTORUNDA ARTIM

2a. Maliyyə sektorunun inkişaf etdirilməsi

Dövlət banklarının restrukturizasiyası və özəlləşdirilməsi, Azərbaycan Milli Bankının tənzimləyici potensialının artırılması

  • Bank sistemində əksər bankların dövlətə məxsus deyil

  • Qeyri-sabit maliyyə vəziyyətində olan banklar yoxdur

  • Artırılan əmanətlərdən göründüyü kimi, bank sisteminə etibar artıb.

  • ÜDM-də bank sektorunun aktivlərinin artımı ilə ölçüldüyü kimi, bank bazarlarının artırılması.

  • BMS-i tətbiq edən bank sektoru qurumlarının payı 90%-dən yüksəkdir.




  • ABB dominant bank olaraq qalır, lakin ümumi bank aktivlərində onun payı 2005-ci ildə 49% qədər enib (BVF məlumatlarına əsasən).

  • Bank nəzarəti gücləndirilib. Beynəlxalq standartlara cavab verən yeni bank qanunları və prudensial qaydalar qüvvədədir. FSAP tapıntıları göstərir ki, Azərbaycan Milli Bankının obyektdə yoxlamaları ümumiyyətlə BİS normalarına cavab verir. Sistemin daha da gücləndirilməsinə ehtiyac var.

  • 2002 və 2004-cü illər arasında cəmi əmanətlərin artımı 163% təşkil edib.

  • Bank sektorunun iqtisadiyyata krediti 2003-2005 illəri arasında 145% artıb. Lakin, sektor kiçik olaraq qalır: 2003-cü ilin sonuna bank sisteminin aktivləri ÜDM-un 17% təşkil edib, müqayisə üçün, Mərkəzi Avropanın keçid dövründə olan ölkələrində bank sektorunun aktivləri səciyyyəvi olaraq ÜDM-un 30-40%-ni təşkil edir.

  • Beynəlxalq mühasibat uçotu və maliyyə hesabatverməsi standartları bank sektorunda qəbul olunmasının səviyyəsi 90%-dən yuxarıdır.

Bank sisteminin konsolidə edilməsi və strateji investorlar və xarici bankların bazara girməsi üçün şəraitin yaradılması.

  • 5 milyon dollar səviyyəsinədək minimal kapitalın artımı tələbi tam yerinə yetirilir. Bankların sayı 38-dən aşağı səviyyəyə düşüb.

  • Qısa-müddətli maliyyənin tam dəyəri 100% artıb.

  • İnvestisiya maliyyəsinin tam dəyəri 200% artıb.

  • Ticarət maliyyəsi üzrə orta faiz dərəcələri 20% azalıb.

  • 2006-cı ilin yanvar ayına minimal kapital tələbləri 5 milyon dollara qaldırılıb; bankların sayı 44-ə düşüb.

  • 2002 və 2005 illəri arasında qısa-müddətli maliyyənin tam dəyəri 145% artıb.

  • 2002 və 2005 illəri arasında investisiya maliyyəsinin tam dəyəri 114% artıb.

  • Xarici bank kapitalı ilə bağlı məhdudiyyətlər 2004-cü ilin yanvar ayında tam olaraq ləğv edilib. Lakin, HSBC, biznesin az olması səbəbini qeyd edərək, öz ofisini bağladı. Beynəlxalq banklarla bir sıra yeni birgə müəssisə yaradılıb.

  • Ticarət kreditləri üzrə faiz dərəcələri 1-2% düşüb.




Kiçik ödənişlər sisteminin yaradılması, əmanətlərin sığortası və nağdsız əməliyyatların həvəsləndirilməsi daxil olmaqla, bank infrastrukturunun inkişaf etdirilməsi

  • Maliyyə xidmətlərinin maya dəyəri azalıb və bankların mənfəətliliyi artıb.

  • Ödənişlərin həyata keçirilməsi üzrə bank haqlarının azalması 25% təşkil edib.

  • Qeyri-nağd ödəniş vasitələrindən istifadə 500%-dən çox qalxıb.

  • FSAP qiymətləndirməsi təsdiq etdi ki, iri ödənişlər sistemi (RTGS) və kiçik ödənişlər sistemi sistemli əhəmiyyəti olan sistem ödənişləri üzrə BİS normalarına cavab verir.

  • Bank kreditləri üzrə faiz dərəcələri ilə ölçüldüyü kimi, xidmət haqları orta hesabla 1-2% aşağı düşdü, eyni zamanda bank aktivlərinə orta mənfəətlilik dərəcəsi ilə ölçüldüyü kimi, bankların orta mənfəətliliyi orta hesabla 1% artıb (bunun səbəbi sistemdə rəqabətin artırılması ola bilər).

  • Ödənişlərin həyata keçirilməsindən tutulan bank haqlarının azalması 2% təşkil edib.

  • Qeyri-nağd ödəniş vasitələrinin istifadə edilməsi 150%-dən çox artıb.

  • Nağd ödənişlərin faizi 2003-cü ildə 3.5% və 2005-ci ildə 5% azalıb.




Regionlarda maliyyə təşkilatlarının yaradılması və fiziki şəxslərin və kiçik və orta müəssisələrin kreditləşməsi fəaliyyəti ilə məşğul olacaq mikrokredit təşkilatları üçün şəraitin yaradılması vasitəsilə bank şəbəkəsinin genişləndirilməsi üçün şəraitin yaradılması.

  • Bakıdan kənar ərazilərdə filialları olan bankların sayı 2-dən 10-dək qalxıb.

  • Bakıdan kənar ərazilərdə bank filiallarının sayı 50-dən 75-dək qalxıb.

  • Poçt idarələrində maliyyə xidmətlərinə çıxış nöqtələrinin sayı 600 poçt şöbəsinədək qalxdı.

  • Bakıdan kənar ərazilərdə maliyyə xidmətlərinə çıxış nöqtələrinin ümumi sayı 10 dəfə qalxıb.

  • 2005-ci ildə, ən azı 10 bankın 160 bank filialları regionlarda yerləşib.

  • 55 kredit ittifaqı lisenziya alıb. 20.000 çox fermeri əhatə edən 29 kredit ittifaqı və təxminən 1100 fəaliyyət göstərən Birgə Borcalanlar Bank layihələri tərəfindən dəstəklənib.

  • Hal-hazırda 52 milyon ABŞ dollarından yuxarı ümumi kredit portfeli, 64.000-dan çox fəal müştərisi, onlardan da 39% işgüzar qadınlar olan 19 mikromaliyyə təşkilatı fəaliyyət göstərir.

  • Layihə icra olunmaqdadır və Bakıdan kənar ərazilərdə maliyyə xidmətlərinə çıxış nöqtələrinin sayının 1.200 poçt şöbəsinə çatdırılması istiqamətində iş aparılır.



2b. Kiçik və orta müəssisələrin / özəl sektorun inkişaf etdirilməsi

Kiçik və orta müəssisələrin bazarlara çıxışını asanlaşdırmaq üçün tədbirlər proqramının dəstəklənməsi və sahibkarlar hüquqlarının müdafiəsinin gücləndirilməsi

  • İqtisadiyyatda özəl sektorun payı 7.5% artıb.

  • Növbəti BEEPS-də nəticələr yaxşılaşıb.

  • Özəl sektorun ÜDM-də payı 2001-ci ildə 71.8%-dən 2005-ci ildə 76% qalxıb (DSK-nin məlumatlarına əsasən).

  • Sahibkarlığın inkişafına əsas maneələr müəyyən edilib, idxal tarifləri azaldılıb, yeni antiinhisar və investisiya qanunları tərtib edilib.

  • Azərbaycanın 2005 BEEPS-də “Sahibkarlıq Fəaliyyətində Problemlər” göstəriciləri 21-dən 15 təşkil edərək MDB üzrə orta göstəricidən yuxarıdır.

  • CPİA və BEEPS-də əks etdirilmiş işgüzar mühitdə təkmilləşdirmələrə baxmayaraq, Azərbaycanın beynəlxalq reytinqlərdə halları hələ də aşağıdır.

Kiçik və orta müəssisələr sektorunda struktur dəyişikliklərin və texnoloji tərəqqinin stimullaşdırılması və regionda sahibkarlığın inkişafının sürətləndirilməsi

  • Kiçik və orta müəssisələr sektorunda iş yerlərinin sayı 10% artıb.

  • 2002 və 2005-ci illər arasında qeyri-neft sektoruna qoyulan birbaşa xarici investisiyalar 60% artıb, orta hesabla illik artım 20% təşkil edib

  • Kiçik və orta müəssisələrin istehsal etdiyi malların ixracı 10% artıb.

  • Kənd ərazilərində kiçik və orta müəssisələrin istehsalın dəyəri 20% artıb.

  • Bakıdan kənar ərazilərdə qeyri-neft sektoruna birbaşa xarici investisiyaların payı 15% artıb.

  • CAS dövründə qeyri-neft sektorunun artımı ildə 5-7% artım etalonunu əhəmiyyətli dərəcədə ötərək orta hesabla 13% təşkil etdi. Lakin, rəsmi statistik məlumatlara əsasən, kiçik və orta müəssisələr sektorunda iş yerlərinin artımı məhdud olub.

  • Qeyri-neft sektoruna qoyulan birbaşa xarici investisiyalar 2001-ci ildə 79.3 milyon ABŞ dollarından 2004-cü ildə 322 milyon ABŞ dolları səviyyəsinədək qalxıb (DSK məlumatı).

  • Tikinti, nəqliyyat və kommunikasiyalar sektorunda iş yerlərinin sayı 3-5% artıb, kənd təsərrüfatında isə məşğulluğun səviyyəsi aşağı düşüb

  • Hökumətin hesablamalarına əsasən, Regionların İnkişafı üzrə Dövlət Proqramı son iki il ərzində 340.000-dan çox iş yerinin açılmasına gətirib.

  • ÜDM-də qeyri-neft məhsullarının ixraı 2002-ci ildə 4.2% səviyyəsindən 2004-cü ildə ÜDM-un 7.6% səviyyəsinədək qalxıb. 2004-2005 illərində orta hesabla illik 30% artım baş verib.

  • Bakıdan kənar ərazilərdə qeyri-neft sektoruna birbaşa xarici investisiyalar 10% artıb.




2c. Kənd təsərrüfatı və kənd sektorunun inkişaf etdirilməsi

Şəffaf və işlək torpaq bazarının və davamlı kənd ərazilərinin maliiyyələşdirilməsi sisteminin yaradılması, fermerlərin işgüzar və texniki bacarıqlarının yaxşılaşdırılması, əsas infrastrukturun təkmilləşdirilməsi, və aqro-emal sahəsində özəl sektorun iştirakının artırılması vasitəsilə, kənd təsərrüfatı və kənd sektorunun inkişafı üçün əlverişli şəraitin yaradılması.

  • Qeydiyyata alınmış torpaq əqdlərinin sayı ildə üç minə çatıb.

  • Pilot vahid daşınmaz əmlakın qeydiyyatı sistemi yaradılıb və sınaqdan keçirilib.

  • 7.000 fermerin və kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olanların birgə borcalanlar və kredit ittifaqları vasitəsilə maliyyə xidmətlərinə çıxışı var.

  • Kənd ərazilərinin maliyyələşdirilməsi sahəsində fəaliyyət göstərən 250 təşkilat yaradılıb.

  • Məsləhət xidmətlərindən faydalanmış fermerlərin 75% təkmilləşdirilmiş üsullardan istifadə edir və təsərrüfatın təkmilləşmiş idarə edilməsini nümayiş etdirir.

  • Regional Torpaq Kadastrı Şöbələrinin yaradılması vasitəsilə şəffaf və işlək torpaq bazarı yaradılıb.

  • 2004-cü ildə 10.000 və 2005-ci ilin yanvar-sentyabr aylarında 12.000 torpaq əqdi daxil olmaqla, cəmi 31.5000 torpaq əqdi qeydiyyata alınıb.

  • KTİKL çərçivəsində pilot vahid daşınmaz əmlakın qeydiyyatı sistemi yaradılıb və sınaqdan keçirilib.

  • 2005-ci ilin sonuna 29 kredit ittifaqı və təxminən 1.100 Birgə Borcalanlar fəaliyyət göstərib, və onların fəaliyyəti 25.000-dən çox fermeri əhatə edib. KTİKL kredit xətti ilə kredit alan demək olar ki, bütün borcalanların gəlirləri artıb və 90% qazanılmış vəsaiti biznesin genişləndirilməsinə xərcləyib.

  • Regional Məsləhət Mərkəzləri əhatə edilmiş regionlarda fermerlərin təxminən 55% ilə müxtəlif məsləhət xidmətləri vasitəsilə çalışıb. 65% fermerin bilikləri artıb; 54% məsləhət xidmətləri tərəfindən tövsiyə olunmuş bir çox təkmilləşdirilmiş üsulları qəbul edib; 76% fermerin ailə gəlirləri artırılıb, və 35% məsləhət xidməti almayıb. (2005-ci ilin ortasına olan məlumat)

  • Ümumi kredit portfeli 52 milyon ABŞ dolları və 64.000-dən çox fəal müştərisi olan 19 mikromaliyyə təşkilatı yaradılıb.

İrriqasiya suyunun təchizatının təkmilləşdirilməsi, fermerlərin idarə etdiyi “üçüncü dərəcəli irriqasiya” və drenaj infrastrukturu üçün şəraitin yaradılması

  • Samur-Abşeron kanalı və Əsas Mill-Muğan kollektoru üzrə işlərin başa çatdırılması

  • Su istifadəçiləri assosiasiyaları tərəfindən tələb olunan səviyyənin 80%-nin təmin edilməsi İDSMİP tərəfindən dəstəklənir.

  • Meliorasiya və irriqasiya haqqında dəyişdirilmiş qanun qüvvəyə minib.

  • 300 su istifadəçiləri assosiasiyası hüquqi şəxs kimi yaradılıb.

  • Hüquqi şəxs statuslu su istifadəçiləri assosiasiyaları olan ərazilərdə məhsulun artımı 10% təşkil edib.

  • Samur Çayında tikinti işləri başa çatdırılıb və SAK kanalı üzrə iş həyata keçirilməkdədir. ƏMMK drenaj sistemi üzrə iş başa çatdırılıb.

  • Başa çatdırılmış ikinci dərəcəli kanallar, adekvat irriqasiya suyunun Su İstifadəçiləri Assosiasiyalarının sərhədlərinə çatması üçün imkan yaradıb.

  • Su istifadəçiləri assosiasiyaları tərəfindən qəza hallarında çox az texniki xidmət göstərilir, misal üçün kanal tam tutulanda.

  • Meliorasiya və irriqasiya haqqında qanun qüvvəyə minib.

  • 585 su istifadəçiləri assosiasiyası hüquqi şəxs kimi qeydiyyatdan keçib.

  • Tələb olunan suyun 75% və daha çox faizini alan (irriqasiya rəqəmləri ilə ölçülür) fermerlərin sayı 2002-ci ildə 1%-dən 2004-cü ildə 35%-dək qalxıb.

  • İrriqasiyanın bərpasından faydalanmış ərazilərdə əkinçilik sahələrinin strukturunu kommersiya nöqteyi-nəzərdən daha mənfəətli əkinlərə dəyişən fermerlər: 2000 və 2004-cü illər arasında, dənli bitkilər əkilən sahə 80%-dən 51%-dək azalıb, yem bitkiləri əkilən sahələr 1%-dən 18%-dək artıb, və alma ağacları əkilən sahələr 7%-dən 16%-dək artıb.

MƏQSƏD 3: İNFRASTRUKTUR VƏ SOSİAL XİDMƏTLƏRİN TƏKMİLLƏŞDİRİLMƏSİ

3a. Təhsil xidmətlərinin keyfiyyətinin artırılması

Təhsilin keyfiyyətinin, əmək bazarı ilə əlaqələrin, resursların bölüşdürülməsi və istifadə edilməsinin, və keyfiyyət və təhsili əldə etmək imkanlarında bərabərliyin təhsilin maliyyələşdirilməsi nöqteyi-nəzərdən monitorinqinin təkmilləşdirilməsi

  • Tələbələrin qiymətləndirilməsi üzrə milli mərkəz 2004-cü il üçün yaradılıb və işçi heyəti ilə təmin edilib.

  • Riyaziyyat və Azərbaycan dili fənləri üzrə 4-cü sinif şagirdlərinin nailiyyətlərinin pilot seçmə əsaslı etibarlı qiymətləndirməsinin başa çatdırılması

  • 2004-cü ildə şagird nailiyyətlərinin qiymətləndirilməsi şöbəsi yaradılıb.

  • 1900 5-ci sinif şagirdi üçün riyaziyyat və Azərbaycan dili fənləri üzrə pilot qiymətləndirmə həyata keçirilib.

  • Kurrikulumun, dərsliklərin və təhsil menecmentinin islahatı üzrə Təhsil Nazirliyinin planı təsdiq edilib.

Məktəb şagirdlərinin pulsuz dərsliklərlə təmin edilməsi vasitəsilə ibtidai təhsildə imkanların keyfiyyətinin artırılması.

  • 1-5 siniflərində şagirdlərin ən azı 90% əsas fənlər üzrə dərslikləri var.

  • Təhsil müəssisələrinə ümumi qəbul əmsalı 2001-ci ildə 94%-dən 2005-ci ildə 98%-ə qalxıb.

  • 17 və ondan yuxarı yaşı olan əhalinin təhsil müəssisələrinə qəbul dərəcəsi 2001-ci ildə 13%-dən 2005-ci ildə 15%-ə qalxıb.

  • İbtidai məktəblərə ümumi qəbul əmsalı – 102.4%.

  • Orta məktəbin yuxarı siniflərinə ümumi qəbulun səviyyəsi 2001-ci ildə 43.2%-dən 2003-cü ildə 70.5%-ə qalxıb.

  • 1-5 siniflərində 90%-dən çox şagird 2003 və 2004 illərində pulsuz dərsliklərlə təmin edilib.

  • Ali təhsil müəssisələrinə qəbul səviyyəsi 2001-ci ildə 13.4%-dən 2005-ci ildə 18%-dək qalxıb.

3b. Əsas səhiyyə xidmətlərinin keyfiyyətini və onları əldə etmək imkanlarında bərabərliyi artırmaq

Pilot rayonlarında ilkin tibb xidmətlərinin göstərilməsi səviyyəsini əhəmiyyətli dərəcədə qaldırmaq, əsas tərəfdaşlar tərəfindən səhiyyə islahatının məqsədlərinin qəbul edilməsinə köməklik göstərmək, pilot rayonlarında səhiyyə göstəricilərində ölçülən tərəqqiyə nail olmaq, səhiyyə sektoruna dövlət tərəfindən ayrılan vəsaiti artırmaq və daha yaxşı ünvanlandırmaq

  • Bütün pilot rayonlarında ilkin tibb qayğısı mərkəzlərinin işçi heyəti ilə təmin edilməsi, təchizatı və əsas dərmanlarla təmin edilməsi tam həyata keçirilib.

  • İslahat keçirilmiş tibb müəssisələrində xəstələrin sayı 40% artıb.

  • Pilot rayonlarında səhiyyə xidmətlərinin keyfiyyəti və onları əldə etmək imkanlarının bərabərliyi ilə razı olan xəstələrin sayı 20% artıb.

  • 2005-ci il üçün Hökumətin xərclərində səhiyyə xərclərinin payı 6%-dək qaldırılıb

  • İslahatlara dair zəif mülkiyyət mövqeyi səbəbindən, Bankın məqsədləri məhdud olub.

  • İlkin səhiyyə xidmətlərin göstərən təkmilləşdirilmiş müəssisələrdə xəstələrin sayı seçilmiş rayonlarda 65% artıb və razı qalmış xəstələrin səviyyəsi 34%-dən 61%-dək qalxıb.

  • Pilot layihələrlə məhdudlaşan nailiyyətlər seçilmiş rayonlarda ilkin tibb xidmətlərinin keyfiyyətinin və bərabərliyin artırılmasına gətirib.

  • İSİ və səhiyyə məsələsi üzrə fəal dialoq məlumatlılığı artırır və səhiyyə sektorunun islahatı üçün təkan yaradır.

  • Dövlət xərclərində səhiyyə xərclərinin payı 5.3%-dən 5.8%-dək qalxıb, lakin xəstəxalanaların düzgün ölçülərdə saxlanması daxil olmaqla, xərclərin rasionallaşdırılması məhdud olub.



3c. Pensiya, sosial yardım və əmək islahatının dəstəklənməsi

Uzun-müddətdə davamlılığı təmin edərək, Milli Məclis tərəfindən təsdiqlənmiş və hökumət tərəfindən icra olunan yeni pensiya qanunvericiliyini dəstəkləmək.

  • Pensiyalar vaxtında ödənilir və pensiyanın real səviyyəsi qeyri-neft ÜDM-un artım səviyyəsindən aşağı olmayaraq hər il qaldırılır.

  • 2005-ci ilin sonunadək, bütün pensiyaçıların kompüterləşdirilmiş fərdi hesabları olacaq.

  • 1 yanvar 2005-ci il tarixdən başlayaraq minimal pensiyanın məbləği ayda 125.000 manatadək qaldırılacaq, və 2006-cı ilin aprel ayında onun 150.000 manat səviyyəsinədək qaldırılması gözlənilir, bu da minimal əmək haqqına bərabər olacaq. Borclar müşahidə olunmayıb.

  • Sosial sığorta haqqında qanuna dəyişikliklər və düzəlişlər sosial müdafiə üzrə sosial sığorta haqqının yığımını eyniləşdirəcək.

  • Pensiya İslahatının Konsepsiyası Prezident tərəfindən təsdiq edilib; pensiya ilə bağlı yeni qanunvericilik hazırlanmaqdadır

  • Pensiyaçılar üçün kompüterləşdirilmiş fərdi uçot sistemi hazırlanmaqdadır

Hökumət tərəfindən hazırlanmış və təsdiq edilmiş ətraflı sosial yardım islahatı strategiyasını dəstəkləmək.

  • Sosial yardım müavinətləri vaxtında ödənilir və hər il real ifadədə qeyri-neft ÜDM-un real artımından aşağı olmayaraq artırılır

  • Sosial yardım müavinətləri daha yaxşı ünvanlandırılır və ən aşağı kvintil müavinətlərin 50%-ni alır.

  • Ünvanlı sosial yardım üzrə pilot layihə başa çatdırılıb, qiymətləndirilib, və sistemim ölkə səviyyəsində yayılması hazırlanıb.

  • Sosial yardım müavinətləri vaxtında ödənilir və hər il real ifadədə 5% artır

  • Milli məclis tərəfindən yeni ünvanlı sosial yardım çərçivəsi təsdiq edilib.

  • Ünvanlı ailə / yoxsulluq müavinəti sisteminin tam tətbiq edilməsi 2006-cı ilin ortasına planlaşdırılıb və artıq büdcəyə daxil edilmişdir.

Restrukturizasiya və özəlləşdirmə prosesində olan müəssisələrdə hazırlanmış və sınaqdan keçirilmiş əmək qüvvələrinin yenidən təşkili proqramlarını dəstəkləmək

  • Əmək qüvvələrinin sorğusu hazırlanıb və müntəzəm həyata keçirilir.

  • Əmək qüvvələrinin sorğusu 2003-cü ildə keçirilib və Milli Məşğulluq Strategiyasının hazırlanması ilə nəticələnib. Əmək qüvvələrinin ikinci sorğusu 2006-cı ilin aprel-iyun aylarında keçiriləcək.

3d. Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması

Ehtiyac-əsaslı yanaşmaya uyğun olaraq müavinətləri məcburi köçkünlərə ünvanlandırmaq; məcburi köçkünlərin ev və mənzillərlə, torpaq sahələri və kənd təsərrüfatı aktivləri ilə təmin edilməsinin təkmilləşdirilməsi.

  • Məcburi köçkünlərin adambaşı gəliri 2005-ci ildə ümummilli orta səviyyəyə çatıb.

  • Milli sosial müdafiə sistemində məcburi köçkünlərin daha səmərəli və ünvanlı əhatə edilməsi



  • Məcburi köçkünlərin orta adambaşı gəliri ümumi əhasli sırasında orta göstəricini bir az ötüb.

  • Ünvanlı ailə / yoxsulluq müavinəti sisteminin tam tətbiq edilməsi 2006-cı ilin ortasına planlaşdırılıb və artıq büdcəyə daxil edilmişdir.

  • Məcburi köçkünlər arasında yoxsulların sayı əhali arasında yoxsulluğun orta səviyyəsinə nisbətən aşağıdır.




3e. Enerji sektorunun islahatı

Enerji və su təchizatı sektorlarında subsidiyaların tədricən ləğv edilməsi, dövlət kommunal müəssisələrində özəl sektorun iştirakı və məsrəflərin istifadəçi tərəfindən ödənilməsi prinsiplərinin həyata keçirilməsi, qaldırılan tariflərin yoxsullara təsirini yumşaltmaq üçün subsidiyaların daha səmərəli ünvanlandırılması.

  • Enerji və su təchizatı sektorlarında subsidiyaların ümumi səviyyəsi 2005-ci il üçün 35% azalıb

  • Büdcə təşkilatları 2003-cü il üçün kommunal haqlarını 100% vaxtında ödəməyə başladı.

  • Kommunal xidmət haqlarının tədricən artırılması.

  • Enerji təchizatı ilə bağlı subsidiyaların ümumi səviyyəsi 2002-ci ildə qeyri-neft ÜDM-un 7.7%-dən 2005-ci ildə 4.8%-ə endi və 2006-cı ildə həmin rəqəmin 4.2%-dək düşməsi proqnozlaşdırılır.

  • Enerji təchizatını sahibkarlıq fəaliyyəti üçün problem kimi qiymətləndirən şirkətlərin sayı 2002-ci ildə 30%-dən 2005-ci ildə 25%-ə enib (2005 BEEPS).

  • Tarifləri müəyyən edən təşkilat əhəmiyyətli dərəcədə gücləndirilib.

  • Büdcə təşkilatları kommunal ödənişləri vaxtında ödəyir.

  • Kommunal müəssisələr üçün mərhələlərə bölünmüş orta-müddətli tarif siyasəti qəbul olunub.

  • Su haqqı iki dəfə, qaz haqqı isə dörd dəfə qaldırılıb.



3f.Kommunal xidmətlərin təkmillləşdirilməsi

Özəl sektorun kommunal xidmətdə iştirakı üçün şəffaf və dəqiq müəyyən edilmiş şərtləri müəyyən etmək, kommunal sektorun istehsal və paylaşdırma (“downstream”) hissəsinin özəlləşdirmə proqramını başa çatdırmaq, qaz paylaşdırılması üzrə müqavilələrin imzalanmasını və hüquqi olaraq təsdiq edilməsini təmin etmək, elektrik enerjinin ötürülməsi üzrə mövcud proqramı dəstəkləmək


  • Kommunal sektor əməliyyat və istismar xərclərini ödəyir

  • Təchizatda fasilələrin əmələ gəlməsi ilə nəticələnən infrastrukturun dağılması ilə bağlı ciddi hallar baş verməyib

  • Qazın paylaşdırılması sistemində özəl sektorun iştirakı üzrə əməliyyatlar başa çatdırılıb.

  • 2002-2005 illər arasında elektrik enerji təchizatında artım 21% və qaz istehsalında artım 12% təşkil edib.

  • 2002-ci ildə bütün ölkə miqyasında baş vermiş qəza təkrar baş verməyib, lakin tez-tez baş verən lokal qəzalarla və geniş səviyyədə sistemin sıradan çıxması ilə, sistemin etibarlılığı zəif olaraq qalır. Məsrəflərin çıxarılmasına yaxınlaşmaq üçün qazın qiyməti 2004-cü ildə dörd dəfə qaldırılıb.

  • Kommunal sektorda yığım sahəsində tərəqqi qarışıq idi. Enerji sektorunda yığım 2003-cü ildə 54%-dən 2005-ci ildə 56.4%-ə qalxsa da, qaz və su təchizatı sektorlarında yığım qaldırılmış tarif dərəcələrinə cavab olaraq aşağı düşüb. Qaz sektorunda yığım 70%-dən 50%-dək düşüb və su təchizatında 73%-dən 69%-dək düşüb.

  • Enerjinin paylaşdırılması sektorunda və qismən su təchizatı sektorunda (ölkənin bir neçə rayonu) idarəetmə müqavilələri qüvvədə idi.

  • Ümumiyyətlə, kommunal sektorun maliyyə vəziyyəti yaxşılaşsa da, zəif qalır və elektrik enerji, qaz və su təchizatı müəssisələrinin kommersiya nöqteyi-nəzərdən səmərəli olması üçün sayğaclaşdırmanın artırılmasına və tənzimləyici çərçivənin təkmilləşdirilməsinə ehtiyac var.

Su təchizatı sahəsində təcili investisiya proqramının başa çatdırılması; Bakıda su təchizatı üçün idarəetmə müqaviləsinin imzalanması və təsdiq edilməsi.

  • Yaxşılaşdırılmış su mənbəyindən istifadə etmək imkanı olan insanların sayı 77%-ə qalxıb

  • Su təchizatı sisteminin təhlükəsizliyinə inanan Bakı əhalisinin sayı 50%-ə qalxıb

  • Təkmilləşdirilmiş kanalizasiya sistemindən istifadə etmək imkanı olan insanların sayı 2% artıb.

  • Bakıda su ilə keçən xəstəliklərin sayı azalıb.

  • Şəhər ərazilərində 93% daxil olmaqla, bütün ev təsərrüfatlarının təxminən 76% yaxşılaşdırılmış su mənbəyindən istifadə etmək imkanı var.

  • Bakıda əsas su təmizləyici stansiyanın bərpası başa çatmaq üzrədir, bu da suyun mənbədə keyfiyyətini artırır.

  • Bakıda sorğu məlumatları içməli suyun keyfiyyətinin yaxşılaşmasını göstərir.

  • Təkmilləşdirilmiş kanalizasiyaya qoşulmuş əhalinin faizi: Şəhər əraziləri – 2002-ci ildə 96.2%-dən 2003-cü ildə 98.4%-ə qalxıb; Kənd əraziləri – 2003-cü ildə 78.3%-dən 84.1%-ə qalxıb (ETS məlumatları).

3g. Nəqliyyat xidmətlərinin təkmilləşdirilməsi

Yolların bütün növlərini səmərəli idarə etmək. Tənzimləyici və kommersiya funksiyalarının ayrılması ilə, Nəqliyyat Nazirliyinin yaradılması və işçi heyəti ilə təmin edilməsi. Özəl / dövlət sektorunun məsləhətçi qruplarının hazırladığı tədbirlər vasitəsilə Nəqliyyat məsrəflərinin və ləngimələrin azaldılması.

  • Yolun idarə edilməsinin restrukturizasiyası.

  • Yol örtüyünün idarə edilməsi sistemi quraşdırılıb.

  • Yolların təhlükəsizliyi üzrə milli proqram hazırlanıb.

  • Yolların saxlanılmasına büdcədən ayrılan vəsait ildə 10% artır.

  • Yol büdcəsində vəsaitin 60% tender proseduru vasitəsilə xərclənir.

  • Mərkəzi Asiyaya qeyri-neft tranzit nəqliyyat axınının artırılması.

  • Amsterdamdan Bakıya yükdaşına haqlarının 8-12% azaldılması, Bakıdan Amsterdama yükdaşıma haqlarının 5-6% azaldılması

  • Amsterdamdan Bakıya nəqliyyat vaxtının 1 gün azaldılması (Polşanın Avropa Birliyinə qəbul olunmasından sonra)

  • Nəqliyyat Nazirliyinin yaradılması ilə bağlı olaraq yol sektorunun idarə edilməsi.

  • Yol şəbəkəsinin funksional təsnifatı başa çatdırılıb və yol layihələrinin təhlili və prioritetləşdirilməsi üçün Yol Örtüyünün İdarə Edilməsi Sistemi 2005-ci ilin yanvar ayından işləməyə başlayıb.

  • Yol hərəkətinin təhlükəsizliyi üzrə milli plan 2005-ci ilin mart ayında hazırlanıb.

  • Yolların saxlanılmasına büdcənin artırılması 10% illik hədəfini ötüb və təchizatçılar və podratçılar arasında rəqabət artmaqda idi.

  • Avropa – Qafqaz – Asiya nəqliyyat dəhlizi vasitəsilə Azərbaycana nəql edilmiş mallar 2001-ci ildə 32,485 min tondan 2005-ci ildə 46,700 tona qalxıb.

  • Yol büdcəsində vəsaitin 60%-dən yuxarı hissəsi tender proseduru vasitəsilə xərclənir.

  • Amsterdamdan Bakıya yükdaşıma haqları 8-12%, Bakıdan Amsterdama isə yükdaşıma haqları 5-6% azalıb.

  • Amsterdamdan Bakıya nəqliyyat vaxtı 1 gün azalıb.

3h. Təbii resursların idarə edilməsinin təkmilləşdirilməsi

Kəndlərin iştirakı təmin edilməklə, otlaqların və meşələrin idarə edilməsinin təkmilləşdirilməsi, xüsusi əhəmiyyətə malik olan ekosistemlərlin idarə edilməsinin təkmilləşdirilməsi, nərə balığı populyasiyasının bərpası; bioresursların idarə edilməsi üçün davamlı maliyyələşdirmənin təmin edilməsi

  • GEF layihəsi icra olunur.

  • Layihə ərazilərində torpaqdan dayanaqlı istifadə planları hazırlanıb.

  • Balıqartırma müəssisəsi fəaliyyət göstərir

  • Balıqartırma müəssisəsi fəaliyyət göstərir. Əsas hədəfin ildə 15 milyon olmaqla, fəaliyyətin birinci ili ərzində altı milyon cavan balıq yetişdirilib.

  • Məqsədi meşə və otlaqların idarə edilməsinin təkmilləşdirilməsi və biomüxtəlifliyin konservasiyası olan Kənd Ətraf Mühiti Layihəsi təsdiq edilib.

  • Xəzər Milli Tədbirlər Planı hazırlanıb.

  • Neft hasilatının ətraf mühitə təsirini azaltmaq üçün Təhlükəli Tullantıların İdarə edilməsi Strategiyası 2004-cü ildə qəbul olunub. Ətraf mühitin çirklənməsini izləmək üçün milli monitorinq departamenti və tullantıların ləğv edilməsini əlaqələnldirmək üçün Təhlükəli Tullantıların İdarə Edilməsi Agentliyi yaradılıb.

MƏQSƏD 4: NEFT POTENSİALININ REALLAŞDIRILMASI

Müəyyən edilmiş vaxt cədvəllərinə uyğun olaraq BTC boru kəməri, Şah Dəniz, Cənubi Qafqaz boru kəməri və digər neft və qaz layihələri üzrə işlərin başa çatdırılması.

  • BTC boru kəmərinin tikintisinin ətraf mühit üzrə beynəlxalq standartlara cavab verən şəklində başa çatdırılması.

  • Türkiyəyə qazın ixracı və Şahdəniz yatağının vaxtında işlənməsi

  • BTC vasitəsilə neftin ixracı 2005-ci ilədək başlanmalı idi.

  • BTC borukəməri 2006-cı ilin bahar fəslində işləməyə başladı.

  • Qaz yataqları və boru kəmərləri ilə bağlı işlər 2007-ci il üçün planlaşdırdığı kimi gedir.

  • 2005 və 2007-ci illər arasında neft sektorunda artımın ildə 60% olması proqnozlaşdırılır.

  • BMK-nin töhfəsi neft yatağı üzrə layihə üçün və ondan irəli gələn neft kəmərlərinin tikintisi üçün maliyyənin əldə edilməsində, və ən yüksək sosial, ətraf mühit və təhlükəsizlik standartlarının təmin edilməsində katalitik oldu. BİA və BVF Azərbaycana gəlirlərin izlənilməsi və idarə edilməsində şəffaflığın təmin edilməsi üçün lazımi qurumların yaradılması üçün köməklik göstərməkdə mühüm rol oynayıb, bu olmadan beynəlxalq neft şirkətləri vəsaitin ayrılmasına tərəddüdlə yanaşardı.




Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin