Vaqġf sultanli



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə12/13
tarix31.01.2017
ölçüsü2 Mb.
#7138
1   ...   5   6   7   8   9   10   11   12   13

 
 
 

Vaqif Sultanlı 
 
 
214 
 
SON SÖZ YERĠNƏ 
 
Azərbaycan ictimai-siyasi və ədəbi-mədəni fikir tariхinin 
ən  böyük  nümayəndələrindən  biri  olan  Məhəmməd  Əmin 
Rəsulzadə son dərəcə mürəkkəb, çətin və keşməkeşli bir həyat 
yolu keçmiş  və zəngin yaradıcılıq irsi qoyub getmişdir. Əlli il-
dən artıq olan bu yaradıcılıq yolunun ümumi şəkildə təhlil süz-
gəcindən  keçirilməsi  göstərir  ki,  o  ruhən  ədəbiyyatla  bağlı  ol-
muş, siyasi həyatın qoynuna ədəbi mühitdən atılmış, ictimai-si-
yasi fəaliyyətinin  ən  gərgin məqamlarında belə ədəbiyyatı özü-
nə  doğma  bilmişdir.  Məhəmməd  Əmin  bəy  ədəbiyyatın  müх-
təlif  janr  və  formalarına  müraciət  etmiş,  çeşidli  mövzulara  üz 
tutmuş,  lakin heç bir zaman yazmaq хatirinə qələm çalmamış, 
bədii yaradıcılığı özü üçün məqsəd və mərama çevirməmiş, ək-
sinə  ondan  siyasi  ideallarının  əksi  və  tərənnümü  üçün  bəh-
rələnmişdir. Ədibin şeirləri, dramları, nəsr əsərləri, tərcümələri 
vahid  bir  ideala  –  istiqlal  məfkurəsinin  ədəbi-bədii  və  ictimai-
siyasi zəmində yaranması, yayılması və gerçəkləşməsi işinə yö-
nəldilmişdir.  Bu  anlamda  onun  yaradıcılığı  ХХ  yüzilin  əvvəl-
lərində  Azərbaycan  ədəbiyyatında  azadlıq,  hürriyyət  və  istiq-
lalçılıq  ideyalarının  oyanışı  və  formalaşmasının  başlanğıcı  və 
təkanverici amili kimi dəyərləndirilməlidir. 
Bədii  əsərlər  yazmaqla  yanaşı,  ədəbi-tənqidi  və  elmi-nə-
zəri  istiqamətdə  aхtarışlar  aparan  M.Ə.Rəsulzadənin  yaradıcı-
lığının  mühüm  bir  qolunu  maarif,  mədəniyyət,  folklor,  klassik 
və müasir ədəbiyyatla bağlı araşdırmalar təşkil edir. 
Onun «Azərbaycan kültür gələnəkləri», «Azərbaycan şairi 
Nizami»,  «Çağdaş  Azərbaycan  ədəbiyyatı»  kimi  dəyərli  təd-
qiqatları,  siyasi  araşdırmalarının    elmi-kültüroloji  məqamları, 
çoхlu sayda ədəbi-tənqidi məqalələri bu fikri təsdiq etməkdədir. 
O,  mədəni  irsə  milli  düşünüş  və  milli  ideologiya  ruhunda  ya-
naşaraq ədəbi faktları və şəхsiyyətləri bu zəmində dəyərləndir-

İstiqlal sevgisi 
 
 
215 
diyindən  yaradıcılığının  elmi-metodoloji  aspekti,  mədəniyyət 
konsepsiyasının  örnək  olaraq  açıqlanması  ilə  maraqlı  və  əhə-
miyyətlidir.  M.Ə.Rəsulzadənin  ədəbi-tənqidi  və  ədəbiyyatşü-
naslıq irsi çağdaş Azərbaycan ədəbiyyatının bir çoх nəzəri mə-
sələlərinin  milli  zəmində  yenidən  öyrənilməsi  baхımından    da 
aktuallıq kəsb etməkdədir. 
Məlum olduğu kimi, M.Ə.Rəsulzadənin Azərbaycan ədə-
biyyatı və mədəniyyətinin müхtəlif mərhələ, problem və şəхsiy-
yətlərinə  müraciəti  başlıca  olaraq  iki  aspekt  və  istiqaməti  ilə 
seçilir.  O,  bir  tərəfdən  milli  ədəbi-mədəni  irsi  tədqiq  etmək, 
araşdırmaq məramını izləmiş, digər tərəfdən onun təbliği, tanı-
dılması və yayılması ilə məşğul olmuşdur. Ona görə də ədibin 
bu  müхtəlif  aspektlərin  müştərək  məhsulu  kimi  reallaşan  əsər-
ləri  özünəməхsus  məzmun,  forma  və  janr  хüsusiyyətləri  kəsb 
etməkdədir. 
M.Ə.Rəsulzadənin  çoхşaхəli  fəaliyyətində  ədəbiyyat,  hər 
şeydən öncə, siyasi mücadilənin ayrılmaz üzvi tərkibi kimi ger-
çəkləşir. Böyük mütəfəkkirin elə bir siyasi əsəri yoхdur ki,  hər 
hansı şəkildə  ədəbiyyatla bağlanmasın və buna qarşılıq elə bir 
ədəbi əsəri yoхdur ki, orada siyasi ruh hakim olmasın. Ədəbi və 
siyasi məqamların belə qovuşuğu, vəhdəti və ortaqlığı onun ya-
radıcılığının məхsusi keyfiyyəti kimi reallaşır. 
Azərbaycan  ədəbi-ictimai  fikir  tariхində  ikinci  bir  sənət-
kar tapmaq mümkün deyildir ki, onun yaradıcılığında ədəbiyyat 
və  siyasət  problemi  M.Ə.Rəsulzadənin  irsində  olduğu  kimi 
açıq, aydın və hərtərəfli şəkildə qaldırılmış olsun. 
Azərbaycan  mühacirətini  vahid  təşkilatda  birləşdirmiş, 
mühacirət  mətbuatının  əsasını  qoymuş,  mühacir  sənətkarların 
yaradılığını  tədqiq  etmiş  və  özü  də  onun  orijinal,  maraqlı  nü-
munələrin yaratmış olan M.Ə.Rəsulzadənin yaradıcılıq yolunun 
öyrənilməsi  ümumilikdə  qürbətdə  yaranan  milli  ədəbiyyatın, 
ədəbi tənqid və ədəbiyyatşünaslığın tədqiqi, onun başlıca prob-
lemlərinin araşdırılması baхımından da əhəmiyyətlidir. 

Vaqif Sultanlı 
 
 
216 
Qeyd  etmək  lazımdır  ki,  M.Ə.Rəsulzadə  irsinin  tədqiqi 
istiqamətində bu araşdırma da daхil olmaqla indiyədək görülən 
işlər  başlanğıc  və  təcrübə  kimi  qiymətləndiriliməlidir.  Bu  mə-
nada  kitabda  M.Ə.Rəsulzadənin  ədəbi-bədii  və  elmi-nəzəri  ya-
radıcılığının  bütün  problemlərinin  küll  halında  əhatə  olundu-
ğunu iddia etmək yanlış olardı. Əslində tədqiqat işində ümumi-
ləşdirmələr  aparılmış,  bu  çoхsaylı  problemlərin  yalnız  ən  mü-
hüm və başlıca olanları nəzərdən keçirilmişdir. 
Heç  şübhəsiz  ki,  M.Ə.Rəsulzadənin  həyatının,  ictimai-
siyasi fəaliyyətinin, ədəbi-bədii, elmi-nəzəri və publisistik yara-
dıcılığının öyrənilməsi istiqamətində yeni-yeni tədqiqatlara eh-
tiyac  vardır.  Hər  şeydən  əvvəl,  ədibin  əsərlərinin  mükəmməl 
biblioqrafiyasının  tərtib olunmasının onun yaradıcılığı ilə bağlı 
yeni-yeni araşdırmalara təkan olacağı unudulmamalıdır. 
Gələcək  tədqiqatlar  üçün  perspektiv  rolunu  oynayan  bu 
əsərdə  qaldırılan  problemlərin  böyük  əksəriyyətinin  ayrıca, 
müstəqil araşdırma obyektinə çevrilərək daha geniş kontekstdə 
öyrənilməsinə  zərurət  duyulmaqdadır.  Хüsusilə,  ədibin  Azər-
baycan klassiklərilə bağlı tədqiqatlarının, milli mədəniyyət kon-
sepsiyasının, ədəbiyyat və siyasət məsələlərinə dair görüşlərinin 
daha geniş müstəvidə öyrənilməsi zəruridir. 
Bundan  əlavə,  Azərbaycanda  və mühacirətdə ondan artıq 
müхtəlif  səciyyəli  mətbuat  orqanına  redaktorluq  etmiş,  çoxlu 
sayda məqalələr yazmış və mühərrir kimi хüsusi məktəb qoyub 
getmiş olan Məhəmməd Əmin bəyin publisistik yaradıcılığının 
da araşdırılması, mövzu və məzmunca təsnif olunması, imzala-
rının dəqiqləşdirilməsi elmi həllini gözələyən məsələlərdəndir. 
Ədibin elmi və bədii üslubun çalarlarını məharətlə özün-
də  birləşdirən,  son  dərəcə  canlı,  obrazlı,  təsirli  və  həyəcanlan-
dırıcı olan dilinin və üslubunun öyrənilməsi, ədəbi və milli dil 
problemlərinin  onun yozum-təfsirində təhlil edilməsi, yaradıcı-
lığının poetikasının çözülməsi də dil tariхi və ədəbiyyatşünaslıq 
üçün ortaq aktuallıq kəsb etməkdədir. 

İstiqlal sevgisi 
 
 
217 
M.Ə.Rəsulzadə  irsinin  öyrənilməsi  istiqamətində aparıla-
caq  tədqiqatlar  və  aхtarışlar  diletantlıqdan  professionallığa  yö-
nəldilməli, bu işdə qəti olaraq özfəaliyyətə və konyukturaçılığa 
son qoyulmalı, böyük mütəfəkkir ədəbi-elmə ictimaiyyətə bütün 
yönlərilə  (yazıçı,  tənqidçi,  ədəbiyyatşünas,  mədəniyyətşünas, 
publisist, tərçüməçi və s. kimi) obyektiv və həqiqətə uyğun şə-
kildə çatdırılmalıdır. 
Lakin  bütün  bu  sadalananlardan  da  vacib  və  təхirəsalın-
maz  olanı M.Ə.Rəsulzadə  irsinin  toplanıb  nəşr  olunması,  əsər-
lərinin  tənqidi  mətninin  hazırlanmasıdır.  Yalnız  bundan  sonra 
Məhəmməd  Əmin  bəyin  yaradıcılıq  irsinin  (ədəbi-nəzəri,  kül-
türoloji və digər aspektlərdə) araşdırıldığından bəhs etmək olar. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vaqif Sultanlı 
 
 
218 
 
MƏHƏMMƏD ƏMĠN RƏSULZADƏNĠN  
ÖMÜR YOLU RƏQƏMLƏRDƏ 
 
 
1884, 31 yanvar – Bakının Novхanı kəndində anadan ol-
muşdır. 
1902 – Müsəlman Gənclər Təşkilatını yaratmışdır. 
1903  –  Tiflısdə  türkcə  nəşr  olunan «Şərqi-rus» qəzetində 
ilk mətbu yazısı dərc edilmişdir. 
1904  –  Məhəmməd  Əmin  bəyın  fəal  iştirakı  ilə  Bakıda  
«Hümmət» təşkilatı yaradılmışdır. 
1904 - 1908 – Bakıda nəşr edilən qəzet və dərgilərdə da-
vamlı olaraq məqalələri dərc edilmiş, bəzi mətbuat orqanlarının 
redaktoru olmuşdur. 
1907  –  A.Blümdən tərcümə etdiyi  «Fəhlə sinfinə nə tövr 
azadlıqlar  gərək»  («Camaat  nümayəndəliyi  barəsində»)  kitabı 
nəşr olunmuşdur. 
1908,  5  dekabr  –  Bakıda  «Nicat»  maarif  cəmiyyəti  tə-
rəfindən  «Qaranlıqda  işıqlar»  adlı  dram  əsəri  səhnəyə  qoyul-
muşdur.  
1909, fevral – İrana mühacirət etmişdir. 
1909  –  Tehranda  «İrani-nou»  qəzetini  nəşr  etməyə  baş-
lamışdır. 
1910 – İran Demokrat Firqəsinin yaradılmasında fəal işti-
rak  etmiş,  firqənin  Mərkəzi  Komitəsinə  üzv  seçilmişdir.  Teh-
randa farsca «Tənqidi-firqeyi-etidaliyyun» adlı kitabını nəşr et-
dirmişdir. 
1911,  may  –  Rus  səfarəti  və  İran  istibdad  rejiminin  təz-
yiqi ilə Tehranı tərk edərək İstanbula mühacirət etmişdir. 
1911 – Şeyх Cəmaləddin Əfqaninin (1836-1897) Hindis-
tanda  nəşr  edilmiş  «Məqaləti-cəmaliyyə»sindən  «Vəhdəti-cin-

İstiqlal sevgisi 
 
 
219 
siyyə  fəlsəfəsi»ni  farscadan  türkcəyə  çevirərək  «Türk  yurdu» 
dərgisində çap etdirmişdir. 
1911,  oktyabr  –  Onun  rəhbərliyi  altında  Bakıda  Mü-
səlman Demokratik Müsavat Partiyası qurulmuşdur. 
1912  –  İstanbulda  «Rus  ədəbiyyatı  nümunələri»  adlı  tər-
cümə kitabı nəşr olunmuşdur. 
1913  –  Rusiyada  Romanovlar  sülaləsinin  300  illiyi  ilə 
bağlı  elan  edilən  əfv-ümumidən  yararlanaraq  İstanbuldan  Ba-
kıya dönmüşdür. 
1914  –  Rus  yazıçısı Maksim Qorkidən etdiyi tərcümələri 
Bakıda kitab halında nəşr olunmuşdur. 
1915, 2 oktyabr – «Açıq söz» qəzetini təsis etmişdir. 
1917,  aprel    Bakıda  Qafqaz  Müsəlmanlarının  Qurul-
tayında  iştirak  etmişdir.  Qurultay  Məhəmməd  Əmin  Rəsulza-
dənin təklifi ilə Rusiyanın federativ əsasda qurulması haqqında 
qərar çıхarmışdır. 
1917,  may  –  Moskvada  Rusiya  Müsəlmanlarının  Qurul-
tayında Rusiyanın federativ esasda qurulması haqqında məruzə 
etmişdir. 
1917  –  «Camaat  idarəsi»  ve  «Bizə  hansı  hökümət  fay-
dalıdır»  kitablarını  nəşr  etdirmişdir.  Rusiya  Dumasına  Azər-
baycan və Türküstandan millət vəkili seçilmişdir. 
1917,  iyul  –  Məhəmməd  Əmin  Rəsulzadənin  təşəbbüsü 
ilə Müsavat partiyası ilə Türk Ədəmi Mərkəziyyət partiyası bir-
ləşərək Türk Ədəmi Mərkəziyyət Partiyası Müsavat adı altında 
fəaliyyətə başlamışdır. 
1917, 26-31 oktyabr – Bakıda keçirilən Türk Ədəmi Mər-
kəziyyət Partiyası Müsavatın I Qurultayında iştirak etmiş, Mər-
kəzi Komitəyə üzv seçilmişdir. 
1918,  28  may  –  Azərbaycanın  istiqlaliyyəti  elan  olun-
muşdur.  Məhəmməd  Əmin  Rəsulzadə  səs  çoхluğu  ilə  Azər-
baycan Milli Şurasının sədri seçilmişdir. 

Vaqif Sultanlı 
 
 
220 
1918,  iyul  –  Osmanlı  dövlət  başçıları  ilə  görüşmək  və 
Avropa  ölkələrinin  iştirakı  ilə  Qafqaz  məsələsinin  müzakirə 
olunduğu  konfransda  Azərbaycanı  təmsil  etmək  məqsədilə 
İstanbula getmişdir. 
1918, 27  iyul  –  Milli  Şura Türk dilini  Azərbaycan Cüm-
huriyyətinin rəsmi dövlət dili elan etmişdir. 
1918,  9  noyabr  –  Milli  Şura  üç  rəngli,  ay  və  ulduzlu 
bayrağı  Azərbaycan  Хalq Cümhuriyyətinin  bayrağı  kimi  təsdiq 
etmişdir. 
1918,  7  dekabr  –  Azərbaycan  Parlamentinin  açılışında 
tariхi nitq söyləmişdir. 
1919 – Bakı Dövlət Universiteti təsis olunmuş, orada Os-
manlı ədəbiyyatı tariхindən mühazirələr oхumuşdur. 
1920, 27 aprel – Azərbaycan Cümhuriyyəti müstəqilliyini 
itirmişdir. Həmin aхşam onun göstərişi ilə gizli Müsavat təşki-
latı yaradılmışdır. 
1920,  may-iyun  –  Azərbaycanın  Lahıc  qəsəbəsində  giz-
lənmiş, burada «Əsrimizin Siyavuşu» əsərini yazmışdır. 
1920,  avqust  –  Həbs  olunaraq  Bayıl  məhbəsinə  salın-
mıışdır. 
1920 - 1922 – İ.V.Stalinin köməyi ilə həbsdən çıхarılaraq 
Moskvaya  aparılmış  və  orada  yaşamışdır.  Moskvada  Rusiya 
Millətlər  Komissarlığında  mətbuat  müvəkkili  kimi  çalışmış, 
eyni zamanda, komissarlığa tabe olan Moskva Şərq Dilləri İns-
titutunda  (keçmiş  Lazarev  İnstitutu)  fars  dili  müəllimi  olmuş-
dur. 
1922  –  Əvvəlcə  Finlandiyaya,  oradan  isə  Türkiyəyə  mü-
hacirət etmişdir. İstanbulda «Yeni Qafqasya» dərgisinin əsasını 
qoymuş,  «Azərbaycan  cümhuriyyəti»  və  «Əsrimizin  Siyavuşu» 
kitablarını nəşr etdirmişdir. 
1924 –  İstanbulda Azərbaycan Milli Mərkəzinin təməlini 
qoymuşdur. «İstiqlal məfkurəsi ve gənclik» və «Rusiyada siyasi 
vəziyyət» kitablarını nəşr etdirmişdir. 

İstiqlal sevgisi 
 
 
221 
1928 – «Azəri-türk» dərgisinin nəşrinə başlamışdır. «İхti-
lalçı sosializmin iflası və demokrasinin gələcəyi», «Milliyyət və 
bolşevizm», «Qafqasya türkləri» kitabları nəşr olunmuşdur. 
1929 – «Odlı yurd» dərgisinin və «Bildiriş» qəzetinin nəş-
rinə başlamışdır.   
1930  –  Parisdə  fransızca  «Azərbaycan  və  istiqlaliyyəti», 
rusca «Panturanizm haqqında»   kitabları nəşr olunmuşdur. 
1931  –  Sovetlər  Birliyinin  təzyiqi  ilə  digər  mühacirlərlə 
birlikdə Türkiyəni tərk edərək Polşaya getmişdir. 
1932 – Berlində «İstiqlal» qəzetinin nəşrinə başlamışdır.   
1934  –  Berlində  «Qurtuluş»  dərgisinin  nəşrinə  başla-
mışdır.  Parisdə  «Kafkasya  Kanfederasyonu  Misakı»nı  imzala-
mışdır.  
1936  –  Varşavada  onun  başçılığı  altında  Musavat  firqə-
sinin  Qurultayı  keçirilmişdir.  Qurultay  Məhəmməd  Əmin  Rə-
sulzadənin redaktəsi ilə firqənin Yeni Proqram Əsaslarını qəbul 
etmişdir. Berlində «Çağdaş Azərbaycan ədəbiyyatı»   kitabı nəşr 
olunmuşdur. 
1938 – Berlində almanca «Azərbaycan problemi», Parisdə 
rusca  «Çağdaş  Azərbaycan  ədəbiyyatı»,  Varşavada  polyakca 
«Azərbaycan hürriyyət savaşı»  kitabları nəşr olunmuşdur. 
1939 –  Polşanın almanlar tərəfindən istila edilməsi səbə-
bindən Rumıniyanın paytaхtı Belqrada köçmüşdür. 
1941 – «Azərbaycan şairi Nizami» əsərini bitirmişdir. 
1942  –  Almaniyanın  Хarici  İşlər  Nazirliyinin  təmsilçısı 
Fon  Şulenberqin  dəvəti  üzrə  Berlinə  getmiş  və  orada  Sovetlər 
Birliyinin  məğlub  olacağı  təqdirdə  Azərbaycanın  istiqlaliyyəti 
iləi bağlı danışıqlar aparmışdır. 
1943  –  Belqradda  «Azərbaycanın  tariхi  gəlişimi»  əsərini 
tamamlamışdır. 
1947  –  Avropadan  Türkiyənin  paytaхtı  Ankaraya  dön-
müşdür. 

Vaqif Sultanlı 
 
 
222 
1949 – Ankarada Azərbaycan Kültür Dərnəyini yaratmış-
dır. «Azərbaycan kültür gələnəkləri» kitabı nəşr olunmuşdur. 
1950  Ankarada «Çağdaş Azərbaycan tariхi» kitabı nəşr 
olunmuşdur 
1951  Ankarada «Çağdaş Azərbaycan ədəbiyyatı», «Çağ-
daş  Azərbaycan  tariхi» və  «Azərbaycan şairi  Nizami» kitabları 
çap olunmuşdur. 
1952    Ankarada  «Azərbaycan»  dərgisini  nəşr  etməyə 
başlamışdır. Avropada «Kafkasya İstiqlal Komitəsi»ni qurmuş-
dur. 
1954    «Dünya»  qəzetində  «Bir  türk  milliyyətçisinin 
Stalinlə  iхtilal  хatirələri»  əsəri  «Dünya»  qəzetində  çap  edil-
mişdir. 
1955, 6 mart  Ankarada 71 yaşında vəfat etmişdir. 
1955,  8  mart    Ankaranın  Əsrı  məzarlığında  dəfn  olun-
muşdur. 
 
 
 
 
 

İstiqlal sevgisi 
 
 
223 
 
ƏDƏBĠYYAT 
 
Azərbaycan türkcəsində 
 
1.
 
 «Açıq söz» qəzeti. 2 oktyabr 1915, sayı 1 
2.
 
 Ağayev İslam.  Хalqın nıcatı və ədəbiyyat, «Ədəbiyyat qəzeti», 
31 may 1991 
3.
 
Ağayev  Müstəqil.  Məhəmməd  Əmin  Rəsulzadə  (ictimai-siyasi 
və fəlsəfi görüşləri), Bakı, «Nurlan» nəşriyyatı, 2006 
4.
 
Aхundzadə Mirzə Məhəmməd. Şeyх Nizami, Gəncə, 1909 
5.
 
Alpoud Əziz. Həyatımın hekayətləri, Bakı, «Qanun» nəşriyyatı,  
2011 
6.
 
Azərbaycan  Xalq  Cümhuriyyəti  Ensiklopediyası.  İki  cilddə,  II 
cild, Bakı, «Lider» nəşriyyatı, 2005 
7.
 
 «Azərbaycan» qəzeti (Bakı). 1918, sayı 41 
8.
 
 «Azərbaycan» qəzeti (Bakı). 4 yanvar 1992 
9.
 
 Azərbaycan Paris sülh konfransında (1919-1920). Bakı, «Ozan» 
nəşriyyatı, 2008 
10.
 
 Azərbaycan Sovet Ensiklopediyası 10 cılddə, III. c., Bakı, 1984 
11.
 
 Azərbaycan sovet ədəbiyyatı, Bakı, «Maarif» nəşriyyatı, 1966 
12.
 
 Azərbaycan sovet ədəbiyyatı, Bakı, «Maarif» nəşriyyatı, 1988 
13.
 
 Azərbaycan  tarixi.  3  cilddə,  II  və  III  cildlər,  Bakı,  «Elm» 
nəşriyyatı, 1964; 1973 
14.
 
 Baykara  Hüseyn.  Azərbaycan  istiqlal  mücadiləsi  tariхi,    Bakı, 
Azərnəşr,  1992 
15.
 
 Bayramlı  Zəkulla.  «Azərbaycan  şairi  Nizami»,  «Azadlıq» 
qəzeti, 17-19 oktyabr 1994 
16.
 
 «Bəsirət» qəzeti. 1915, sayı 53 
17.
 
 Bəşirova  Elnarə.  Azərbaycan  mühacirət  ədəbıyyatında  milli 
istiqlal  mövzusu,  Filologiya  elmləri  namizədi  alimlik  dərəcəsi 
almaq  üçün  təqdim  olunmuş  dissertasiyanın  avtoreferatı,  Bakı, 
2002 
18.
 
 Blüm  A.  Fəhlə  sinfinə  nə  tövr  azadlıqlar  gərək,  Bakı,  «Tə-
kamül» qəzeti idarəsi nəşriyyatı, 1907 

Vaqif Sultanlı 
 
 
224 
19.
 
 Cəfərli  Məmməd.  Azərbaycan  legion  ədəbiyyatı,  Bakı,  Qapp-
poliqraf, 2005 
20.
 
 Cəfərov  Nazim.  Milli-içtimai  fikir  tariхimizdən,  Bakı,  Azər-
nəşr, 1993 
21.
 
 Çəmənzəminlı  Yusif    Vəzir.  Əsərləri,  III  c.,  Bakı,  «Elm»  nəş-
riyyatı, 1977  
22.
 
 Çıraqzadə Vahid. İstiqlal yollarında, Bakı, Azərnəşr, 1992 
23.
 
 Dode Alfons. Sonuncu dərs, «İqbal» qəzeti, 18 fevral 1914 
24.
 
 Elçin.  Məmməd  Əmin  Rəsulzadə,    Bakı,    «Şərq-Qərb»  nəş-
riyyatı,  1994 
25.
 
 Əhmədov  Bədirxan.  XX  əsr  Azərbaycan  ədəbiyyatı  tarixi,  3 
cilddə, II cild, Bakı, «Apostroff» nəşriyyatı, 2010 
26.
 
 Ələkbərov Faiq. Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü, 
Bakı, «Elm» nəşriyyatı,  2007 
27.
 
Ələkbərov Faiq. Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış 
(II hissə), Bakı, «Elm və təhsil» nəşriyyatı,  2014 
28.
 
 Əlibəyzadə  Elməddin.  Nizami  və  tariximiz,  Bakı,  ADPU 
nəşriyyatı, 2004 
29.
 
 Əlişanoğlu  Tehran.  Məmməd  Əminlə  üz-üzə,  «Ədəbiyyat 
qəzeti», 27 oktyabr 1992 
30.
 
 Əliyev  Mövsüm.  Məmməd  Əmin  Rəsulzadə,  «Azərbaycan» 
dərgisi, 1989, sayı 10 
31.
 
 Əliyev  Mövsüm.  Məmməd  Əmin  Rəsulzadə,  «Odlar  yurdu» 
qəzeti, iyun, 1990, sayı 11 (466) 
32.
 
 Əlizadə  Aхund  Hacı  Soltan  Hüseynqulu  oğlu.  Məhəmməd 
Əmin Rəsulzadə və islam, Bakı, 2003 
33.
 
 Əlizadə  Mayis.  Məmməd  Əmin  Rəsulzadə:  «Milli  birlik»,  
«Fəryad» qəzeti, 28 may – 4 iyun 1991   
34.
 
 Əlizadə  Mübariz.  Şirin  surəti:  yalanlar, həqiqətlər, «Ədəbiyyat 
qəzeti», 24 yanvar 1992 
35.
 
 Ələkbərli Nazif. Üç budaq,  Bakı,  «Gənclik» nəşriyyatı, 1999 
36.
 
 Əmin  M.  Şeytan  işinin  nəticəsi,  «Təkamül»  qəzeti,  16  dekabr 
1906, sayı 1 
37.
 
 Əmin M. Həsbi-hal, «Füyuzat» dərgisi, 12 noyabr 1907, sayı 30 
38.
 
 Əmin  M.  Mütaliələrimdən,  «İrşad»  qəzeti,  15  aprel  1908,  sayı 
51 

İstiqlal sevgisi 
 
 
225 
39.
 
 Əmin  M.  Yol  təəssuratı,  «Tərəqqi»  qəzeti,  30  iyun  1909,  sayı 
144 
40.
 
 Əmin  M.  Təbriz.  Səttar  хanla  mulaqat,  «Tərəqqi»  qəzeti,  28 
may 1909, sayı 116 
41.
 
 Əmin  Məhəmməd.  Acı  bir  həyat,  Bakı,  Orucov  qardaşları 
mətbəəsi, 1912 
42.
 
Fərzəliyeva  Mətanət.  M.Ə.Rəsulzadə  və  ana  dilimiz,  Bakı, 
«Təhsil» nəşriyyatı, 2003 
43.
 
Fikrin karvanı. Bakı, «Yazıçı» nəşriyyatı, 1984 
44.
 
«Füyuzat» dərgisi (Bakı), 1907, sayı 31 
45.
 
Hacıbəyov  Üzeyir.  Türk-rusi  və  rusi-türk  lüğəti,  Bakı,  Orucov 
qardaşları matbaası, 1907 
46.
 
 Hacıbəyov  Üzeyir.  Təəssürat,  «Azərbaycan»  qəzeti,  9  dekabr 
1918 
47.
 
 Hacıyev  Hacı.  İstiqlalın  əzablı  yolu,  Bakı,  Azərbaycan  Jurna-
listlər İttifakı nəşriyyatı, 1991 
48.
 
 Heyət  Cavad.  Dilimiz,  ədəbiyyatımız  və  kimliyimiz  uğrunda, 
Bakı, «Elm və təhsil» nəşriyyatı,  2011  
49.
 
 Həsənqızı  Almaz.  Azərbaycan  mühacirət  folklorşünaslığında 
dastançılıq məsələləri, Bakı,  Azərnəşr, 2002  
50.
 
 Həsənqızı Almaz. Mühacirətdə folklor janrlarının tədqiqi, Bakı, 
«Elm və təhsil» nəşriyyatı, 2012 
51.
 
 Həsənli  Cəmil.  Azərbaycan  Xalq  Cümhuriyyətnin  Xarici 
Siyasəti (1918-1920), Bakı, 2009 
52.
 
 Həsənov  Cəmil.  Ağ  ləkələrin  qara  kölgəsi,  Bakı,  «Gənclik» 
nəşriyyatı, 1991 
53.
 
 Həsənov  Cəmil.  Azərbaycan  beynəlхalq  münasibətlər  siste-
mində, Bakı, Azərnəşr, 1993 
54.
 
 Həşimova  Aygün.  XX  əsrin  birinci  yarısında  Azərbaycan  mü-
hacirəti,  Bakı,  1992 
55.
 
 Hüseyni M.E. Ədəbiyyat tariхimizdən səhifələr, Bakı, «Nurlan» 
nəşriyyatı, 2004 
56.
 
 Hüseyinli  Tural.  Hüseyin  Cavid  və  Azərbaycan  mühacirət 
ədəbiyyatşünaslığı, Bakı, Azərnəşr,  2004 
57.
 
Hüseynov  Şirməmməd.  Milli  haqq  və  ədalət  axtarışında,  Bakı, 
«Adiloğlu» nəşriyyatı, 2004 

Vaqif Sultanlı 
 
 
226 
58.
 
Hüseynzadə Əli bəy. Siyasəti-fürusət, Bakı,  Elm, 1994 
59.
 
Hüseynzadə  Əli  bəy.  Qırmızı  qaranlıqlar  içində  yaşıl  işıqlar,  
Bakı,  Azərnəşr,  1996 
60.
 
Hüseynzadə  Əli  bəy.  Türklər  kimdir  və  kimlərdən  ibarətdir,  
Bakı,  «Mütərcim» nəşriyyatı, 1997 
61.
 
İbrahimli  Хaləddin.  Azərbaycan  siyasi  mühacirəti,    Bakı,  
«Elm» nəşriyyatı,  1996 
62.
 
 İbrahimli Хaləddin. Azərbaycan mühacirəti tarixi,  Bakı,  «Elm 
və təhsil» nəşriyyatı, 2013 
63.
 
İbrahimov  Səfər.  Məmməd  Əmin  Rəsulzadə  və  Azərbaycan 
Milli Şurası, «Azərbaycanın səsi» qəzeti, fevral, 1992, sayı 4 
64.
 
 «İttifaq» qəzeti. 7 dekabr 1908 
65.
 
 Köçərli Firidun bəy. Ədəbiyyatımıza dair məktub, «Şərqı-Rus» 
qəzeti, 18 dekabr 1904, sayı 252 
66.
 
 Köçərli Firidun bəy. Mirzə Fətəli Aхundov, Tiflis, 1911 
67.
 
 Köçərli 
Firidun. 
Marksizim-leninizm 
və 
Azərbaycanda 
demokratik içtimai fikir, Bakı, Azərnəşr, 1976 
68.
 
 Qasımzadə  Qasım.  Mühacirət  və  müasir  Azərbaycan  ədə-
biyyatının bəzi məsələləri, «Ədəbiyyat qəzeti», 22 noyabr 1991 
69.
 
 Qənizadə  Sultan  Məcid.  Gəlinlər  həmayili,  Bakı,  «Yazıçı» 
nəşriyyatı,  1986 
70.
 
 Qorki Maksim. Хan ilə oğlu, Bakı, 1914 
71.
 
Qurban Teyyub. Dönməzlik, Bakı, «Qanun» nəşriyyatı, 2011 
72.
 
 Qurbanov Şamil. Bədii sözün gücü ilə, «Ədəbiyyat qəzeti», 24 
yanvar 1992 
73.
 
 Qurbanov  Şamil.  Mübarizə  yollarında,  «Ədəbiyyat  qəzeti»,  27 
mart 1992 
74.
 
 Qurbanov Şamil. Əsrin möcüzəli diktatoru, «Aхtarış» qəzeti, 6 
mart 1992 
75.
 
 Qurbanov  Şamil.  Cəmaləddin  Əfqani  və  türk  dünyası,  Bakı, 
Azərnəşr, 1996 
76.
 
 Qurbanov Şamil. Məmməd Əmin Rəsulzadə, Bakı,  2001 
77.
 
 Qürbət  notları.  Məhəmməd  Əmin  Rəsulzadənin  Ceyhun  bəy 
Hacıbəyliyə məktubları, «Ədəbiyyat qəzeti», 31 yanvar 2014, № 
4 (4911) 

İstiqlal sevgisi 
 
 
227 
78.
 
 Lermontov M.Y. İsmayıl bəy, «Dirilik» dərgisi, 1914, sayı 2; 4; 
5; 6; 10; 15 
79.
 
 Məmmədzadə  Mirzə  Bala.  Milli  Azərbaycan  hərəkatı,    Bakı,  
«Nicat» nəşriyyatı, 1992 
80.
 
 M.Ə.R-zadə. Qara pul, «İrşad» qəzeti, 16 fevral 1906, sayı 48 
81.
 
 M.Ə.R-zadə.  Rüstəmin  yuхusu,  «İrşad»  qəzeti,  9  noyabr  1906, 
sayı 260 
82.
 
 Mirzəyev  Rasim.  Əli  bəy  Hüzeynzadənin  ədəbi-tənqidi  gö-
rüşləri, Filologiya elmləri namizədi alimlik dərəcəsi almak üçün 
təqdim  olumuş  dissertasiya,  Nizami  adına  Ədəbiyyat 
İnstitutunun Kitabхanası, Bakı, 1992 
83.
 
 Musayev  Musa.  Məmməd  Əmin  Rəsulzadə  Lahıcda,  «Bakı» 
qəzeti, 10-12 dekabr 1991 
84.
 
 Müasir  Azərbaycan  ədəbiyyatı.  İki  cilddə,  I-II  cildlər,  Bakı, 
Bakı Universiteti nəşriyyatı, 2007 
85.
 
 Nazim  Əli.  Firdovsi  və  yaradıcılığı,  «İnqilab  və  mədəniyyət» 
dərgisi 1934, sayı 9-10 
86.
 
 Nəcəfov Bəхtiyar. Azərbaycan Demokratik Respublikası, Bakı, 
«Bilik» nəşriyyatı, 1992 
87.
 
 Nərimanov  Nəriman.  Məqalə  və  məktubları,  Bakı,  Yeni  Türk 
Əlifba Komitəsi Nəşriyyatı, 1925 
88.
 
 Nərimanov  Nəriman.  Ucgarlarda  inqilabımızın  tariхinə  dair, 
Bakı, Azərnəşr, 1990 
89.
 
 Nəsibli  Nəsib.  Azərbaycan  Demokratik  Respublikasının  xarici 
siyasəti, Bakı, «Qanun» nəşriyyatı, 2011 
90.
 
 Nəsibzadə  Nəsib.  Azərbaycan  Demokratik  Respublikası,  Bakı, 
«Elm» nəşriyyatı, 1990 
91.
 
 Onullahi  Seyidağa.  Şirin  türk  qızıdır,  müsəlmandır,  «Azər-
baycan müəllümi» qəzeti, 6 mart 1991 
92.
 
Rəhimov Əbülfəz. Məhəmməd Əmin Rəsulzadənin Seyid Həsən 
Təqizadəyə məktubu, «Tariх, fəlsəfə hüquq» dərgisi, 1989, sayı 
2, s.106-114 
93.
 
Oruclu  Məryəm.  Azərbaycanda  və  mühacirətdə  Müsavat 
partiyasının fəaliyyəti (1911-1992), Bakı, 2001 
94.
 
Oruclu Məryəm. Məhəmməd Əmin Rəsulzadə və ictimai-siyasi 
ideallar, Bakı, 2005 

Vaqif Sultanlı 
 
 
228 
95.
 
Paşayev A. Açılmamış səhifələrin izi ilə, Bakı, 2001 
96.
 
Rathauzer Y. Şura Azərbaycanı uğrunda mübarizə, Bakı, 1929 
97.
 
Rəsulzadə Məhəmməd Əmin. Müхəmməs, «Şərqi-rus», 18 may 
1903, № 20 
98.
 
Rəsulzadə Məhəmməd Əmin. Mövcibi- heyrət, «İrşad» qəzeti, 9 
yanvar 1906 
99.
 
Rəsulzadə  Məhəmməd  Əmin.  Növhə,  «Dəvət»  qəzeti,  20  iyun 
1906, sayı 14 
100.
 
 Rəsulzadə Məhəmməd Əmin. Nagəhan bəla, «Təkamül» qəzeti, 
3 fevral 1907, sayı 7 
101.
 
Rəsulzadə  Məhəmməd  Əmin.  Həsbi-hal,  «Füyuzat»  dərgisi, 
1907, sayı 30 
102.
 
 Rəsulzadə  Məhəmməd  Əmin.  Təsəvvürati-əhraranə,  «Füyuzat» 
dərgisi, 1907, sayı 32 
103.
 
 Rəsulzadə  Məhəmməd  Əmin.  Məzaliyət  içində  mübhəmiyət, 
«İrşad» qəzeti, 6 Dekabr 1907, sayı 124 
104.
 
 Rəsulzadə Məhəmməd Əmin. Saillərə, «İrşad» qəzeti, 19 fevral 
1908, sayı 21 
105.
 
 Rəsulzadə  Məhəmməd  Əmin.  İşsiz,  «Tərəqqi»  qəzeti,  14 
oktyabr 1908, sayı 76 
106.
 
 Rəsulzadə Məhəmməd Əmin. Rəfi-şeytanət, «Tərəqqi» qəzeti, 9 
dekabr 1908 
107.
 
 Rəsulzadə  Məhəmməd  Əmin.  Bir  qocanın müsibəti, «Tərəqqi» 
qəzeti, 30 yanvar 1909, sayı 23 
108.
 
 Rəsulzadə  Məhəmməd  Əmin.  Bəbir  xan,  «Şəlalə»,  1913,  sayı 
26 
109.
 
Rəsulzadə  Məhəmməd  Əmin.  Hədəfi-amalıma,  «İqbal»  qəzeti, 
10 noyabr 1913, sayı 501 
110.
 
Rəsulzadə  Məhəmməd  Əmin.  Tənqid  və  təqriz,  «İqbal»  qəzeti, 
13 noyabr 1913, sayı 504 
111.
 
Rəsulzadə  Məhəmməd  Əmin.  Qardaşım,  arkadaşım,  «İqbal» 
qəzeti, 14 noyabr 1913, sayı 505 
112.
 
 Rəsulzadə  Məhəmməd  Əmin.  «Bahadır  və  Sona»,  «İqbal» 
qəzeti, 8,13, 22 və 29 dekabr 1913, sayı 523; 528; 535; 541 
113.
 
 Rəsulzadə Məhəmməd Əmin. «Fərhad və Şirin», «İqbal» qəzeti, 
20 yanvar 1914, sayı 557 

İstiqlal sevgisi 
 
 
229 
114.
 
Rəsulzadə  Məhəmməd  Əmin.  «Əhdə  vəfa»,  «İqbal»  qəzeti,  26 
yanvar 1914, sayı 562 
115.
 
Rəsulzadə Məhəmməd Əmin. «Əsli və Kərəm», «İqbal» qəzeti, 
18 fevral 1914  
116.
 
Rəsulzadə  Məhəmməd  Əmin.  «Balalara  hədiyyə»,  «İqbal» 
qəzeti, 20 aprel 1914, sayı 631 
117.
 
Rəsulzadə M. Ə. «Siyavuş», «İqbal» qəzeti, 25 aprel 1914, sayı 
636 
118.
 
Rəsulzadə  M.  Ə.  «Qaçaq  Kərəm»,  «İqbal»  qəzeti,  19  oktyabr 
1914, sayı 767 
119.
 
Rəsulzadə  M.  Ə.  Rüstəm  və  Zöhrab,  «İqbal»  qəzeti,  2  noyabr 
1914, sayı 779 
120.
 
Rəsulzadə M.Ə. Milli dirilik, «Dirilik» dərgisi, 1914, sayı 1-7 
121.
 
 Rəsulzadə  M.Ə.  Səttar  xan,  «İqbal»  qəzeti,  10  noyabr  1914, 
sayı 786 
122.
 
Rəsulzadə  M.  Ə.  Diyanət,  milliyyət  və  məişət  nöqteyi-nəzə-
rindən  kənd  məktəbləri,  «İqbal»  qəzeti,  11  dekabr  1914,  sayı 
811  
123.
 
Rəsulzadə  M.  Ə.  «Nadir  şah», «İqbal» qəzeti, 14 dekabr 1914, 
sayı 813 
124.
 
Rəsulzadə  M.  Ə.  Drama  tapıldı.  «Gaveyi-ahəngər»dən  aldığım 
təəssürat, «İqbal» qəzeti, 21 dekabr 1914, sayı 819 
125.
 
Rəsulzadə  M.  Ə.  Gürcüstanın  böyük  şairi,  «İqbal»  qəzeti,  28 
yanvar 1915, sayı 850 
126.
 
Rəsulzadə  M.  Ə.  Möhtəşəm  və  milli  bir  gün.  Gürcü  şairi 
Akakinin mərasimi – dəfnindən, «İqbal» qəzeti, 11 fevral 1915, 
sayı 862 
127.
 
Rəsulzadə  M.Ə.  Qurtuluş,  «Qurtuluş»  məcmuəsi,  1  oktyabr 
1915, sayı 1 
128.
 
 Rəsulzadə M.Ə. Tutacağımız yol, «Açıq söz» qəzeti, 2 oktyabr 
1915, sayı 1 
129.
 
 Rəsulzadə M. Ə. Gürcü məsləkdaşımızla bəhsimiz, «Açıq söz» 
qəzeti, 31 yanvar 1916, sayı 99 
130.
 
Rəsulzadə  M.  Ə.  Bir  az  da  tarixdən.  «Ənuşirəvani-adil»  pyesi 
münasibətilə, «Açıq söz» qəzeti, 2 fevral 1916, sayı 101 

Vaqif Sultanlı 
 
 
230 
131.
 
Rəsulzadə M. Ə. Haşım bəy Vəzirov «Açıq söz» qəzeti, 7 fevral 
1916, sayı 105 
132.
 
Rəsulzadə  M.  Ə.  Qurtuluş  bayramı.  Novruz  –  yeni  gün,  «Açıq 
söz» qəzeti, 8 mart 1916, sayı 130 
133.
 
Rəsulzadə M. Ə. Molla Nəsrəddin, «Açıq söz» qəzeti, 22 aprel 
1916, sayı 166 
134.
 
Rəsulzadə M. Ə. «Ölülər», «Açıq söz» qəzeti, 1 may 1916, sayı 
173 
135.
 
 Rəsulzadə M. Ə. Məktəb və mədrəsə, «Açıq söz» qəzeti, 1916, 
sayı 138 
136.
 
 Rəsulzadə  M.  Ə.  «Allah  хofu»,  «Açıq  söz»  qəzeti,  7  sentyabr 
1916, sayı 279 
137.
 
Rəsulzadə M.Ə. Firudin bəy Köçərli məktubuna aid, «Açıq söz» 
qəzeti, 23 sentyabr 1916, sayı 290 
138.
 
 Rəsulzadə  M.Ə.  Getdiyimiz  yol,  «Açıq  söz»  qəzeti,  9  oktyabr 
1916, sayı 299 
139.
 
 Rəsulzadə  M.  Ə.  İslam  dini  və  ana  dili,  «Açıq  söz»  qəzeti,  27 
fevral 1917, sayı 413 
140.
 
 Rəsulzadə  M.Ə.  Bahari  hürriyyət,  «Açıq  söz»  qəzeti,  15  mart 
1917 
141.
 
Rəsulzadə  M.Ə.  Azərbaycan  Cümhuriyyəti,    Bakı,    «Elm» 
nəşriyyatı,  1990 
142.
 
 Rəsulzadə  M.Ə.  Əsrimizin  Səyavuşu,    Çağdaş  Azərbaycan 
ədəbiyyatı,  Çağdaş  Azərbaycan  tariхi,  Bakı,  «Gənclik»  nəşriy-
yatı,  1991 
143.
 
Rəsulzadə  M.Ə.  Stalinlə  iхtilal  хatirələri,    Bakı,  «Elm»  nəş-
riyyatı,  1991 
144.
 
Rəsulzadə  M.Ə.  Azərbaycan  şairi  Nizami,  Bakı,    Azərnəşr,  
1991 
145.
 
Rəsulzadə  M.Ə.  Panturanizm  haqqında,  «Azərbaycan»  dərgisi 
(Bakı),  1991,  № 6 
146.
 
Rəsulzadə  M.Ə.  Bolşeviklərin  Şərq  siyasəti,  Bakı,    «Sabah» 
nəşriyyatı,  1994 
147.
 
Rəsulzadə  M.Ə.  Azərbaycan  davası,    Bakı,    «Ay-ulduz» 
nəşriyyatı,  1998 

İstiqlal sevgisi 
 
 
231 
148.
 
 Rəsulzadə  Məhəmməd  Əmin.  Azərbaycanda  milli  hərəkat, 
Bakı, «Elm» nəşriyyatı,  2009 
149.
 
Rəsulzadə  Məhəmməd  Əmin.  Milli  birlik,  Bakı,  «Çıraq» 
nəşriyyatı,  2009 
150.
 
Rəsulzadə  Məhəmməd  Əmin.  Azərbaycan  şairi  Nizami,  Bakı, 
«Təknur» nəşriyyatı,  2011 
151.
 
Rəsulzadə M.Ə. Əsərləri (1903-1909), I cild,  Bakı,  Azərnəşr,  
1992 
152.
 
Rəsulzadə  M.Ə.  Əsərləri  (1909-1914),    II    cild,    Bakı,    Şir-
vannəşr,  2001 
153.
 
Rəsulzadə M.Ə. Əsərləri (1915-1916),  III  cild,  Bakı,  «Еlm» 
nəşriyyatı,  2012 
154.
 
Rəsulzadə  M.Ə.  Əsərləri  (1917-fevral  1918),  IV  cild,  Bakı, 
«Qanun» nəşriyyatı,  2013 
155.
 
Rəsulzadə  M.Ə.  Əsərləri  (1918-aprel  1920),  V  cild,  Bakı, 
«Qanun» nəşriyyatı,  2014 
156.
 
Rəsulzadə M.Ə. Əsərləri, Bakı, «Qələm» nəşriyyatı,  2013 
157.
 
 Rüstəm Süleyman. Müsavatçılara cavab, Əsərləri, 6 cilddə, I c., 
Bakı, 1977, s.121 
158.
 
 Rüstəmzadə  Azadə.  «Azərbaycan  şairi  Nizami»  əsəri,  «Həyat» 
qəzeti, 19 may1992  
159.
 
Salikov A. Şəkli-idarə haqqında iki baхış, Bakı, 1917 
160.
 
 Sultanlı  Vaqif.  Məhəmməd  Əmin  Rəsulzadə  mühacirətdə. 
«Azərbaycan» qəzеti, 21 dеkabr 1990, № 50 (62) 
161.
 
 Sultanlı  Vaqif.  Məhəmməd  Əmin  Rəsulzadənin  ədəbi dünyası,  
Bakı,  BDU nəşri, 1993 
162.
 
 Sultanlı Vaqif. Ağır yolun yolçusu, Bakı, Azərnəşr,  1996 
163.
 
Sultanlı Vaqif. Məhəmməd Əmin Rəsulzadənin hayatı və ədəbi 
fəaliyəti, Filologiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün 
təqdim olunmuş dissertasiya, Bakı, 1997 
164.
 
Sultanlı Vaqif. Azadlığın üfüqləri,  Bakı,  Şirvannəşr,  1997 
165.
 
Sultanlı  Vaqif.  Azərbaycan  mühacirət  ədəbiyyatı,    Bakı, 
Şirvannəşr,  1998 
166.
 
Süleymanov  M.A.  M.E.Rəsulzadə  və  Azərbaycan  mədəniyyəti, 
Sənətşünaslıq  namizədi  alimlik  dərəcəsi  almaq  üçün  təqdim 
olunmuş dissertasiyanın avtoreferatı, Bakı, 2000 

Vaqif Sultanlı 
 
 
232 
167.
 
Şaiq Abdulla. Хatirələrim, Bakı, «Gənclik» nəşriyyatı, 1973 
168.
 
Şair Nəim. Vəlvələ və zümzümə, «Füyuzat» dərgisi, 1907, sayı 
9  
169.
 
Şərqdə  ilk  Demokratik  Respublika  (28  May-  Respublika  günü 
ilə  əlaqədar  elmi-praktik  konfrans).  Məqalələr  toplusu,  Bakı, 
«Elm və təhsil» nəşriyyatı, 2014 
170.
 
«Şərqi-rus» qəzeti. 2 may 1903, sayı 14 
171.
 
 Şeyхzamanlı  Nağı.  Azərbaycan  istiklal  mücadiləsi  хatirələri,  
Bakı,  «Azərbaycan» nəşriyyatı,  1997 
172.
 
 «Tərəqqi» qəzeti. 10 dekabr 1908 
173.
 
 Tahirli  Abid.  Azərbaycan  mühacirəti,    Bakı,    Tural–Ə  NPM,  
2001 
174.
 
Tahirli  Abid.  Azərbaycan  mühacirət  mətbuatı,  I  hissə,    Bakı, 
Qapp-poliqraf, 2002; II hissə,  Bakı,  Ozan,  2003 
175.
 
Talıbzadə  Kamal.  XX  Azərbaycan  ədəbi  tənqidi,  Bakı,  Azər-
baycan SSR EA nəşriyyatı, 1966 
176.
 
Talıbzadə  Kamal.  Azərbaycan  ədəbi  tənqidinin  tariхi,  Bakı, 
«Maarif» nəşriyyatı, 1984 
177.
 
Vurğun  Səməd.  Seçilmiş  əsərləri,  3  cilddə,  I  cild,  Bakı, 
Azərnəşr, 1986 
178.
 
 Yaqublu Nəsiman. Məmməd Əmin Rəsulzadə, Bakı,  «Gənclik» 
nəçriyyatı,  1991 
179.
 
Yaqublu  Nəsiman.  Azərbaycan  milli  istiqlal  mübarizəsi  və 
Məhəmməd Əmin Rəsulzadə, Bakı, 2001 
180.
 
Yaqublu  Nəsiman.  Türkiyənin  azərbaycanlılara  müstəqillik 
mücadiləsində  dəstəyi  (sovetlər  dönəmi:  1920-1991-ci  illər), 
Bakı, «Abşeron Nəşr», 2009 
181.
 
Yaqubli  Nəsiman.  Bakının  qurtuluşu,  Bakı,  «Elm  və  təhsil» 
nəşriyyatı, 2010 
182.
 
Yaqublu  Nəsiman.  Müsavat  Partiyasının  tarixi,  Bakı,  «Adiloğ-
lu» nəşriyyatı, 2012 
183.
 
Yaqublu  Nəsiman.  Məhəmməd  Əmin  Rəsulzadə  Ensiklope-
diyası, Bakı, «OL» MMC nəşriyyatı,  2013 
184.
 
«Yeni iqbal» qəzeti, 1915, sayı 8 
185.
 
«Yeni iqbal» qəzeti, 1917, sayı 524 
 

İstiqlal sevgisi 
 
 
233 
Türkiyə türkcəsində 
 
186.
 
Ağaoğlu  Samed.  Babamın  arkadaşları,  III  baskı  (ilavelerle),  
İstanbul,  Baha matbaası,  1969 
187.
 
Ağaoğlu  Samed.  Həyat  bir  macera,  İstanbul,    Kitap  yayınevi,  
2003 
188.
 
Ağaoğlu  Süreyya.  Bir  ömür  böyle  geçti  (Sessiz  gemiyi  bek-
lerken),  İstanbul,  1973 
189.
 
Akpinar Yavuz. Azeri Edebiyatı Araştırmaları, İstanbul, Dergah 
yayınları, 1994 
190.
 
«Akşam» gazetesi. 23 Nisan 1339 (hicri) 
191.
 
Aküzüm  Feyzi.  M.Emin  Resulzadeye  göre  çeşitli  cepheleriyle 
Azerbaycan istiklal mücadelesi,  Ankara, 1977 
192.
 
Aküzüm Feyzi. Hiyanet kadrosunu tanıyalım, Ankara,  1979 
193.
 
Aküzüm  Feyzi.  Resulzade  ile  Beş  Yıl,  «Azerbaycan»  dergisi 
(Ankara), 1984, yıl 33, sayı 250 
194.
 
 Altunbay  Mehmet.  Hürriyete  uçan  türk,    Ankara,  Sevinç 
matbaası, 1989 
195.
 
 Avşarlı M. Azeri Edebiyatında milli ve vatani mektep, «İslam-
Türk Ansiklopedisi Mecmuası», İstanbul, 1942, sayı 21-30 
196.
 
 Azer  Sanan.  İran  türkleri,    İstanbul,    Cumhuriyet  matbaası, 
1942 
197.
 
 «Azerbaycan» dergisi (Ankara). Kasım, 1953, yıl 2, sayı 10 
198.
 
 «Azerbaycan»  dergisi  (Ankara).  Ocak-Şubat,  1954,  yıl  3,  sayı 
10-11(22-23) 
199.
 
 «Azerbaycan» dergisi (Ankara). Nisan, 1954, yıl 3, sayı 25 
200.
 
 «Azerbaycan» dergisi (Ankara). Mart, 1955, sayı 12 (36) 
201.
 
 Bala  Mirza.  Rezulzade  Mehmed  Emin,  «Dergi»  (Münih, 
Almanya), yıl 1, Ocak-Mart 1955, s.134-139 
202.
 
Bayat  Ali  Haydar.  Hüseyinzade  Ali  Bey,    Ankara,    Atatürk 
Kültür Merkezi Yayınları,  1998 
203.
 
Baykara Hüseyin. Azerbaycanda yenileşme hareketleri. Ankara,  
1966 
204.
 
Baykara  Hüseyin.  Azerbaycan  istiklal  mücadilesi  tarihi,  
İstanbul,  1975 

Vaqif Sultanlı 
 
 
234 
205.
 
 Cabağı  Wassan  Giray.  Kafkasya-Rus  mücadelesi,  İstanbul, 
1967 
206.
 
Caferoğlu  Ahmet.  Azeri  edebiyatında  istiklal  mücadelesi, 
İstanbul, Bürhaneddin Matbaası, 1932 
207.
 
Caferoğlu  Ahmet.  Azerbaycan  dil  ve  edebiyatının  dönüm  nok-
taları,  Ankara,  1953 
208.
 
 Caferoğlu  Ahmet.  Türk  Kavimleri,    Ankara,  Türk  Kültürünü 
Araştırma Enstitüsü,  1983 
209.
 
 Caferoğlu  Ahmet.  Azerbaycan  Edebiyatı.  «Türk  dünyası  ede-
biyatı»,  I,  İstanbul,  1991 
210.
 
 Çemenzeminlı  Y.V.  Tarihi,  coğrafi  ve  iktisadi  Azerbaycan, 
İstanbul, 1921 
211.
 
Dakuklu  Mehmet  Hurşit.  Mehmet  Emin  Resulzade,  «Kar-
daşlık», 1965, yıl 4, sayı 9 
212.
 
 Devlet  Nadir.  Rusya  Türklerinin  milli  mücadele  tarihi  (1905-
1917), Ankara, 1985 
213.
 
Dr.Tevetoğlu.  Benim  Gördüğüm  Bugünkü  Rusya,  Komünizmle 
Mücadele Yayınları, 8, Ankara, 1968, s.198-200 
214.
 
«Emel» gazetesi. 27 Eylül 1339 (hicri) 
215.
 
Emin  M.  Milli  yazıcı  Ayaz  İshakı,  «Kurtuluş»,  Mart-Nisan, 
1937, sayı 29-30 
216.
 
Gültekin. Buzlu cehennem, Derleyen ve hazırlayan Mirza Bala,  
İstanbul, 1948 
217.
 
«İkdam» gazetesi. 17 Mayıs 1339 (hicri) 
218.
 
İlgar  İhsan.  Rusya’da  Birinci  Müslüman  Kongresi,  İstanbul, 
1988 
219.
 
İslam-Türk Ansiklopedisi Mecmuası, İstanbul, 1942, sayı 21-30 
220.
 
«İstiklal» gazetesi. 10 Ocak 1932, sayı 1 
221.
 
İstiklal uğrunda şiirler mecmuası,  İstanbul,  Orhaniye matbaası,  
1928 
222.
 
Kafkasya  Konfederasyonu.  Vesikalar  ve  materyallar,  Paris, 
1937 
223.
 
Karabekir Kazım. İstiklal Harbimiz, İstanbul, 1988 
224.
 
Karaca  Ahmet.  Azerbaycan’ın  yakın  tarihine  kısa  bir  bakış, 
Ankara, 1982 

İstiqlal sevgisi 
 
 
235 
225.
 
Karaca  Ahmet.  Mehmet  Emin  Resulzade’ye  göre  Genceli 
Nizami  ve  Türklük,  «Azerbaycan»  dergisi  (Ankara),  Mayıs-
Haziran, 1991, sayı 279 
226.
 
Karaca  Ahmet.  Azerbaycan  Milli  Kurtuluş  Hareketinin 
Mühaceret  hayatındakı  doruk  noktaları,  «Azerbaycan»  dergisi 
(Ankara), Kasım-Aralık 1991 
227.
 
Keykurun Naki. Dertleşme, İstanbul, 1963 
228.
 
Keykurun  Nakı.  Azerbaycan  istiklal  mücadelesi  hatıraları,  
İstanbul, 1964 
229.
 
Mehmetzade  Mirza  Bala.  Azerbaycan  Misaki-Millisi,  İstanbul, 
1927 
230.
 
Mehmetzade  Mirza  Bala.  Milli  Azerbaycan  Harekatı,  Ankara,  
1991,  239 s. 
231.
 
M.E.Resulzadenin  hal  tercümesi.  «Azerbaycan»  dergisi  (An-
kara), Ocak-Şubat 1954 
232.
 
Mim. Elif. Gazeteci Seyyid, «Yeni Kafkasya» dergisi, 27 Nisan 
1926 
233.
 
Müsavat partisi Yeni program esasları. Varşova, 1936 
234.
 
Nalcıoğlu  Belkız  Ulusoy.  Azerbaycan    Siyasi  Muhaceretinin 
İstanbuldakı  Basın  Etkinliklerinin  (1923-1931)  Kamuoyu 
Oluşturmadaki  Rolü,  İstanbul,  İstanbul  Üniversitesi  İletişim 
Fakültesi Yayınları, 2004 
235.
 
 Oder Kerim. Azerbaycan,  İstanbul,  Boğaziçi yayınları,  1982 
236.
 
Oder  Kerim.  Örnek  lider  Resulzade,  «Azerbaycan»  dergisi 
(Ankara), Mart, 1955, sayı 12 (36), s.3-8 
237.
 
Özcan  Ufuk.  Ahmet  Ağaoğlu  ve  rol  değişikliği.  Yüzyıl 
Dönümünde  Batıcı  bir  Aydın,    İstanbul,    Donkişot  Yayınevi,  
2002 
238.
 
 Resuloğlu  Mehmet  Ali.  Müsavat  partisinin  kuruluşu,  «Azer-
baycan» dergisi (Ankara), Kasım-Aralık 1991 
239.
 
Resulzade  Mehmet  Emin.  İran  türkleri,    «Türk  yurdu»  dergisi 
(İstanbul), 1911, yıl 1, sayı 4, 14, 18, 21, 22, 24 
240.
 
Resulzade  Mehmet  Emin.  Zaruru  bir  izah,  «Yeni  Kafkasya» 
dergisi (İstanbul), 15 teşrini-əvvəl (Ekim) 1339/1922, sayı 4 
241.
 
Resulzade  Mehmet  Emin.  Azerbaycan  Cumhuriyeti,    İstanbul,  
Evkafi-islamiye matbaası, 1923 

Vaqif Sultanlı 
 
 
236 
242.
 
Resulzade  Mehmet  Emin.  İstiklal  mefkuresi  ve  Gençlik, 
İstanbul,  Amedi matbaası, 1925 
243.
 
Resulzade  Mehmet  Emin.  Ortaklı  bir  yıldönümü,  «İstiklal» 
gazetesi (Berlin), 13 Nisan 1933, sayı 32 
244.
 
Resulzade  Mehmet  Emin.  Şefibeyçilik.  Bozğunçu  Şefi  beyin 
neşriyat  ve  inşaatı  dolayısile  efkari-umumiyeyi tenvir,  İstanbul, 
1934 
245.
 
Resulzade  Mehmet  Emin.  Azerbaycan  Kültür  Gelenekleri. 
Ankara,  1949 
246.
 
Resulzade  Mehmet  Emin.  Çağdaş  Azerbaycan  Edebiyatı,  
Ankara,  1951 
247.
 
Resulzade  Mehmet  Emin.  Azerbaycan  şairi  Nizami,    Ankara, 
1951 
248.
 
 Resulzade  Mehmet  Emin.  Şekice  de,  muhtevaca  da  Rus-
laştırılma, «Azerbaycan» dergisi (Ankara), 1952, yıl 1, sayı 5 
249.
 
Resulzade  Mehmet  Emin.  Dede  Korkut  destanları,  «Azer-
baycan» dergisi (Ankara), 1952, yıl 1, sayı 6  
250.
 
Resulzade  Mehmet  Emin.  Vezirli  Necef  bey,  «Birleşik  Kaf-
kasya» dergisi, Ekim, 1952, sayı 15 
251.
 
Resulzade Mehmet Emin. Büyük kompozitör Hacıbeyli Üzeyir, 
«Azerbaycan» dergisi (Ankara), Kasım, 1952, sayı 8  
252.
 
Resulzade  Mehmet  Emin.  Nevruz  Bayramı,  «Azerbaycan» 
dergisi (Ankara), 1954, yıl 3, sayı 12 (24) 
253.
 
Resulzade  Mehmet  Emin.  Ricali-Azerbaycan  der  asri  Meş-
rutiyet, «Azerbaycan» dergisi (Ankara), yıl 4, sayı 34-35, Ocak-
Şubat, 1955 
254.
 
Resulzade  Mehmet  Emin.  Mirza  Fethali  Ahundzade,  «Azer-
baycan» dergisi, yıl 4, sayı 34, Ocak-Şubat,1955 
255.
 
Resulzade  Mehmet  Emin.  Mayıs  duyguları,  «Azerbaycan» 
dergisi (Ankara), Mart, 1955 
256.
 
Resulzade  Mehmet  Emin.  Edebi  bir  hadise,  I,  «Azerbaycan» 
dergisi  (Ankara),  Temmuz-Ağustos,  1955,  yıl  4,  sayı  40-41;  II, 
Eylül-Ekim, 1955, yıl 4, sayı 42-43 
257.
 
Resulzade  Mehmet  Emin.  Milli  Tesanüd,    Ankara,    Kardeş 
matbaası, 1978 

İstiqlal sevgisi 
 
 
237 
258.
 
Resulzade  Mehmet  Emin.  Azerbaycan  Kültür  Gelenekleri  ve 
Çağdaş Azerbaycan Edebiyatı,  Ankara,  Kardeş matbaası, 1984 
259.
 
Resulzade  Mehmet  Emin.  Asrımızın  Siyavuşu,    Ankara,  
Yenigün Matbaacılık, 1989 
260.
 
Resulzade  Mehmet  Emin.  Azerbaycan  Cumhuriyeti  (Keyfiyeti-
teşekkülü  ve  şimdiki  vaziyeti),  İstanbul,  Azerbaycan  Türkleri 
Kültür ve Dayanışma Derneği Yayınları, 1990, 205 s. 
261.
 
Resulzade  Mehmet  Emin.  Azerbaycan  şairi  Nizami,  İstanbul, 
1990 
262.
 
Resulzade Mehmet Emin. İran Türkleri,  İstanbul, Türk Dünyası 
Araştırmaları Vakfı, 1993 
263.
 
Resulzade  Mehmet  Emin.  Kafkasya  Türkleri,    İstanbul,  Türk 
Dünyası Araştırmaları Vakfı 1993 
264.
 
Resulzade Mehmet Emin. Azerbaycan problemi,  Ankara, Mars 
matbaası, 1996 
265.
 
Resulzade  Mehmet  Emin.  Bir  Türk  Milliyetçisinin  Stalin’le 
İhtilal Hatıraları,  İstanbul, Turan Yayıncılık, 1997 
266.
 
Rüstembeyli Şafi. Yıkılan Putlar,  İstanbul,  1933 
267.
 
Rüstembeyli  Şafi.  M.E.Resulzade’nin  feci  sükutu,    İstanbul,  
1935 
268.
 
Sünbül Tahir. Azerbaycan Dosyası, Ankara, 1990 
269.
 
Şehzamanlı  Naki.  Biz  ve  onlar,  İstanbul,  Milli  mecmua 
matbaası, 1934 
270.
 
Şerafettin Erel. Azerbaycan polıtıkaçılarının yanlışları, İstanbul, 
1968 
271.
 
Şimşir  Sebahattin.  Mehmet  Emin  Resulzadenin  Türkiyedeki 
hayatı,  faaliyetleri  ve  düşünceleri,  Ankara,    Türk  Kültürünü 
Araştırma Enstitüsü, 1995 
272.
 
Şimşir  Sebahattin.  Azerbaycanlıların  Türkıyede  siyasi  ve 
kültürel  faaliyetleri  (1920-1991),  Ankara,    Azerbaycan  Kültür 
Derneği Yayınları,  2000 
273.
 
 Şimşir  Sebahattin.  Azerbaycanın  istiklal  mücadelesi,  İstanbul,  
İQ kültür sanat yayıncılık, 2002 
274.
 
Şimşir  Sebahattin.  Mehmet  Emin  Resulzadenin  Meclisi-
Mebusan  Konuşmaları  (1918-1920),  İstanbul,  İG  kültür  sanat 
yayıncılık,  2003 

Vaqif Sultanlı 
 
 
238 
275.
 
«Tanin» gazetesi. 4 Nisan 1339 
276.
 
Türkekul  Mustafa  Hakkı.  Azerbaycanlı  türk  şairi  Hüseyin 
Cavid,  Ankara,  1960 
277.
 
Vezirov Yusif bey. Azerbaycan edebiyatına bir nazar,  İstanbul,  
Matbaayi-Amire, 1921  
278.
 
Yaycılı  Kerim.  Böyük  mücahid,    «Azerbaycan»  dergisi 
(Ankara), 1955, yıl 4, sayı 12 (36), s. 11-12 
279.
 
«Yeni Kafkasya». 23 Ocak 1923, sayı 5 
280.
 
«Yeni Kafkasya». 1 Ağustos 1925, sayı 21 
281.
 
«Yeni Mecmua». 15 Mayıs 1923, sayı 10 (76) 
282.
 
Yurtsever  A.Vahap.  Emin  Bey  Hakkında  Bazi  Hatıralar, 
«Azerbaycan» dergisi (Ankara), 1955, yıl 4, sayı 12 (36), s.13-
16 
283.
 
Yurtsever  A.Vahap.  Gizli  «Müsavat»  teşkilatının  karakteristik 
vasıfları, «Azerbaycan» dergisi (Ankara), Kasım-aralık, 1991 
284.
 
Yücel  Hasan  Ali.  Resulzade,  «Cumhuriyet»  gazetesi,  27  Mart 
1955 
285.
 
Zenkovski  A.Serge.  Rusya’da  Pantürkizm  ve  Müslümanlık, 
İstanbul, 1983 
Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin