Vaqon təsərrüfatında yağlar və qoruyucu materiallar


Plastik yağların üstünlükləri



Yüklə 75,34 Kb.
səhifə11/21
tarix01.02.2023
ölçüsü75,34 Kb.
#82096
1   ...   7   8   9   10   11   12   13   14   ...   21
yaqlar-mühazireler

Plastik yağların üstünlükləri:

  • Ağır yüklənmədə və kiçik sürüşmə sürətlərində, zərbəli və dəyişən yük altında, yüksək temperaturlarda yaxşı iş qabiliyyəti

  • Cütlərin araboşluqlarının böyük qiymətlərində iş mümükünlüyü

  • Gövdədə yapışıb qalma

  • Sürtünmə cütlərinin ara boşluqlarının yaxşı doldurulması

  • Səthə çirklərin daxil olmasının qarşısını almaq

Plastik yağların çatışmayan cəhətləri:

  • uzun müddət yüksək temperatur altında işlədikdə qopma, ərimə və sızma

  • Yağın dəyişdirilməsi mexanizmin sökülməsi yuyulması kimi əmək tutumlu proseslər tələb edir

  • Konstruktiv mümkünlük baxımdan plastik yağın səthə vurulması çox məhdudiyyətlidir



Mövzu 10. Mineral yağlar.
Mineral yağ, bitki olmayan, yüngül alkenlerin qarışığı olan, neft məhsulu bir növ yağdır. Olduqca ucuz olması səbəbindən üstünlük verilən bir məhsuldur. Sənaye sektorunda yağlı radiatorlarda də bu yağ istifadə edilir. Çünki mineral yağın temperaturu və elektriki çatdırma xüsusiyyəti var. Bu sektorda transformator yağı kimi tanılır. Vintli, tırtıllı və pistonlu kompressorların yağlanması və soyudulmasında istifadə edilmək üzrə inkişaf etdirilmiş yüksək keyfiyyətli mineral əsaslı yağdır. Paslanmaya və koroziyaya qarşı mükəmməl qoruma təmin edir. Hava və sudan asan ayrıla bilme xüsusiyyəti sayəsində yağ filtrlərinin zəifləməsini olaraq yağ istehlakını azaldarkən kompressor çıxış havasının da keyfiyyətli olmasını təmin edir.
Mineral yağlar aşağıdakı kimi klassifikasiya olunur:
Alınma üsuluna görə - distilyat, qalıq və qarışıq yağlar;
Təmizləmə üsuluna görə - turşu-qələvi ,turşu-kontakt qələvi və selektiv təmizlənmiş yağlar;
Tətbiq olunmasına görə - industrial, aviasiya, avtotraktor, dizel, transmissiya,buxar porşen maşınları,ox,turbin,kompressor,spesifik təyinatlı yağlar.
Bütün bu yağlar dəmiryol nəqliyyatında işlənilir.
Mineral yağların əsas fiziki-mexaniki xassələri bunlardır: sıxlıq, özlülük, alışma və donma t-ru, stabillik, korroziyalıq,küllük. Yağların keyfiyyətinə onlarda olan kükürd, su və mexaniki qatışıqlar təsir göstərir.
Sıxlıq – cismin həcm vahidinin kütləsi deməkdir. Yağların sıxlığını adətən 200C t-da təyin edirlər. Sıxlıq q/sm3 ölçülür.
Özlülük və ya daxili sürtünmə - xarici qüvvələrin təsiri altında maye cisimlərin onların axınına müqavimət göstərmək xüsusiyyəti dir. Özlülük yağların əsas göstəricilərindən demək olar ki birincisidir. Çünki özlülüyün giymətinin normadan kənar olması mühərrikin asan və tez işə salınmasına, yağın hissələr arasına vurulma və yağlama sistemində dövr etmə, həmçinin süzgəclərdən keçmə qabiliyyətinə, yəni süzgəclərin məhsuldarlığına, silindirlərdə porşen üzlüklərinin kiplik yaratma xüsusiyyətlərinə, yanacağın və yağın sərfinə təsir edir. Temperatur yüksəldikcə özlülük aşağı düşür və əksinə. Özlülüyün artması ilə mayeli sürtünmə təmin edilir, yağ qatının qalınlığı hidrodinamik yağlama nəzəriyyəsi baxımından birləşmə üçün kifayət gədər əldə edilir, yəni sürtünmədə iştirak edən səthlər arasındaki xarici sürtünmə yağ molekulaları arasında gedən daxili sürtünmə ilə əvəz edilir.
Nəqliyyat vasitələrində işlədilən yağlar üçün aşağı temperatur xassələrinin əsas göstəricilərindən biri kimi donma temperaturu da normalaşdırılır. Yağın axıcılığının tamam itirilməsi anına uyğun gələn temperatura onun donma temperaturu deyilir. Soyuq havalarda yağın temperaturu mənfi tərəfə dəyişdikcə yağ öz funksiyasını yerinə yetirə bilmir. Yağlama sistemində etibarlı işini təmin etmək məqsədilə donma temperaturu yağın istifadə ediləcəyi iqlim şəraitinin temperaturundan ən azı 8-12 oC aşağı olmalıdır. Bu məqsədlə yağlara donma temperaturunu aşağı salan aşqarlar əlavə edilir.
Yağın alovlanma temperaturu onun yağlama keyfiyyətlərini giymətləndirilməməsinə baxmayaraq, həm tərkibində yüngül fraksiyalı (asanlıqla buxarlanan) karbohidrogenlərin olmasını, həm də yanğın təhlükəsizliyini aydınlaşdırmaq üçün normalaşdırılır. Adətən eyni təyinatlı yağlar yüksək alovlanma temperaturuna malikdirlər. Bu temperaturu təyin etmək üçün içərisində yağ olan qabı (ağzı açıq) müəyyən sürətlə gızdırırlar. Alovlanmasına təöminən 10 oC qaldıqda hər 2 oC-dən bir ona alov yaxınlaşdırırlar. Açıq qabda olan yağın bütün səthini göy alov bürüdükdə, həmin hala uyğun gələn temperatur alovlanma temperaturu kimi gəbul edilir.
Stabillik – hər bir yağın vacib xüsusiyyəti həm saxlandıqda həm də işlətmə prosesində xüsisiyyətinin dəyişməməsidir. Yağın xüsusiyyətlərinin dəyişilməsinin səbəblərindən biridə onun havanin oksigeninin təsirinə nəticəsində stabil olmamasıdır. Bu qeyri-stabillik əsasən yüksək t-r təsirindən artır.
Korroziya xüsusiyyətləti. Yağlayıcıdan tələb olunur ki, o iş zamanı materialların səthini dağıdmasın, yəni yağın korroziya xüsusiyyətləti olmamalıdır. Yağlarda suhəlledici mineral turşuların və qələvilərin, həmçinin suyun olduqda onlar istifadəyə yararsız sayılır, çünki onlar metalları korroziyaya uğradır.
Yağın küllüyü onun tərkibində orqanik və mineral turşuların və başqa qatqıların olduğunu xarakterizə edir, hansılar ki yağı təmizlədikdən sonra onun tərkibində qalır. Küllüyün qiyməti əsas etibarılə yağın keyfiyyətindən asılıdır.


Yüklə 75,34 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin