Varliğimiz



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə14/26
tarix02.01.2022
ölçüsü1,06 Mb.
#2363
1   ...   10   11   12   13   14   15   16   17   ...   26
 
 
 
                                                           
*
 
Dil açmada karlıq da gedər, korluğumuz da, 
  Çün lallığımız doğmuĢ idi karlığımızdan. 


 
80 
 
 
 
 
CAVAD HEYƏT HAQQINDA  
ÜRƏK SÖZLƏRĠ 
 
BaĢ sağlığından 
Azərbaycanın  elmi-ədəbi  ictimaiyyətinə  ağır  itki  üz 
vermiĢdir.  Görkəmli  həkim,  Paris  Beynəlxalq  Cərrahlıq 
Akademiyasının  üzvü,  tanınmıĢ  publisist  və  ədəbiyyat-
Ģünas Cavad Mirzəli oğlu Heyət 2014-cü il avqustun 12-də 
ömrünün 90-cı ilində vəfat etmiĢdir. 
Cavad Heyət 1925-ci il may ayının 24-də Təbriz Ģəhə-
rində  anadan  olmuĢdur.  Orta  hərbi  məktəbi  bitirdikdən 
sonra o, Tehran Universitetinə daxil olmuĢ, ikinci kursdan 
ali  təhsilini  Türkiyənin  Ġstanbul  Universitetində  davam 
etdirərək  1943-1946-cı  illərdə  burada  tibb  fakültəsində 
oxumuĢdur. 
Əmək  fəaliyyətinə  1946-cı  ildə  Ġstanbul  Universite-
tində baĢlayan Cavad Heyət 1949-cu ilədək burada cərrah-
lıq  klinikasında  çalıĢmıĢ,  daha  sonra  ixtisasını  təkmilləĢ-
dirmək  üçün  Paris  Universitetinin  cərrahlıq  kafedrasında 
iĢləmiĢdir.  O,  1952-ci  ildə  yüksək  dərəcəli  cərrah  ixtisa-
sına  yiyələnərək  Ġrana  qayıtmıĢ,  1953-cü  ildən  Tehranda 
Hidayət  və  Ədliyyə  xəstəxanalarında  cərrahlıq  klinikaları 
quraraq onlara rəhbərlik etmiĢdir. 
Doktor  Cavad  Heyət  Ġranda  eksperimental  cərrahiy-
yənin  təməlini  qoymuĢdur.  1954-cü  ildən  etibarən  ürək 
üzərində  apardığı  əməliyyatlar  onu  istedadlı  cərrah  kimi 
tanıtmıĢdır.  1969-cu  ildə  o,  Tehranda  ilk  dəfə  transplant-
tasiya  əməliyyatını  uğurla  həyata  keçirmiĢdir.  Bir  çox 
cərrahi  əməliyyatlar  məhz  onun  adı  ilə  bağlıdır.  Tibb 
sahəsində  qazandığı  nailiyyətlər  Cavad  Heyətə  geniĢ 
Ģöhrət gətirmiĢdir. 


 
81 
Doktor Cavad Heyət təbabətə dair qiymətli araĢdırmala-
rın müəllifi kimi də tanınırdı. Onun kitabları tibb sahəsində 
yazılmıĢ  dəyərli  vəsait  kimi  mütəxəssislər  tərəfindən  daim 
yüksək  qiymətləndirilmiĢdir.  Bir  sıra  beynəlxalq  elmi 
forumlar  və  toplantılarda  öz  təcrübəsinə  əsaslanaraq  dərin 
məzmunlu  məruzələrlə  çıxıĢ  etmiĢ  alimin  100-dən  artıq 
məqaləsi  müxtəlif  tibb  jurnallarında  iĢıq  üzü  görmüĢdür. 
Cavad Heyət uzun müddət cərrahlığın tədrisi və cərrahların 
yeni nəslinin formalaĢdırılması ilə məĢğul olmuĢdur. 
Cavad  Heyətin  zəngin  və  çoxĢaxəli  səmərəli  fəaliy-
yətində  Azərbaycan  ədəbiyyatı  tarixi,  türk  xalqlarının 
keçmiĢi, milli folklor və eləcə də islamĢünaslığa dair təd-
qiqatlar mühüm yer tutur. Bu əsərlərdə Azərbaycan dilinin 
inkiĢaf  mərhələləri,  Ģifahi  xalq  ədəbiyyatı,  ədəbiyyatĢü-
naslıq,  folklor,  ədəbi  tənqid,  publisistika  və  fəlsəfə  tari-
xinin  ən  müxtəlif  məsələlərindən  əhatəli  bəhs  olunur. 
Mədəniyyətin  müxtəlif  problemlərinin  öyrənilməsinə 
münasibətdə  tarixi  həqiqətlərdən  çıxıĢ  edərək  obyektivlik 
nümayiĢ etdirən alimin ədəbi simpoziumlarda və türkoloji 
konfranslarda  çıxıĢları  həmiĢə  təqdirlə  qarĢılanmıĢdır. 
Onun  tədqiqatlarında  və  publisistik  məqalələrindəki  əsas 
fikirlərin  böyük  qismi  təsis  etdiyi  "Varlıq"  jurnalında 
əksini tapmıĢdır. 
Cavad  Heyət  eyni  zamanda,  Azərbaycanın  elmi  və 
mədəni  nailiyyətlərinin  geniĢ  tanıdılması,  eləcə  də  ədəbi 
əlaqələrin  möhkəmləndirilməsi  iĢinə  layiqli  töhfələr 
vermiĢdir. 
Görkəmli  cərrah,  tanınmıĢ  ədəbiyyatĢünas  və  səmimi 
insan  Cavad  Heyətin  iĢıqlı  xatirəsi  onu  tanıyanların  qəl-
bində həmiĢə yaĢayacaqdır. 
 

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin