Azərbaycan Respublikası Təhsil Nazirliyi
Sumqayıt Dövlət Universiteti
“İnformasiya texnologiyaları və proqramlaşdırma” kafedrası
FORMAL DİLLƏR
VƏ AVTOMATLAR NƏZƏRİYYƏSİ
(Məşğələ dərsləri üşün vəsait)
Tərtib etdi: b.m. Əhmədova S.M.
ass.Əliyeva A.Q.
Alqoritmlərin tərtib edilməsi
Alqoritm riyaziyyatın mühüm anlayışlarından biri olub, hələ kompüter yaranmamışdan əvvəl mövcud idi. Çoxrəqəmli onluq ədədlər üzərində hesab əməllərinin aparılması qaydaları ( alqoritmləri) ilk dəfə IX əsrdə özbək riyaziyyatçısı Əl-Xarəzmin tərəfindən verilmişdir. Alqoritm termini də məhz bu riyaziyyatçının adı ilə bağlıdır.
Ümumi şəkildə desək, alqoritm məsələnin həll yoludur, yəni məsələnin həllini təmin edən formal qaydalar sistemidir. Məsələnin kompüterdə həlli baxımından alqoritm axtarılan cavabların alınması üçün məsələnin verilənləri üzərində icra olunan hesabi və məntiqi əməllər (mərhələlər) ardıcıllığıdır. Bu mərhələlərdə uyğun olaraq hesab və müqaisə əməlləri yerinə yetirilir. Müqayisənin nəticəsindən asılı olaraq bu və ya digər mərhələin icrasına keçilir.
Alqoritm həll olunan məsələnin xarakteri ilə bağlı olduğu üçün onun yaradılmasında ümumi qaydalar yoxdur. Lakin hər bir alqoritm tərtib edilərkən onun müəyyən tələblərə cavab verməsi nəzərə alınmalıdır. Bu tələblərə alqoritmin xassələri deyilir. Alqoritmin aşağıdakı xassələri vardır:
Müəyyənlik. Alqoritmin tərtibi məsələnin həllini ardıcıl yerinə yetirilən mərhələlərə bölmək deməkdir. Bu zaman əvvəlki mərhələlərin nəticələri sonrakı mərhələə istifadə oluna bilər. Əsas tələb ondan ibarətdir ki, hər bir mərhələnin məzmunu və mərhəələrin yerinə yetirilmə ardıcıllığı müəyyən olmalıdır. Bu alqoritmin müəyyənlik xassəsini təşkil edir.
Kütləvilik. Bu xassədə iki tələb nəzərdə tutulur:
a). müəyyən məsələnin həlli üçün qurulmuş alqoritm həmin tipdən olan bütün məsələlərin həlli üçün yararlı olmalıdır;
b). alqoritm elə təsvir olunmalıdır ki, ondan hamı istifadə edə bilsin.
3. Alqoritm diskret olmalıdır, yəni hesablama prosesi əməllər ardıcıllığına bölünməlidir.
4. Nəticəvilik. Alqoritmdəki mərhələlərin və onları təşkil edən əməliyyatların sayı sonlu olmalıdır ki, onların yerinə yetirilməsi axtarılan nəticəyə gətirib çıxara bilsin.
Alqoritmdəki hesab əməlləri arasındakı məntiqi əlaqələr kompüterin qəbul edə biləcəyi şəkildə verilməlidir. Həmin əlaqələr çox vaxt bu və ya digər hesablama addımarının seçilməsini təyin edən müəyyən şərtlərin yoxlanması şəklində ifadə olunur. Məntiqi şərtlər içərisində aşağıdakılar xüsusi yer tutur, çünki onların yaranması hesablama prosesinin normal gedişinə imkan vermir:
hesablamada mütləq qiymətcə kompüterdə təsvir oluna biləcək maksimal ədəddən böyük ədədin alınması;
sıfırın və ya mənfi ədədin loqarifmalarının hesablanması;
mənasız hesablamaların aparılmasına cəhd göstərilməsi ( məsələn, olduqda, arcsin(x) və ya arccos(x) –in hesablanması).
Dostları ilə paylaş: |