Və avtomatlar nəZƏRİYYƏSİ (Məşğələ dərsləri üşün vəsait)


Dövrü alqoritmik strukturlar



Yüklə 226 Kb.
səhifə3/12
tarix10.05.2022
ölçüsü226 Kb.
#57012
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   12
alqor-nəz məşğələ

Dövrü alqoritmik strukturlar.

Təcrübədə çox rast gəlinən hesablama proseslərində məsələnin ( və ya onun bir hissəsinin həlli eyni hesablama düsturları ilə dəyişənlərin müxtəlif qiymətləri üçün bir neçə dəfə təkrarən hesablamaların aparılmasını tələb edir. hesablama prosesinin təkrarən yerinə yetirilə hissəsinə dövr deyilir.

Dövrü strukturlar sadə və mürəkkəb ola bilər. Sadə struktur bir, mürəkkəb struktur isə biri digərinin içərisinə daxil olan iki və daha çox dövrdən ibarət olur.

Dövrü alqoritmik strukturların tərtibi zamanı dövrün girişində hesablama prosesinin tələb etdiyi hazırlıq əməliyyatlarının aparılması nəzərə alınmalıdır ( məs., bir neçə ədədin cəminin və ya hasilinin hesablanmasında başlanğıc qiymətlərin mənsub edilməsi). Mürəkkəb dövrü strukturlarda xarici və daxili dövrlər və onlar arasındakı münasibətlər müəyyənləşdirilməlidir. Proqramlaşdırma dillərində dövrü strukturların reallaşdırılması üçün ön şərtli və son şərtli dövrü operatorlardan istifadə olunur. Aşağıda ön şərtli strukturun sxemi verilmişdir.



Sonşərtli dövrü alqoritmik struktur isə

kimidir.
Kompüterdə məsələnin həlli mərhələlərindən biri də, məsələnin həlli üçün yaradılmış alqoritmə uyğun, hər hansı proqramlaşdırma dilində ilkin proqramın tərtibidir. Proqram - hər hansı alqoritmin kompüterdə icrası üçün maşın əmrlərinin ardıcıllığıdır. Başqa sözlə, proqram-alqoritmin kompüterdə icrası üçün onun təsvir formasıdır.

Birinci nəsil maşınlarda proqramlar maşın dilində yazılırdı. Məsələn, iki ədədin toplanması təxmini olaraq, aşağıdakı kimi yazılırdı: 15 0223 1677 3431

Əmrin başlanğıcındakı 15 ədədi əməliyyatın kodudur ki, bu da “iki ədədin toplanması və alınan cəmin yaddaşa yazılmasını” göstərir. 0223, 1677 və 3431 yaddaş xanalarının ünvanlarıdır. bu xanalarda toplananlar və cəm yadda saxlanılır. Bu əmr belə ifadə olunur: 0233 nömrəli xanaya yazılmış ədədlə, 1677 nömrəli xanaya ədəd toplanılaraq, nəticə 3431 nömrəli xanada yerləşdirilir.

Proqramın bu üsulla tərtibi olduqca çox zəhmət tələb edir. Bundan başqa proqram sonradan oxunma üçün aydın alınmır. Maşın dilində proqramlaşdırmanın daha bir çatışmayan cəhəti ondan ibarətdir ki, eyni bir alqoritmin müxtəlif kompüterlərdə yerinə yetirilməsi üçün müxtəlif proqramlar yazmaq lazım gəlirdi. Belə ki, hər bir kompüterin özünün əmrlər sistemi mövcud idi. Ona görə də kompüteri yaradanlar əsas diqqəti proqramlaşdırma prosesini yüngülləşdirməyə yönəltdilər. Mütəxəssislər tezliklə başa düşdülər ki, əmrlərin yazılması və proqramın tərtibi üçün şərti işarələr sistemi yaratmaqla, maşın kodunun tərtib olunma prosesini avtomatlaşdırmaq mümkündür. Məs., 15 kodu ilə göstərilən əmri aşağıdakı kimi yazmaq olar: c=a+b

Bu düsturda, yuxarıda sadə sözlə təsvir edilmiş bütün informasiya öz əksini tapmışdır: Yəni “+” işarəsi toplamanı, “=” işarəsi mənsub etməni, latın hərfləri isə, xanalarda yadda saxlanılan ədədlərə uyğun dəyişənləri göstərir.

Kompüterdə yerinə yetirilən daha mürəkkəb əməliyyatları buna oxşar şəkildə yazmaq olar. Məs., x> y şərtini yoxlayan əmri ingilis dilində aşağıdakı kimi ifadə etmək olar: İf x>y then y=x+5 və ya azərbaycan dilində əgər x>y then y=x+5



Yüklə 226 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin