Və əsassız töhmətlər BİSMİllahir rəhmanir rəHİM



Yüklə 490,05 Kb.
Pdf görüntüsü
səhifə7/8
tarix09.03.2023
ölçüsü490,05 Kb.
#87092
1   2   3   4   5   6   7   8
siə məzhəbi və əsassız töhmətlər

 
Müvəqqəti nikah 
 
Abdullah: Müsəlmanların əksəriyyəti müvəqqəti nikahı haram bildiyi bir halda nə üçün 
siz şiələr onu caiz bilirsiniz? 
Rza: Ömər ibn Xəttabın dediyinə görə Allahın Rəsulu (s) müvəqqəti nikahı halal və 
caiz bilib və biz də Peyğəmbərin hökmü əsasında onu caiz bilirik. 
Abdullah: Peyğəmbər (s) nə buyurub? 
Rza: Cahiz, Qirtəbi, Sərəxsi Hənəfi, Fəxri Razi və bir çox digər sünni alimləri nəql 
ediblər ki, Ömər, xütbələrinin birində belə dedi: 
َْعِ لَ لْْ َ لْلَُْعِ :اِ تْيلَلي عم تاليعَ لَ الِعتْتلي ِوتْتلل التلَ لَ (َ) َ مَعْلِ لْْتلي ِوَلي اَلتاا ْاَلَُْعِ رالْ ت َ لْلُ 
Yə`ni, Peyğəmbərin (s) zamanında halal olan iki müt`əni mən, qadağan edirəm və 
onları yerinə yetirənləri cəzalandıracam: o müt`ələr, həcc müt`əsi[1] və qadınlar 
müt`əsidir[2]. 
“İbn Xəlləkanın” adlı tarix kitabında yazılıb ki, Ömər ibn Xəttab dedi: “Peyğəmbərin və 
Əbu Bəkrin zamanında caiz olan iki müt`əni mən, qadağan edirəm.”[3] 
Sən bu barədə hansı fikirdəsən? Yə`ni, Ömərin dediyi bu söz- peyğəmbərin 
zamanında bu iki müt`ə halal və caiz olub- doğrudur, yoxsa yalan? 
Abdullah: Bəli, Ömər düz deyib. 
Rza: Əgər belədirsə, onda Peyğəmbərin (s) sözünü qoyub, Ömərin dediyini qəbul 
etmək düzgündürmü? 
Abdullah: Ömər ibn Xəttab öz xəlifəlik iqtidarından istifadə edərək, bu müt`ələri 
qadağan edibdir. 


Rza: Amma bütün İslam alimləri istisnasız olaraq bu əqidədədirlər ki, həzrət 
Məhəmmədin (s) halal etdikləri, qiyamətə qədər halal və haram etdikləri, qiyamətə 
qədər haramdır[4]. 
Bu barədə nəzəriniz nədir? 
Abdullah dərin fikrə dalıb, özünü Rzaya tutub dedi: 
Siz haqlısınız. Amma görəsən Ömər ibn Xəttab nəyə əsaslanaraq bu iki müt`əni 
qadağan etmişdir? 
Rza: Bu, onun 
şəxsi ictihadı idi. Bilməlisiniz ki, “nəss” (yə`ni, Qur`anda və hədislərdə 
açıqcasına bəyan edilən hökmlər) ilə zidd və müxalif olan hər bir ictihad e`tibarsızdır. 
Abdullah: Hətta əgər bu ictihad, Ömər ibn Xəttab kimi nüfuzlu bir şəxsin ictihadı olsa 
da? 
R
za: Nəinki Ömərin ictihadı, hətta ondan da böyük mənsəbdə olan bir şəxsin ictihadı 
da e`tibarsızdır. Sizin nəzərinizcə indi biz, Allah və onun Peyğəmbərinin dediklərinə 
əməl etməliyik, yoxsa Ömər ibn Xəttabın? 
Abdullah: Müt`ənin caiz olduğu barədə Qur`an ayəsi vardırmı? 
Rza: Bəli, Allah taala buyurur: 
... ُْلاي ِلق وْعُلَِعَعَ وْعَُعَالئلق وْعتْت ِ ه ُ ْمعَُْلَِْلََْْ الِلق 
Yə`ni, «müt`ə etdiyiniz qadınların mehriyyəsini vacib bir haqq olaraq, onlara verin![5]» 
Mərhum əllamə Əmini, Əhməd ibn Hənbəlin müsnədi kimi sünnilərin bir çox mö`təbər 
kitablarından sübutlar gətirmişdir ki, bu ayə, müvəqqəti nikah barəsində nazil olub və 
bu kitabların müəllifləri yuxarıdakı ayəyə əsaslanaraq müt`əni caiz hesab ediblər[6]. 
Abdullah: İndiyədək mən, dediyiniz bu sözləri heç kimdən eşitməmişdim. 
Rza: Siz əgər dəyərli və misilsiz “Əl-ğədir” kitabını mütaliə etsəniz, bu barədə daha 
geniş mə`lumatlar əldə edərsiniz. 
Xülasə, indi biz, Allah və Onun Rəsulunun halal bildiyini Ömərin göstərişi ilə haram 
hesab etməliyik?! Görəsən biz, kimin ümmətiyik: Peyğəmbərin (s), yoxsa Ömərin? 
Abdullah: Əlbəttə ki, biz, peyğəmbərin ümmətiyik və Ömər də peyğəmbərin 
ümmətindən olduğu üçün nəzərlərdə yüksəlmişdir. 
Rza: Onda nə üçün Peyğəmbərin (s) buyruğunu qəbul etməkdən boyun qaçırırsan? 
Abdul
lah: çünki müsəlmanların əksəriyyəti müt`əni (yə`ni, müvəqqəti nikahı) haram 
bilirlər və mən də əksəriyyətin nəzərinə tabe olaraq onu haram bilmişəm. 


Rza: Lakin müsəlmanların hamısı bu əqidədə deyildirlər. 
Abdullah: Hansı müsəlmanları nəzərdə tutursunuz? 
R
za: Siz özünüz söhbətimizin əvvəlində dediniz ki, şiələr müvəqqəti nikahı halal 
bilirlər. Demək olar ki, müsəlmanların bir hissəsini şiələr təşkil edir. Bütün 
müsəlmanların sayı isə bir milyard nəfərdən çoxdur. Bəli, şiələr müvəqqəti nikahı caiz 
və halal bilirlər. Bundan əlavə Peyğəmbər (s), öz nəslindən olan mə`sum imamları 
Nuhun gəmisinə bənzədib və buyurub: 
لِ ِل اتْتلي ليوَلُلَ ْْلِ لَ ِوَلت اتلُ الِ ْْلِ ءٍَعت ْلتي ولْ ململِلا ْمعاي ق ع َْيلُ مُْلَ عململِ 
Yə`ni, «mənim əhli-beytim sizin aranızdakı məsəli Nuhun gəmisinə bənzəyir: ona 
minənlər, nicat tapar və ondan uzaqlaşanlar, qərq olar[7]». 
Həmçinin o həzrət buyurub: 
وولَلي َلْ ِلي وََلْ ات ِلَْولي د اِعتوت َ لَ ع َْيلُ لمُْلَ ع َلَِْ ي لَ َ لماَ ا ْْيلَلَوم َ عمعاي ق َي ِاَ ع ت َ َْلْْ َ لَ 
Yə`ni, «mən sizin aranızda iki qiymətli əmanət qoyuram: Allahın kitabı və əhli-beytim. 
Onlar (Kövsər) hövuzunun kənarında mənə qovuşana qədər heç vaxt bir-birindən 
ayrılmayacaqlar[8]». 
Bu iki hədisdən nəticə alırıq ki, Əhli-beytin (ə) ardıcılı olmaq nicat tapmağa, Allaha 
yaxınlaşmağa, onlardan uzaqlaşıb, başqalarının ardınca düşmək, isə həlakət və 
azğınlığa səbəb olar. 
Bu böyük insanlar da öz kəlamlarında bildiriblər ki, müvəqqəti nikah caizdir və 
mənsux olmayıbdır. Şiələr də onların buyruqları əsasında rəftar ediblər. 
Əmirəl-möminin Əli (ə) hədislərin birində buyurur: 
َو َلَ َد َ ولت لا اِ ْلَُْعِْ َ ْلي ِوتلت لِلِعي وْلَ د َْل
Yə`ni, «əgər Ömər müvəqqəti nikahı qadağan etməsəydi, şübhəsiz ki, bədbəxt 
insanlardan başqa heç kim zinaya düçar olmazdı[9]». 
İmam Əlinin (ə) kəlamından belə başa düşülür ki, Ömər, müvəqqəti nikahı haram və 
qadağan etdikdən sonra müsəlmanlar bu işdən çəkindilər və daimi nikaha imkanı 
olmayanlar isə zinaya düçar oldular. 
Deməli, müsəlmanların rəhbərləri müt`əni (yə`ni, müvəqqəti nikahı) halal və caiz 
biliblər və səhabə, tabe`in və sonrakı müsəlmanların əksəriyyəti Qur`an və 
Peyğəmbərin buyruğuna əsaslanaraq Ömərin qoyduğu qadağanı rədd ediblər. bütün 
bunları nəzərə alaraq iddia etmək mümkündürmü ki, müsəlmanların hamısı və ya 


əksəriyyəti müt`əni haram bilirlər? 
Burada müvəqqəti nikahı qəbul edən bir sıra tarixi şəxsiyyətlərin adlarını sadalayır və 
onların bu barədəki nəzərlərini nəql edirəm: 
İmran ibn Əl-Həsin deyir: “Qur`anda müt`ə barədə ayə nazil olub və bu ayə başqa 
ayə vasitəsilə nəsx olunmayıbdır. Allahın Rəsulu (s) müt`əni bizə halal etdi və biz, 
Peyğəmbərlə birgə təməttünü (həcci) yerinə yetirdik. O həzrət həyatda ikən bu 
təməttünü bizə qadağan etəmədi. Amma o kişi (yə`ni, Ömər ibn Xəttab) Peyğəmbərin 
vəfatından sonra özündən istədiyini dedi[10]. 
Cabir ibn Abdullah və Əbu Səid Xidri deyirlər: “Ömər xilafətə gəldikdən bir neçə 
müddət sonra da biz, müt`ə edirdik. Lakin Ömər Əmr ibn Hərisin əhvalatından sonra 
onu müsəlmanlara qadağan etdi.” 
O şəxslərdən biri də Abdullah ibn Məs`uddur. İbn Həzm “Əl-muhəlla” və Zərqani 
“Şərhül-müt`ə” adlı kitablarında yazıblar ki, Abdullah ibn Məs`ud ömrünün sonunadək 
müvəqqəti nikahı caiz və mübah bildi. Hədis hafizləri də Abdullah ibn Məs`uddan 
rəvayət ediblər ki, o dedi: “Biz, qəzvələrin[11] birində zövcələrimizdən uzaq 
düşdüyümüz üçün Allahın Rəsuluna (s) dedik: “Ey Allahın Rəsulu, özümüzü axta edə 
bilərik?” O həzrət bizi bu işdən çəkindirdi və mehriyyə verib, müəyyən müddət tə`yin 
etmək şərtilə müvəqqəti nikah etməyə bizə icazə verdi. Sonra o həzrət bu ayəni 
oxudu: “Allahın sizə halal etdiyi pakizə şeyləri özünüzə haram bilməyin!”[12]- 
Abdullan ibn Ömər də o şəxslərdən biridir. Əhməd ibn Hənbəl (Hənbəli məzhəbinin 
rəhbəri) nəql edir ki, Əbdür-Rəhman ibn Nə`əm (ya Nə`im) Ə`rəc dedi: “Mən, 
Abdu
llah ibn Ömərin yanında idim. Bir nəfər ona müt`ə barəsində sual verdi. O dedi: 
“And olsun Allaha ki, biz, Allahın Rəsulunun (s) dövründə zinakar deyildik.”[14] 
Səlmət ibn Üməyyət ibn Xələf: İbn Həzm “Mühəlla” adlı kitabında və Zərqani “Şərhül-
mutə`” kitabında yazıblar ki, Səlmət ibn Üməyyə və Üməyyə ibn Xələf müvəqqəti 
nikahı caiz və mübah biliblər. 
Mü`bəd ibn Üməyyət ibn Xələf: İbn Həzm öz kitabında yazıbdır ki, Mü`bəd ibn 
Üməyyə ibn Xələf, müvəqqəti nikahı caiz və mübah bilibdir. 
Zübeyr ibn Əvam: Rağib deyir: “Abdullah ibn Abbas müvəqqəti nikahı caiz və mübah 
bildiyi üçün Abdullah ibn Zübeyr onu məzəmmət etdi. Abdullah ibn Abbas ona dedi: 
“Get anandan atanla necə evləndiyini soruş!” O, anasından bu barədə soruşduqda, 


anası ona belə cavab verdi: “Mən səni müt`ədən (yə`ni, müvəqqəti nikahdan) 
dünyaya gətirmişəm.”[15] Bu əhvalat göstərir ki, Zübeyr, müvəqqəti nikahı caiz və 
mübah bilirmiş. 
Xalid ibn Mühacir ibn Xalid Məxzəmi, İbn Əbi Ümrə Ənsari ilə əyləşmişdi. Bu vaxt bir 
nəfər gəlib, ondan müt`ə barəsində soruşdu və Xalid də müt`ənin caiz və mübah 
olduğunu bildirdi. İbn Əbi Ümrə Ənsari ona dedi: “Ahəstə danış! (Nə üçün bu qədər 
xatircəmliklə fitva verirsən?!) Xalid dedi: “Allaha and olsun ki, biz, pərhizkarların 
mövlasının (yə`ni Peyğəmbərin) dövründə bu işi görmüşük.”[16] 
Əmr ibn Həris: Əbdür-Rəzzaq Hafiz “Müsənnəf” adlı kitabında İbn Cürəyhdən belə 
nəql edir: “Əbu Zübeyr mənə nəql edirdi ki, Cabir belə dedi: “Əmr ibn Həris, Kufədə 
bir kənizlə müt`ə (yə`ni müvəqqəti nikah) etdi. O kəniz bu nikahdan hamilə qaldı. 
Buna görə Ömər onu yanına çağırtdırdı. Ömər, bu əhvalatın doğru olduğunu Əmrdan 
soruşdu və Əmr bu işi təsdiq etdi. Bu əhvalatdan sonra Ömər müvəqqəti nikahı 
qadağan etdi.”[17] 
Həmçinin Übəyy ibn Kə`b, Rəbi`ət ibn Üməyyə, Səmir (ya Sümrət) ibn Cündəb, Səid 
ibn Cübəyr, Tavus Yəmani, Ə`ta Əbu Məhəmməd Mədəni, Südəyy, Mücahid, Zəfər 
bin Övs Mədəni və bir çox tanınmış səhabələr, tabeinlər və onlardan sonra gələn 
İslam dünyasının mühüm şəxsiyyətləri, Ömərin Qur`an və sünnənin ziddinə olan bu 
fitvasını məhkum edibdirlər. 
Abdullah, indi bu qədər sübutdan sonra demək olarmı ki, müsəlmanların əksəriyyəti 
müt`əni haram bilirlər? 
Abdullah: Mən sizdən üzr istəyirəm, çünki mən, sizə dediklərimi başqalarından 
eşitmişdim, lakin bu sözlərin doğru olub-olmadığını araşdırmamışdım. Bu 
söhbətlərdən sonra bu qərara gəldim ki, belə ixtilaflı məsələlərdə kor-koranə məzhəbi 
təəssübkeşliyi kənara qoyub, lazımi kitabları mütaliə edim və tədqiq apararaq, 
həqiqəti kəşf edim. 
Rza: Deməli, sən də müvəqqəti nikahın caiz və mübah olduğunu qəbul edirsən?! 
Abdullah: Bəli, qəbul etdim. Bundan əlavə mənə aydın oldu ki, müt`əni haram və 
qadağan edənlər öz istək və şəxsi rə`ylərinə tabe olublar və nəinki Ömər ibn Xəttab, 
hətta ondan böyük mənsəb sahibi Allahın hökmünü dəyişə bilməz. Həmçinin 
m
üvəqqəti nikahın caiz olduğu barədə Qur`an ayəsi mövcuddur və bu ayə, başqa bir 


ayə vasitəsilə nəsx olunmayıbdır. Ömərin bu hərəkəti məni çox təəccübə gətirir ki, o 
hansı ixtiyarla Allahın hökmünü dəyişdiribdir?! 
Sizdən xahiş edirəm belə ixtilaflı mövzuları məntiq üzrə və şəxsi və ya məzhəbi 
qərəzlərdən uzaq bir şəkildə araşdıran bir neçə kitabı mənə tövsiyə edin. Əvvəlcədən 
sizə öz təşəkkürümü bildirirəm. 
Rza: Əllamə Əmininin “Əl-qədir” kitabı, mərhum əllamə Şərəfüddinin “Ən-nəssü vəl-
ictihad”[18] və “Əl-füsulil mühimmə” kitabları və Tofiq Əl-Fəkikinin “Əl-müt`ə” adlı 
kitabına müraciət edə bilərsiniz. Bu kitabları diqqətlə və bitərəf mövqe tutaraq mütaliə 
edin. 
Abdullah: Hökmən dediyiniz kimi edəcəyəm və sizin üçün Allahdan xeyir diləyirəm. 
Rza: Əgər bilmək istəyirsinizsə sünnilər bundan əlavə başqa bir səhvə də yol veriblər. 
Abdullah: Hansı səhvə? 
Rza: Ömər, həm qadınlar, həm də həcc müt`əsini qadağan etmişdi. Amma nə üçün 
sünnilər həcc müt`əsini caiz, lakin qadınlar müt`əsini haram bilirlər? Əgər Ömərin 
ve
rdiyi fitva e`tibarlıdırsa, bu vaxt sünnilər hər iki müt`əni haram bilməlidirlər. Yox əgər 
bu fitvanın heç bir e`tibarı yoxdursa, bu vaxt hər iki müt`ə caiz və mübah olmalıdır. 
Abdullah: Yə`ni sünnilər həcc müt`əsini caiz və mübah bilirlər? 
Rza: Bəli, doğrudur. Əgər onların kitablarına müraciət etsən, bu həqiqət də sənə 
aydın olar. 
Abdullah: Sənə səmimi qəlbdən öz təşəkkürümü bildirirəm. 
لْاُْْعْ لي ُ لِ م لِ ز وا ُْ َ اوِلي لَْعو كلي لَ َم لْ ولَلي لْي َلْ ِْعِْ َ علِْْ لْْ َ لَ َ ِ م لِ لْي ِل اُْ َ 
(
Saffat surəsi, 180-181-182-ci ayələr) 
İstinadlar 
[1] Həcc müt`əsi: Hacı, təməttö həccinin ömrəsini yerinə yetirib, ehramdan çıxdıqdan 
sonra yenidən təməttö həccinin əməllərini yerinə yetirmək üçün ehram bağlayana qədər 
ehram halında ona haram olan bütün mübah işlərdən istifadə edə bilər. 
[2] Cahizin “Əl-bəyan vət-təbyin” kitabının 2-ci cildi, 223-cü səh.; “Qirtəbinin təfsiri”, 2-ci 
cild, 390-391-
ci səh.-lər, 1042-ci hədis; “Əl-məbsut” kitabının həcc bölümü, “Qir`an” 
fəsli; Fəxri Razinin “Ət-təfsiril-kəbir” kitabı, 2-ci cild, 167-ci səh. və 3-cü cild, 201-202-ci 
səh.-lər 


[3] İbn Xəlləkanın tarixi, 2-ci cild, 359-cu səh. 
[4] 
لمات عمَعْ لِ َ (َ): عم لْ ءلْوِ لْعِ َم لْ ِو َ م َْلي ْلِاي َْ َ لَ عهعَِِلْ َمَِلْ و َ م َْلي ْلِاي َ َ 
[5] 
Nisa surəsi
, 24-
cü ayə 
[6] “Əl-ğədir” kitabının 6-cı cildi, 229-236-cı səh.-lər 
[7] “Biharül-ənvar”ın 10-cu cildi, 111-ci səh; 1-ci hədis 
[8] Müsnədi Əhməd ibn Hənbəl, 3-cü cild, 17, 26 və 59-cu səh-lər, həmçinin 4-cü cildi, 
367-
ci səh 
[9] Məhəmməd ibn Müslim, imam Baqirdən (ə) nəql edir ki, Cabir ibn Abdullah dedi: 
“Müsəlmanlar, Allahın Elçisi (s.ə.v.a) ilə birgə müharibəyə getmişdilər. Peyğəmbər 
(s.ə.v.a) (bu müharibədə) müt`əni, yə`ni müvəqqəti nikahı, onlara halal etdi.” Əli (ə) 
buyurub: “Əgər Xəttabın oğlu (Ömər) hakimiyyəti ələ keçirtməsəydi, bədbəxtlərdən 
başqa heç kim zina etməzdi.” (Biharül-ənvarın 100-cü cildi, 314-cü səh, 10-cu bölüm, 
15-
ci hədis; “Məcmə`ül-bəyan” təfsiri, 5-ci cild, 9-cu səh 
[10] Qirtəbinin təfsiri, 2-ci cild, 385-ci səh; 1026-cı hədis. Bu rəvayət, belə də nəql 
olunubdur: Müt`ə ayəsi (həcc müt`əsi barədəki ayə) Allahın kitabında nazil olub və 
Peyğəmbər onu yerinə yetirməyi bizə əmr edib. Bu ayə, başqa bir ayə vasitəsilə nəsx 
olmadı və Allahın Rəsulu (s.ə.v.a) ömrünün sonunadək bu müt`əni qadağan etmədi, 
lakin Peyğəmbərdən sonra o kişi, istədiyini dedi. 
[11] Qəzvə, Peyğəmbərin şəxsən iştirak etdiyi müharibələrə deyilir. 
[12] Maidə surəsi, 87-ci ayə: 
َ د ََِِْ َ ناُ ي اِ مَْ َ ما .... 
[13] “Səhihi Buxari”nin 5-ci cildi, 1953-cü səh; 8-ci bölüm, 2787-ci hədis: “Ma yəkruhu 
minəl təbəttül vəl xisai” (bir qədər fərqli olaraq); “Səhihi Müslim”in 3-cü cildi, 192-193-cü 
səh.-lər, “Müt`ə nikahı” bölümü (müvəqqəti nikah); “Sünənül-kübra”nın 7-ci cildi, 200-ci 
səh; Şiğar bölümü; “Dürrül-mənsur”un 2-ci cildi, 307-ci səh; Maidə surəsinin 87-ci 
ayəsinin təfsirində (müəllif bu hədisi doqquz nəfər böyük təfsirçilərdən və Qur`an 
hafizlərindən nəql edib. Bundan əlavə bir sıra mö`təbər ədəbiyyalara da əsaslanıbdır.) 
[14] Müsnədi Əhməd, 2-ci cild, 95-ci səh. 
[15] “Əl-mühazirat”ın 2-ci cildi, 94-cü səh. 
[16] “Səhihi Müslim”in 3-cü cildi, 197-198-ci səh.-lər, 3-cü bölüm: Nikahül-müt`ə; “Əs-
sünənül-kübra”nın 7-ci cildi, 205-ci səh; “Nikahül-müt`ə” adlı bölüm 
[17] “Fəthül-bari”nin 9-cu cildi, 141-ci səh. 
[18] Bu kitab azərbaycan dilinə tərcümə edilib

Yüklə 490,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin