Və əsassız töhmətlər BİSMİllahir rəhmanir rəHİM



Yüklə 490,05 Kb.
Pdf görüntüsü
səhifə8/8
tarix09.03.2023
ölçüsü490,05 Kb.
#87092
1   2   3   4   5   6   7   8
siə məzhəbi və əsassız töhmətlər

 


Tövsiyə edilən ədəbiyyat 
 
Əl-müraciat[1] (yə`ni, yenidən bir baxış): 
Bu kitab, Peyğəmbərin əhli-beytinin (ə) imamətliyi barədə seyid Əbdül-Hüseyn 
Şərəfüddinlə böyük sünni alimi və Əl-Əzhər universitetinin o dövrdəki rektoru Səlim 
Əl-Büşranın bir-birlərinə yazdıqları məktubların toplusudur. Bu məktublaşma 
nəticəsində Əl-Əzhər universitetinin rektoru on iki imam şiəlik məzhəbini qəbul edib, 
bi
ldirdi ki, on iki imam şiələri, dinin üsullarında və şaxələrində (yə`ni, füruiddində) 
Allahın Rəsulunun (s) övladları olan imamların ardıcıllarıdırlar. 
Həqiqətüş-şi`ətül-isna əşəriyyə (On iki imam şiəlik məzhəbinin mahiyyəti): 
Bu kitab, Fələstinli ziyalı və elmlər namizədi Əs`əd Vəhid Qasimin şiəlik barəsində 
apardığı tədqiqatların toplusudur. Apardığı tədqiqat nəticəsində elmlər namizədi 
Əs`əd, əhli-beytin (ə) imamətliyini qəbul edərək, şiəlik məzhəbini seçdi. O, bu kitabı 
sünnilərin ədəbiyyatlarına əsaslanaraq yazmış və burada şiə məzhəbinin haqq 
olduğunu sübuta yetirmişdir. Elmlər namizədi Əs`əd “Əl-mənbər”[2] jurnalına verdiyi 
müsahibədə belə demişdir: “Mən, şiə məzhəbinin haqq olduğunu “Səhihi-Buxarı” 
kitabına əsaslanaraq sübuta yetirdiyim üçün vəhhabilər, mənim kafir olduğuma dair 
fitva verdilər. Bu araşdırma nəticəsində mənə aydın oldu ki; 
1- 
Peyğəmbərin (s) vəfatından sonra İslam ümmətinin başına gələn müsibətlər 
düzgün yolu seçənləri “Beşinci məzhəb” adlandırıblar. 
2- 
Mənə və həmkarlarıma deyirdilər ki, şiəliyin İslam üçün təhlükəsi, yəhudilərin 
təhlükəsindən daha böyük və ciddidir. Lakin həqiqət mənə gün kimi aydın idi. 
3- 
“Mənzilət” hədisində “bə`di”((ت لْ ُْلُ sözü, yə`ni, məndən sonra, Əlinin (ə) 
Peyğəmbərdən sonra fasiləsiz xəlifəlik və canişinliyini bildirir. - Şiə məzhəbində 
əqidəti mövzular daha şəffaf və məntiqi, şəriət hökmləri adi həyat tərzi ilə daha uyğun, 
mə`nəvi və əxlaqi tövsiyələr daha da ülvidir. 
“Və rəkəbtüs-səfinə” (Nicat gəmisinə mindiyim an): 
Bu kitabı şiəliyi qəbul edən İordaniyalı tədqiqatçı və İordaniya şəriət inistutunun 
mə`zunu Mərvan Xəlifat yazmışdır. Şiəliyi qəbul etməmişdən öncə həmkarları ilə 
onun arasında olan mübahisə, onu əhli-beyt (ə) barəsində tədqiqat aparmağa sövq 


etdirdi. Nəticədə o, əhli-beyt (ə) məzhəbinin haqq olduğunu başa düşdü və bildirdi ki, 
yalnız bu məzhəb, həqiqi İslamın nümayəndəsidir. Müəllif, bu kitabda həmçinin 
Vəhhabi firqəsinə qarşı e`tirazlara və sünnilərin dini mədrəsələrinin dərs sistemindəki 
qüsurlara da toxunmuşdur. Onun əqidəsincə sünni dini mədrəsələri əqidələrinin 
doğruluğunu, habelə onların həqiqi İslamla üst-üstə düşdüyünü sübuta yetirməlidir. 
“Əl-xid`ə... Rihləti minəs-sünnəti iləş-şi`ə” (...sünnilikdən şiəliyə səfərim): 
Bu kitabın müəllifi Misirli jurnalist Saleh Əl-Vərdanidir. O, bu kitabda əhli-beyt (ə) 
məzhəbini qəbul edərkən üzləşdiyi çətinliklərdən söhbət açmış və sübuta yetirmişdir 
ki, əhli-beyt (ə) məzhəbi Allah taalanın insanlara göndərdiyi həqiqi İslamdır. Saleh Əl-
Vərdan, bu mövzu barədə başqa bir neçə kitab da tə`lif etmiş və burada tarix, əqaid 
və islamda olan məzhəblər barəsində söhbət açmışdır. “Əl-mənbər”[3] jurnalının 
onunla apardığı müsahibədəki bə`zi mühüm mətləblər bunlardan ibarətdir: 
1-
Əhli-sünnət cəmiyyətinin “səhabə” əsarətindən qurtuluşu üçün böyük bir oyanışa 
ehti
yacı vardır. 
2- 
sünni tərzi-təfəkkürü, İslam ümmətinin idarəçiliyində, ədalətin icrasında və sülhü 
bərqərar etməkdə acizdir! 
3- 
Mən, şiə ideologiyasını araşdırmaqla deyil, əksinə əhli-sünnətin tərzi-təfəkkürlərini 
araşdırmaqla əhli-beyt (ə) məzhəbinin haqq olduğunu əldə etdim. 
4- 
Şiə məzhəbini qəbul edən cavanlar ailələri tərəfindən qovulduqları səbəbindən 
acından ölməmək üçün bir tikə çörəyə möhtacdırlar. 
5- 
Şiə məzhəbi hər bir fərdin irəli sürdüyü fikir və rə`ylərə hörmətlə yanaşır, ictihad 
qapısının açıq olduğunu bildirir və zalım hökumətlərlə sazişə girmir. Lakin əhli-sünnət 
bütün bunlarda şiələrin tam əksinə rəftar edirlər. 
6- 
Mənim nəzərimcə şiəlik, mükəmməl düşüncəyə, fikir azadlığına və yüksək 
davranış qaydalarına malik olduğu üçün sünnülükdən üstündür. 
“Li maza əxtərtü məzhəbə əhlul-bəyt?” (Nə üçün əhli-beyt (ə) məzhəbini seçdim?): 
Bu kitabın müəllifi Dəməşq şəhərinin baş qazısı şeyx Məhəmməd Mər`i Əntakidir. O, 
Şafei məzhəbinin ardıcılı və Suriya sünnilərinin böyük və adlı-sanlı bir alimi olduğu bir 
halda Əhli-beyt məzhəbini qəbul etdi. Şeyx Məhəmməd Mər`i Əntaki, İslamda olan 
məzhəblər barəsində mütaliə edib, tədqiqat apardıqdan sonra şiəliyi qəbul etdi və 
bildirdi ki, əhli-beyt (ə), əsl islamşünaslar və islam dini hökümlərinin həqiqi 


təfsirçiləridirlər. 
“Əl-həqiqətüz-zai`ə” (İtgin həqiqət): 
Böyük din alimi şeyx Mö`təsim seyb Əhməd, bu kitabın müəllifidir. O, geniş 
mütaliələrdən və araşdırmalardan sonra bildirmişdir ki, yalnız əhli-beyt (ə) məzhəbi və 
onun ideologiyası haqdır. O, belə e`tiraf edir ki, mən, şiəliyi qəbul etməmişdən öncə 
əyri bir yolda hərəkət etmişəm və bu məzhəbi seçib, onu qəbul etdikdən sonra sanki 
əmin-amanlı bir sahilə çıxdım. 
“Şəbhaye-Pişavər” (Pişavər gecələri): 
Pişavər, Pakistanın dövlətinin şəhərlərindən biridir və bu şəhərdə “Vaizlərin sultanı” 
ləqəbi ilə tanınan böyük şiə alimi seyid Məhəmməd Musəvi Şirazi, dörd sünni alimi ilə 
elmi diskussiya aparıbdır. Pakistan mətbuatı bu alimlər arasında olan elmi danışıqları 
çap edibdir. Mətbuatın bu yayımı nəticəsində o məntəqənin əhalisinin əksəriyyəti 
şiəliyi qəbul etdilər. Vaizlərin sultanı, bu danışıqları bir yerə toplayıb, “Pişavər 
gecələri” adlı bir kitab şəklinə salıb. Müəllifin “Firqeyi-naciyə” adlı kitabı da onun bir 
dəstə sünni tələbələri ilə apardığı elmi mübahisələrin toplusudur. Belə ki, bu 
danışıqlar nəticəsində oradakı sünni tələbələrinin əksəriyəti şiəliyi qəbul etdilər. 
“Əl-müvacihətü mə`ə Rəsulillahi və alihi” (Peyğəmbər və onun əhli-beyti ilə üzləşmə): 
Bu kitabın müəllifi İordanlı vəkil Əhməd Hüseyn Yə`qubdur. O, bu kitabda əhli-beyt (ə) 
ideologiyası ilə xilafət və hökuməti ələ keçirməyə çalışan Əməvilərin tutduğu mövqe 
arasında olan fərqlərdən söhbət açmışdır. Bu mövzu ətrafında apardığı 
tədqiqatlardan sonra o, şiəliyi qəbul etmişdir. O, şiəlik və sünnilik barəsində bir sıra 
maraqlı kitablar da tə`lif etmişdir. Əhməd Hüseyn Yə`qub, “Əl-mənbər”[4] jurnalına 
verdiyi müsahibədə necə şiə olduğunu belə açıqlayır: 1- Hansı mütəfəkkir və ağıllı 
insan Ali-
Məhəmmədi (ə) kənara qoyub, başqalarının ardınca düşər?! 2- Mən, 
Alla
hımla əhd-peyman bağlamışam ki, son nəfəsimə qədər əhli-beytin haqqını 
müdafiə edəcəyəm. 3- Hansı müsəlman inanar ki, Peyğəmbər (s), bütlərə qurban 
kəsib, onun ətindən yeyibdir?! Amma Buxarı, bu rəvayəti öz kitabında (yə`ni, Səhihi-
Buxaridə) qeyd edibdir. 4- Mən, bu qənaətə gəlmişəm ki, şiələr kor-koranə 
təəssübkeşlik üzündən deyil, əksinə Allahın əmrinə itaət edərək, habelə şəriət 
hökmlərinə əsaslanaraq əhli-beyti (ə) müdafiə edir və onların yolunu davam etdirirlər. 
“Ləqəd şəyyə`ənil Hüseyn (ə)” (İmam Hüseyn məni şiə etdi): 


Bu kitabın müəllifi Məğribli jurnalist İdris Əl-Hüseynidir. O, bu kitabda əhli-beyt (ə) 
məzhəbindən söhbət açmış, bu məzhəbin haqq olduğunu sübuta çatdırmış, habelə 
şiəliyi qəbul etdiyini e`lan etmiş və Peyğəmbər xanədanının düşmənlərinin yaramaz 
əməllərini çəkinmədən və şücaətlə ifşa etmişdir. O, “Əl-mənbər”[5] jurnalına verdiyi 
müsahibədə demişdir: 1- Əgər mənə söz azadlığı versələr bütün dünyanı şiə edərəm. 
2- 
Əhli-beyt (ə) hələ o dövrdə bu gün bizim şahidi olduğumuz “informasiya 
partl
ayışı”nı müjdə veriblər. 3- Şiəlik, ruhun me`racıdır və bu məzhəb insanı 
uzaqgörənliyə sövq etdirir. 4- Bəli, imam Hüseyn (ə) məni şiə etdi, amma mən yenə 
də sünni olaraq qalıram. Bir fərqlə ki, bu dəfə mən, Allahın Rəsulundan (s) rəvayət 
olunan düzgün və təhrif olunmamış sünnələrə riayət edirəm. 
“Əs-sələfiyyətü bəynə əhlis-sünnəti vəl-imamiyyə” (Sələfilər, yə`ni, Vəhhabilər, əhli-
sünnət və şiə baxımından): 
Şiəliyi qəbul edən Məğribli tədqiqatçı Məhəmməd Əl-Kəsiri tə`lf etdiyi bu kitabda 
sələfilərin, yəni vəhhabilərin meydana çıxması və onların İslama və müsəlmanlar 
vurduqları zərərləri bəyan etmişdir. O, bildirmişdir ki, şiələr bu firqəni rədd 
etməmişdən öncə əhli-sünnət onları rədd etmişdir. 
“Fələstinlilərin rəhbərlərindən biri olan Məhəmməd Şühadətlə müsahibə”: 
“Fələstin cihadı” partiyasının rəhbəri Məhəmməd Şühadət, əhli-beyt (ə) məzhəbini 
İslami məzhəblər arasında ən üstün bir məzhəb bilib, şiəliyi qəbul etdikdən sonra 
bə`zilərinin düşmənçiliklərilə qarşılaşdığına baxmayaraq, kütləvi informasiya 
mərkəzlərinə verdiyi müsahibələrdə, o cümlədən Londonda nəşr edilən Səudiyyə 
Ərəbistanın “Əl-məcəllə” jurnalında şiə olduğunu açıqcasına e`lan etmişdir. “Əl-
mənbər”[6] jurnalı da onunla müsahibə aparmışdır və Məhəmməd Şühadət bu 
müsahibədə demişdir: “1- Mən, Əlinin (ə) məzlumiyyətliyini görüb, şiə olmuşam. 2- 
Mən çox təəssüflənirəm ki, şiə məzhəbi barəsində heç bir mə`lumatım olmadığı üçün 
indiyədək sünni olmuşam. Ümidvaram ki, mən, “Bu vaxt hidayət oldum”[7] deyən 
sonuncu şəxs olmayım. 3- Mən, imamiyyə şiə məzhəbinin Fələstində yayılması üçün 
əlimdən gələni əsirgəməyəcəm və bu yolda müvəffəq olmağı Allahdan diləyirəm. 4- 
Mövlam Sahibəzzamana (ə.f) ürək ağrısı ilə ərz edirəm: “Ey Mehdi, artıq bizim 
fəryadımıza yetməyinin vaxtı çatıbdır!” 
“Difa`un min vəhyil-şəri`ətil dairətis sünnəti vəş-şi`ə” (Sünnü və şiə baxımından 


şəriətin müdafiəsi): 
Bu kitab, Suriyalı sünni alim şeyx Hüseyn Ər-Ricanın əsəridir. O, bu əsərdə şiə 
məzhəbinin qəbul etdiyinin səbəblərini yazıb. Şeyx Hüseyn Ər-Rica, Hətlə şəhərində 
sünnü məzhəbli qövmünün rəhbəri və ağsaqqalı idi. O, şiəliyi qəbul etdikdən sonra 
onun yaşadığı məntəqənin əhalisinin əksəriyyəti, o cümlədən Hətlə şəhərinin əhalisi 
onun kimi şiəliyi qəbul edib, “Nicat gəmisinə” minənlərə qoşuldular. “Əl-mənbər”[8] 
jurnalının onunla apardığı müsahibədə o, necə şiə olduğunu belə açıqlamışdır: “1- 
Dörd il mütaliə edib, tədqiqat apardıqdan sonra Peyğəmbərin (s) ailəsinin haqq 
olduğunu başa düşdüm. 2- Bizim kəndimizin sakinlərindən biri şiə olmuşdu. Mən, (öz-
özlüyümdə) onu düz yola hidayət etmək, yə`ni, onu əvvəlki məzhəbinə qaytarmaq 
üçün onun görüşünə getdim. Lakin o, məni düz yola hidayət etdi. 3- Şiə məzhəbinin 
haqq olduğun bildikdən sonra qərara gəldim ki, canımın bahasına da olsa şiə 
olacağam. 4- Şiə olduqdan sonra əhli-sünnətin böyük alimlərindən biri ilə elmi 
diskussiya apardım. O, mənə qaneedici cavablar verə bilmədiyi üçün əsəbdən 
əmmaməsini başından çıxartdı və onu cırıb, kənara atdı. 5- Başa düşdüm ki, şiə 
məzhəbi və şiələr tarix boyu məzlum olublar. 
“Misirin böyük ruhanisi şeyx Həsən Şəhatinin müsahibəsi”: 
Əl-Əzhər universitetinin böyük alimi şeyx Həsən Şəhatinin şiəliyi qəbul etməsi Misirin 
sünni alimləri arasında, xüsusilə də Qahirə alimləri arasında səs-küyə səbəb oldu. 
Mətbuatda şeyx Həsən Şəhati barəsində geniş söhbətlər açıldı və xalqı onun 
əleyhinə qaldırdılar. Nəhayət dövlət, onu “Səhabələrə qarşı hörmətsizlik”də 
ittihamlandırıb, zindana saldı. çünki şeyx Həsən Şəhatə, cümə namazının xütbəsində 
mütaliələrində üzə çıxan həqiqətləri camaata danışmışdı. “Əl-mənbər”[9] jurnalının 
o
nunla apardığı müsahibədə demişdir: “1- Mən, Əmirəl-mö`minin Əlinin (ə) şiəsi 
olduğumu və ona məhəbbət bəslədiyimi bildirməklə, sahib olduğum mənsəb və 
ictimai e`tibarımı əldən verdim. Lakin mən, bunlar üçün əsla təəssüflənmirəm, çünki 
bu, mənim o həzrətə təqdim edə biləcəyim yeganə bir şey idi. 2- Misirdə Aşura 
gününü bayram günü bilir və bu gündə şadlanırlar. Mən, bu gündə bütün vücudumla 
fəryad çəkdim ki, axı Allah Rəsulunun (s) övladının qətlə yetirildiyi bu gündə siz necə 
şadlıq keçirirsiniz?! 3-Təvatür rəvayətlərə əsasən sübuta yetirilib ki, Müaviyə, dindən 
b
oyun qaçıranların başçısı olub.
 

Yüklə 490,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin