Südabə Hüseynova
70
Şüurun bütün funksiyaları hər hansı bir fərddə normal səviyyədə özünü biruzə
verirsə onda, heç şübhəsiz, hüquqi şüur da öz yerində olacaqdır və belə şəxsdən
hüquqa, qanuna, əxlaqa zidd davranış gözləmək çətindir. Lakin başqa şəxslərdə,
məsələn, şüurun tənzimetmə funksiyası ya lazımi səviyyədə inkişaf etməzsə,
yaxud
pozulmuş olarsa, onda belələrində cinayət şüurunun əmələ gəlməsi və təzahürü üçün
əlverişli zəmin yaranmış olur. Bununla bərabər, həmin şəxslərdə hüquqi şüurun lazımi
səviyyədə inkişaf edəcəyini, onların davranış və rəftarında özünü mütəmadi surətdə
biruzə verəcəyini də gözləmək çətindir. Çünki, belələrində “şüurlu məqsəd” və həmin
məqsədə uyğun olaraq davranış və hərəkətlərini tənzim etmək özünü zəif surətdə
biruzə verir.
Bu baxımdan professor Ə.S.Bayramov və professor B.H.Əliyev göstərirlər ki,
“şüurun tənzimetmə funksiyasındakı çatışmazlıqlar
cinayət şüurunun və cinayi
davranışın təzahürləri üçün zəmin ola bilir. Ayrı-ayrı şəxslər öz hüquq və vəzifələrini
müxtəlif səviyyədə dərk edir və bir-birindən fərqli şəkildə yerinə yetirirlər. Çünki hər
bir şəxs davranış və fəaliyyətin hüquqi tənzim sisteminə özünə məxsus şəkildə və ya
səviyyədə qoşulur. Bəzi şəxslər buna fəal surətdə qoşulur, bu halda onların müəyyən
maraq və meyilləri, daxili təhrikləri onların davranış və əməllərinin xarakter və
istiqamətini təyin edir, başqa sözlə, onlarda hüquqi şüur öz tənzimləyici funksiyasını
müvəffəqiyyətlə yerinə yetirir” (3, s.355).
Lakin hər bir konkret şəraitdə xarici və daxili amillərin təsirinin çulğaşması
başqa-başqa ola bilər. Yəni şəxsiyyətin davranış və
əməllərinin hüquqi cəhətdən
şərtlənməsi, ilk növbədə hüquq qaydalarının məzmun və formasından, müəyyən
sanksiyaların mövcudluğundan, həm də hüquq mühafi zə orqanlarının həmin qaydalara
əməl edilməsini həm təşkilati, həm də məcburetmə yollarının köməyi ilə həyata
keçirməsindən asılıdır. Burada adamlarda hüquqi şüurun inkişafına istər məktəb
illərində, istərsə də müəyyən fəaliyyət sahəsi ilə məşğul olduğu dövrdə hüquqi davranış
qaydaları və hüquq normaları barədə dəqiq və aydın məlumatların çatdırılıması da çox
böyük əhəmiyyət kəsb edir. Çünki bir sıra hallarda ayrı-ayrı şəxslərdə hüquqazidd
davranışın, əməl və hərəkətlərin özünü biruzə verməsi onların hüquq normalarına
nabələdliyindən irəli gəlir. Bəzən belələrini hüquqazidd davranışına,
yaxud əməl və
hərəkətinə görə cəzalandırmağa çalışırlar. Lakin ona hüquq normaları barədə, yəni
onun müxtəlif şəraitlərdə özünü necə aparmaq qaydaları barədə məlumat verilmir, ən
başlıcası ona izah edilmir ki, həmin qaydalara əməl etməmək nə kimi hüquqazidd
nəticələrə gətirib çıxara bilər.
Qeyd olunmalıdır ki, hüquqi şüurun formalaşmasında mənlik şüuru da mühüm rol
oynayır. Fərdin mənlik şüurunun adekvat istiqamətdə formalaşması, onun özü haqqında
təsəvvürlərinin düzgünlüyü bu və ya digər səviyyədə hüquq şüura təsir göstərir.
Təbii ki, burada hüququn və əxlaqın azadlığı da mühüm rol oynayır. Hüququn və
əxlaqın azadlıq ilə qarşılıqlı əlaqələrinin möhkəmlənməsində subyektin mənlik şüuru
əhəmiyyətli rol oynayır. Bu onunla şərtlənir ki, fərdin hüquqi və mənəvi ünsiyyəti,