Və funksi yalari südabə Hüseynova



Yüklə 339,69 Kb.
Pdf görüntüsü
səhifə3/6
tarix03.05.2023
ölçüsü339,69 Kb.
#106467
1   2   3   4   5   6
Hüquqı̇ şüurun strukturu və funksı̇yaları 
71
fəaliyyəti prosesində ondan kənarda qərarlaşan sosiomədəni formalar mənlik şüuru 
vasitəsilə insanın daxili aləminə yönəlir. Mənlik şüurunda fərdin ümumi yetkinliyi, 
cəmiyyətdə yeri, hərəkətlərinin törədə biləcəyi nəticələr haqqında daha dəqiq təsəvvür 
və qiymətləndirmə həyata keçirilir. Bu pillədə insan, cəmiyyətin onun davranışına 
verdiyi tələbləri, öz ictimai borcunu və məsuliyyətini daha dərindən başa düşür. Bu 
məqam onda hüquq və əxlaqın qovuşaraq, azadlığa yaxınlaşmasına müsbət təsir 
göstərir (1, s.167).
Hüquqi şüur ümumi - koqnitiv, tənzimetmə və kommunikativ funksiyalarla yanaşı 
xüsusi - dərketmə, qiymətləndirmə və hüquqi tənzimləmə funksiyalarını da həyata 
keçirir. Hüquqi şüurun əsas funksiyaları ilə yanaşı əlavə funksiyaları kimi proqnostik, 
tərbiyələndirici, praktiki, modelləşdirmə və digər fuksiyaları da mövcuddur. Hüquqi 
şüurun dinamikasının öyrənilməsi onun funksiyalarının analizi ilə bağlıdır (10, s.289).
Hüquqi şüur ictimai şüura xas olan ümumi xüsusiyyətlərə malikdir. Hüquqi şüur 
hüquqi biliklər, hüquqa münasibət və hüquqi davranışlar əsasında formalaşır. Hüquqi 
şüurun strukturu və funksiyaları ictimai şüurun strukturu və funksiyalarını daşımaqla 
yanaşı özünəməxsus funksiyalara da malikdir. Hüququ şüurun strukturu erkən yaş 
dövrlərində, insanın daxil olduğu sosial qrupların, ictimai və mədəni mühitin təsiri 
altında formalaşır. Hüquqi şüurun strukturu sosial xüsusiyyətə malikdir (11, s.201). 
Hüquq psixologiyası üzrə tanınmış mütəxəssis V.L.Vasilyev hüquqi şüurun əsas 
komponentlərini aşağıdakı kimi ümumiləşdirir:
- maddi aləm (obyekt, əşyalar), mənsubluq (yəni xüsusi, şəxsi və dövlətə 
mənsubluq) keyfi yyəti kəsb edir, insan şüurunun inkişafı sayəsində bu cəhəti 
aydın dərk edir;
- başqa insanlar hüquq normalarına uyğun olaraq özünün mövcudluğu, tamlığı 
və mənəvi ləyaqəti ilə vəhdətdə dərk edilir;
- şəxsiyyət öz əməllərini və mənəvi keyfi yyətlərini cəmiyyətin hüquq normaları 
və qanunlarına uyğun olaraq dərk edir. Yəni əməl və hərəkətlərində qanunun 
tələblərinə riayət edir (3, s.209).
V.L.Vasilyev ictimai şüurun formalarından biri kimi hüququ şüurun aşağıdakı 
əlamətlərə malik olduğunu qeyd edir:
- hüquqi şüur nəinki sosial gerçəkliyi əks etdirir, həm də ona fərqli surətdə təsir 
edir və insanların sosial-iqtisadi münasibətlərinin yüksək inikas səviyyəsi olub
həmin insanların yaşadığı cəmiyyətin qanunlarında öz ifadəsini tapır;
- hüquqi şüur həmişə ikinci siqnal sistemi vasitəsilə ifadə olunur, yəni insanların 
nitq vasitəsilə ifadə olunan fi kri fəaliyyəti hüquqi şüurun mexanizmini təşkil 
edir, bununla da o, ictimai münasibətləri tənzim edən hüquqi biliklər və 
anlayışlar sistemini əks etdirir;


Südabə Hüseynova
72
- hüquqi şüur onun konkret daşıyıcıları olan, konkret insan şəxsiyyəti, qrup və 
cəmiyyət olmadan mövcud ola bilməz. Hüquqi normaların dərk olunmasının 
ümumi cəhətlərinə görə cəmiyyətdə müəyyən insan qrupları əmələ gəlir və bu 
zəmində də qrup müəyyən sosial biliklər, tarixi dövrlər üçün xarakterik olan 
qrup hüquqi şüur kateqoriyası əmələ gəlir (3, s.211).
Deyilənlərdən aydın olur ki, hüquqi şüur nəinki öz mexanizminə görə, həm də öz 
sosial məzmununa görə çox mürəkkəb struktura malikdir.
Şəxsiyyətin hüquqi şüurunun nəticəsi olan hüquqi davranışın strukturunu müəyyən 
edən əsas amillər aşağıdakılardan ibarətdir:
1. Koqnitiv – bilik;
2. Emosional – qiymətləndirmə;
3. Davranış münasibətləri.
Tədqiqatçılardan A.R.Ratinov isə hüquqi şüurun funksional strukturunu aşağıdakı 
kimi müəyyənləşdirir (11, s.211). 

Yüklə 339,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin