Və funksi yalari südabə Hüseynova



Yüklə 339,69 Kb.
Pdf görüntüsü
səhifə2/6
tarix03.05.2023
ölçüsü339,69 Kb.
#106467
1   2   3   4   5   6
Hüquqı̇ şüurun strukturu və funksı̇yaları 
69
aşağıdakı amillər əsasında müəyyənləşir: sosial xüsusiyyət, refl eksiya bacarığı və 
daxili dialoqizm, predmetlilik (8, s.96).
Şüurun strukturunun formalaşması əsas üç funksiya ilə bağlıdır: koqnitiv, 
tənzimetmə və kommunikativ. Bu funksiyalar bu və ya digər formada psixi inkişafın 
bütün mərhələlərində təzahür edirlər, lakin şüurun əmələ gəlməsi və inkişafı ilə onlar 
keyfi yyətcə yeni xüsusiyyətlər kəsb edirlər. Koqnitiv funksiya yalnız şüur səviyyəsində 
biliklərin fəal, məqsədyönlü mənimsənilməsi kimi özünü göstərir. Koqnitiv funksiya 
fərdi şüurun ictimai şüurla üzvü əlaqəsini ifadə edir. 
Tənzimetmə funksiyasının şüur səviyyəsində əsas xarakteristikası onun ixtiyari 
xarakter daşıması ilə bağlıdır. Şüurun tənzimetmə funksiyası müxtəlif formalarda 
həyata keçirilir: a) şüurlu məqsəd fəaliyyət prosesində özünəməxsus etalon rolunu 
ifadə edir, insan öz işinin nəticəsini onunla tutuşdurur, öz səhvlərini müəyyən edir 
və onları aradan qaldırır, yəni əks əlaqə yaradır; b) insanın fəaliyyəti onun iradəsinin 
təzahürü kimi həyata keçirilir, o, iradi səy göstərərək qarşıya çıxan çətinlikləri aradan 
qaldırır, onun bütün bilik və istedadını şüurlu məqsədin həyata keçirilməsinə tabe edir. 
Şüurun kommunikativ funksiyası isə insanların bir-birilə ünsiyyəti prosesində 
formalaşır. Kommunikativ funksiya bir tərəfdən insanlar arasında bilik mübadiləsi, 
onların bir-birinin təcrübəsini mənimsəməsi, digər tərəfdən bir-birinin davranışını 
qarşılıqlı surətdə tənzim etməsi prosesi kimi həyata keçirilir, yəni bir adamın şüurunun 
formalaşmasında onlarla adam iştirak edir (2, s.30).
Nəzərə almaq lazımdır ki, şüurun ayrı-ayrı funksiyaları hüquqi şüur kontekstində 
özünə məxsus təzahürlərə malik olur. İctimai şüurun forması kimi çıxış edən hüquqi 
şüur özünün tənzimetmə, kommunikativ funksiyalarını sosial normalar daxilində deyil, 
hüquqi normalar aspektində təzahür etdirir. Bu baxımdan Q.Allahverdiyev haqlı olaraq
göstərir ki, “hüquqi şüur təkcə məcburetmə demək deyildir. O, mövcud cəmiyyətdəki 
ictimai münasibətlərin spesifi k hüquqi növünün ideya ifadəsi olmaqla, mürəkkəb 
məzmuna malikdir. Burada hüquqa və qanuna hörmət etmək məharəti, fərdin dövlətə 
və digər insanlara münasibətdə öz öhdəliklərini yerinə yetirməsi, həyatını cinayətdən 
kənarda qurması mühüm yer tutur. Deyilənlərlə yanaşı hüquqi şüur şəxsi ləyaqət 
hissini, vicdanı, daxili iradəni, intizamı, insanların bir-birinə və dövlətə hörmətini, 
habelə dövlətin onlara ehtiramını əhatə edir” (1, s.166). 
Müəllifi n fi kirləri ilə razılaşmamaq olmur. Lakin bir məqamı qeyd etmək lazımdır 
ki, hüquqi şüura mövcud cəmiyyətdəki ictimai münasibətlərin spesifi k hüquqi 
növünün ideya ifadəsi olması ilə yanaşı, həm də fərdin özünəmünasibətini cəmiyyətə 
münasibətinə transformasiya etmək cəhdi kimi də qiymətləndirmək olar. İnsanın hüquq 
normalarına münasibəti onun tələbatları kontekstindən də qiymətləndirilməlidir. Çox 
zaman ortaya çıxan çatışmazlıqlar fərdin münasibətlər sistemi və sosial imperativləri 
ilə şərtlənmiş tələbatların ödənməməsindən qaynaqlana bilər.


Südabə Hüseynova
70
Şüurun bütün funksiyaları hər hansı bir fərddə normal səviyyədə özünü biruzə 
verirsə onda, heç şübhəsiz, hüquqi şüur da öz yerində olacaqdır və belə şəxsdən 
hüquqa, qanuna, əxlaqa zidd davranış gözləmək çətindir. Lakin başqa şəxslərdə, 
məsələn, şüurun tənzimetmə funksiyası ya lazımi səviyyədə inkişaf etməzsə, yaxud 
pozulmuş olarsa, onda belələrində cinayət şüurunun əmələ gəlməsi və təzahürü üçün 
əlverişli zəmin yaranmış olur. Bununla bərabər, həmin şəxslərdə hüquqi şüurun lazımi 
səviyyədə inkişaf edəcəyini, onların davranış və rəftarında özünü mütəmadi surətdə 
biruzə verəcəyini də gözləmək çətindir. Çünki, belələrində “şüurlu məqsəd” və həmin 
məqsədə uyğun olaraq davranış və hərəkətlərini tənzim etmək özünü zəif surətdə 
biruzə verir. 
Bu baxımdan professor Ə.S.Bayramov və professor B.H.Əliyev göstərirlər ki, 
“şüurun tənzimetmə funksiyasındakı çatışmazlıqlar cinayət şüurunun və cinayi 
davranışın təzahürləri üçün zəmin ola bilir. Ayrı-ayrı şəxslər öz hüquq və vəzifələrini 
müxtəlif səviyyədə dərk edir və bir-birindən fərqli şəkildə yerinə yetirirlər. Çünki hər 
bir şəxs davranış və fəaliyyətin hüquqi tənzim sisteminə özünə məxsus şəkildə və ya 
səviyyədə qoşulur. Bəzi şəxslər buna fəal surətdə qoşulur, bu halda onların müəyyən 
maraq və meyilləri, daxili təhrikləri onların davranış və əməllərinin xarakter və 
istiqamətini təyin edir, başqa sözlə, onlarda hüquqi şüur öz tənzimləyici funksiyasını 
müvəffəqiyyətlə yerinə yetirir” (3, s.355). 
Lakin hər bir konkret şəraitdə xarici və daxili amillərin təsirinin çulğaşması 
başqa-başqa ola bilər. Yəni şəxsiyyətin davranış və əməllərinin hüquqi cəhətdən 
şərtlənməsi, ilk növbədə hüquq qaydalarının məzmun və formasından, müəyyən 
sanksiyaların mövcudluğundan, həm də hüquq mühafi zə orqanlarının həmin qaydalara 
əməl edilməsini həm təşkilati, həm də məcburetmə yollarının köməyi ilə həyata 
keçirməsindən asılıdır. Burada adamlarda hüquqi şüurun inkişafına istər məktəb 
illərində, istərsə də müəyyən fəaliyyət sahəsi ilə məşğul olduğu dövrdə hüquqi davranış 
qaydaları və hüquq normaları barədə dəqiq və aydın məlumatların çatdırılıması da çox 
böyük əhəmiyyət kəsb edir. Çünki bir sıra hallarda ayrı-ayrı şəxslərdə hüquqazidd 
davranışın, əməl və hərəkətlərin özünü biruzə verməsi onların hüquq normalarına 
nabələdliyindən irəli gəlir. Bəzən belələrini hüquqazidd davranışına, yaxud əməl və 
hərəkətinə görə cəzalandırmağa çalışırlar. Lakin ona hüquq normaları barədə, yəni 
onun müxtəlif şəraitlərdə özünü necə aparmaq qaydaları barədə məlumat verilmir, ən 
başlıcası ona izah edilmir ki, həmin qaydalara əməl etməmək nə kimi hüquqazidd 
nəticələrə gətirib çıxara bilər.
Qeyd olunmalıdır ki, hüquqi şüurun formalaşmasında mənlik şüuru da mühüm rol 
oynayır. Fərdin mənlik şüurunun adekvat istiqamətdə formalaşması, onun özü haqqında 
təsəvvürlərinin düzgünlüyü bu və ya digər səviyyədə hüquq şüura təsir göstərir. 
Təbii ki, burada hüququn və əxlaqın azadlığı da mühüm rol oynayır. Hüququn və 
əxlaqın azadlıq ilə qarşılıqlı əlaqələrinin möhkəmlənməsində subyektin mənlik şüuru 
əhəmiyyətli rol oynayır. Bu onunla şərtlənir ki, fərdin hüquqi və mənəvi ünsiyyəti, 



Yüklə 339,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin