Südabə Hüseynova
72
- hüquqi şüur onun konkret daşıyıcıları olan, konkret insan şəxsiyyəti, qrup və
cəmiyyət olmadan mövcud ola bilməz. Hüquqi normaların dərk olunmasının
ümumi cəhətlərinə görə cəmiyyətdə müəyyən insan qrupları əmələ gəlir və bu
zəmində də qrup müəyyən sosial biliklər, tarixi dövrlər
üçün xarakterik olan
qrup hüquqi şüur kateqoriyası əmələ gəlir (3, s.211).
Deyilənlərdən aydın olur ki, hüquqi şüur nəinki öz mexanizminə görə, həm də öz
sosial məzmununa görə çox mürəkkəb struktura malikdir.
Şəxsiyyətin hüquqi şüurunun nəticəsi olan hüquqi davranışın strukturunu müəyyən
edən əsas amillər aşağıdakılardan ibarətdir:
1. Koqnitiv – bilik;
2. Emosional – qiymətləndirmə;
3. Davranış münasibətləri.
Tədqiqatçılardan A.R.Ratinov isə hüquqi şüurun funksional strukturunu aşağıdakı
kimi müəyyənləşdirir (11, s.211).
Dostları ilə paylaş: