73
Hüquqı̇ şüurun strukturu və funksı̇yaları
Subyektiv əsaslarda hüquqi şüurun ictimai, qrup və fərdi formaları da fərqləndirilir
(12, s. 87).
Qeyd etmək lazımdır ki, hüquqi şüurun formalaşması həm də şəxsiyyətin fərdi
xarakteri ilə sıx bağlıdır, lakin araşdırmalar göstərir ki, bəzən həm sağlam hüquqi şüura
və hüquqi davranışa
malik olan insanlar, həm də hüquqazidd, cinayətkar davranışlı
insanlar eyni xarakterə malik ola bilərlər, onların davranışlarındakı fərq bilavasitə
sosial mühitlə bağlı olur. Bununla yanaşı cəmiyyətdə referent, yaxud qeyri-referent
qruplarda fərqli
fərdi-psixoloji xarakterə, lakin uyğun davranış yönümünə malik
insanlara daha çox rast gəlmək mümkündür. Məsələn ailə, iş, məktəb kollektivi və
s. sosial qruplarda yüksək hüquqi şüur və davranışa malik fərqli fərdi xüsusiyyətli
insanlar olur, həmçinin hər hansı bir cinayətkar qrupa daxil olan insanlar fərqli fərdi
xüsusiyyətlərə malik olurlar.
Deyilənlərə əsasən qeyd etmək olar ki,
fərdi hüquqi şüur biliklər, tərbiyə, ənənələr,
fərdin böyüdüyü sosial mühitin mənəvi xüsusiyyətləri əsasında formalaşır. Hüquqa
riayət edən insanlarla hüquqazidd davranışlı şəxslərin hüquqi şüurunda fərqlər
müəyyən edilmişdir .
Bu sahədə aparıcı tədqiqatçılardan olan hüquq elmləri doktoru, professor
F.Y.Səməndərov hüquqi şüurun ünsürlərini müəyyənləşdirərkən qeyd edir ki, “Hüquqi
şüurun ünsürü kimi ictimai iradənin formalaşması ictimai mənafenin idrakı ilə bağlıdır.
Bu kifayət qədər yetkinliyə malik olan cinayət hüquqi şüurun püxtələşməsini nəzərdə
tutur…
Cinayət hüquqi şüur, onun qiymətləndirici elementi ancaq iradəvi ünsür
vasitəsilə fəallaşır. Cinayət hüquqi şüur ictimai şüurun formaları içərisində siyasi və
mənəvi şüurla yaxın əlaqədədir… Cinayət hüquqi şüur mənəviyyatla sıx əlaqədə inkişaf
edir. İnsanların sosial fəaliyyətinə, onların davranışına, eləcə də hüquqi fəaliyyətinə
həmişə mənəviyyatla qiymət verilir. Buna görə də ictimai həyatda insanların cinayət
hüquqi ideyaları və baxışları eyni zamanda onların mənəvi baxışlarını, təsəvvürlərini
ifadə edir… Mənəvi prinsiplərin cinayət hüquqi baxışlarda ifadə olunması
həm də
cinayət hüquqi şüurla mənəvi şüurun birləşməsi, eyni məna kəsb etməsi deyildir.
Mənəviyyat insanların ictimai həyatda bütün iradəvi davranışına qiymət verir.
Mənəviyyat cəmiyyətdə qənimətçiliyi, müftəxorluğu, şərəf və ləyaqətə ziyan yetirən
hər cür əməli pisləyir” (6, s.93).
Sonda belə bir nəticəyə gələ bilərik ki, hüquqi şüurun
strukturunda şüurun
funksiyaları mühüm yer tutur. Bu qənaət ona görədir ki, hüquqi şüur ictimai şüurun bir
formasıdır və ictimai şüurda baş verən dəyişikliklər, o cümlədən sosial imperativlər
və koqnitiv metamorfozların dəyişməsi insanların adaptasiya qabiliyyətini zəifl ədir və
onların yeni hüquqi sistemin normativlərini mənimsəməsini çətinləşdirir.