79
etibarı ilə analogiya təşkil etdiyi üçün onların adlarına olan tələbat
və məhdudiyyətlər də eynidir.
Qeyd olunmalıdır ki, kataloqlara bir çox başqa kataloqlar
daxil ola bilər. Onda daxil olan kataloqa həmin kataloqun
altkataloqu, daxilində başqa kataloqlar saxlayan kataloqa isə
üstkataloq deyilir.
Faylların kataloqlara, bu kataloqların digər kataloqlara, öz
növbəsində onların da başqa kataloqlara daxil olması ümumiyyətlə
ağacvari iyerarxik struktur əmələ gətirir. Bu strukturun kökündə
baş kataloq (kötük kataloq) durur. Hər bir diskdə bir baş kataloq
və təbii ki, kataloqların bir ağacvari iyerarxik strukturu ola bilər.
Baş kataloq, adətən, həmişə bu diskin özü olur. Ağacvari
strukturda altkataloqlar silsiləsinin, yəni altkataloqların dərinliyi
(bir-birinə daxil olan kataloqların sayı) həddən artıq çox ola bilər.
Bəzi əməliyyat sistemlərində buna məhdudiyyət qoyulmur.
Ağacvari iyerarxik strukturun təxmini forması 4.5 saylı
şəkildə göstərilmişdir.
Əməliyyat sistemində fayllara müraciət və onlarla iş zamanı
faylların tam (bütöv) adi istifadə olunur.
Dostları ilə paylaş: