75
səkkizə qədər prosessorla işləmək və 64 Nbayt əməli yaddaşı
ünvanlaşdırmaq mümkündür.
Windows 2000 Datacenter
yuxarıda deyilən Windows 2000
Advanced Server sisteminin dəyişdirilmiş versiyasıdır, 32-
prosessorlu sistemləri idarə etmək, korporativ server arxitekturunu
qurmaq, verilənlər bazaları
yaratmaq, onların idarə olunmasını
həyata keçirmək imkanlarına malikdir.
Windows XP
sistemi proqramların fon rejimində işləməsi
üçün daha yaxşı imkanlara malikdir. Bütövlükdə sistemin
qorunması əhəmiyyətli dərəcədə gücləndirilmişdir, ona görə də bu
sistem vasitəsilə Internetə qoşulmaq, onun xidmətlərindən istifadə
etmək daha təhlükəsizdir. Bundan əlavə şəxsi məlumatların
məxfiliyinin qorunması yüksək səviyyədə
təmin edildiyi üçün
şəbəkə vasitəsi ilə digər istifadəçilərlə təhlükəsiz əlaqə yaratmaq
mümkündür.
Windows XP
sistemi əvvəlki versiyalara nisbətən daha
sürətlə işləyir, ona görə də bu sistemdə
eyni zamanda daha çox
proqramın yüklənməsi onların işləmə sürətinin əhəmiyyətli
dərəcədə zəifləməsinə gətirib çıxarmır və kompüterin daha sürətlə
işləməsini təmin edir. Windows XP
sistemi daha etibarlı və
dayanıqlıdır, sistemdə digər əməliyyat sistemlərinin proqramları
ilə işləmək üçün maksimum uyğunluq dərəcəsi əldə olunmuşdur.
Ümumiyyətlə, Windows XP
Dostları ilə paylaş: