V.Ə. Qasımov



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə36/44
tarix20.10.2023
ölçüsü0,99 Mb.
#157920
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   44
Gasimov-informatika-darslik (1)

4.5. Windows
əməliyyat sistemi 
IBM PC tipli kompüterlər üçün 80-ci illərin əvvəllərində 
Microsoft firması tərəfindən yaradılmış MS DOS əməliyyat 
sistemlərindən daha çox istifadə olunurdu. Əvvəlki paraqraflarda 
qeyd olunduğu kimi, bu əməliyyat sistemləri bir çox müsbət 
cəhətləri ilə yanaşı bir sıra çatışmazlıqlara da malik idi. Bu 
çatışmazlıqlara istifadəçi ilə kompüter arasında inkişaf etmiş 
dialoqun, müxtəlif proqramlar, qurğular və sistemlərlə işləmək 
üçün intellektual interfeysin olmaması, adi istifadəçilər üçün bu 
sistemdə əmrlər rejimində işləməyin çətin olması və s. aiddir. 
Adətən bu qisim əməliyyat sistemi ilə işləməyi asanlaşdırmaq 
məqsədilə örtük proqramları yaradılırdı. Örtük proqramlarına 
nümunə kimi MS DOS üçün ilk belə proqramlardan olan Norton 
Commander (NC) sistemini göstərmək olar. Bu sistem kompüter 
istifadəçilərinin rəğbətini qazanaraq, geniş istifadə olunurdu. NC 
proqramının köməyi ilə MS DOS əməliyyat sisteminin əsas 
əmrlərini klaviaturadan daxil etmədən müəyyən düymələri 
basmaqla yerinə yetirmək mümkün olurdu. Bir çox örtük və servis 
proqramlarının meydana gəlməsinə baxmayaraq NC sistemi 
kompüter istifadəçiləri tərəfindən indiyədək müvəffəqiyyətlə 
istifadə olunur. 
80-ci illərin ikinci yarısından başlayaraq Microsoft firması 
qrafik 
interfeysə 
malik 
Windows 
əməliyyat sistemini 
istifadəçilərin ixtiyarına vermişdir. Windows sistemi fərdi 
kompüterlər üçün yeni növ proqramların meydana gəlməsinə 
səbəb olmuşdur. Windows sisteminin asan başa düşülən, rahat 
qrafik interfeysləri bir-birindən asılı olmayan ayrı-ayrı pəncərələr 
şəklində reallaşdırılmışdır. Belə ki, Windows sistemi, onun əlavə 


70 
proqramları, utilitləri və digər proqram təminatları yükləndikdə 
ekranda pəncərələr şəklində açılır. Pəncərələr Windows sisteminin 
əsas müəyyənedici elementidir. Windows sisteminin adı da 
pəncərə sözündən («windows» ingiliscə «pəncərə» deməkdir) 
götürülmüşdür.
MS DOS sistemi ilə müqayisədə Windows sistemi aşağıdakı 
əsas üstünlüklərə malikdir: 
-
Windows sistemi kompüterin işini bütövlükdə rahat idarə 
etməyə imkan verir və sistemin işini səmərəli edir; 
-
Windows mühitində daha geniş funksional imkanlara və 
intellektual istifadəçi interfeysinə malik proqram vasitələri 
yaratmaq və onlardan istifadə etmək mümkündür; 
-
Windows sistemi kompüterin resurslarının proqram-texniki 
vəsaitlər arasında optimal bölüşdürülməsini və daha yaxşı 
idarə olunmasını, istifadəçilər tərəfindən kompüterdə olan 
informasiya resurslarının, eyni zamanda bir neçə proqram 
tərəfindən istifadəsini, proqram-texniki təminatın paralel işini 
təmin edir. 
Ümumiyyətlə, Windows sistemini xarakterizə edən əsas 
xüsusiyyətlər kimi aşağıdakıları qeyd etmək olar: 
-
Windows – fərdi kompüterlər üçün nəzərdə tutulmuş bütöv
qapalı işçi sistemidir. Windows sisteminin köməyi ilə 
praktiki olaraq ondan əvvəl mövcud olan əməliyyat 
sistemlərinin əsas əməliyyatlarını yerinə yetirmək olar. 
-
Windows qrafik interfeysə malik sistemdir. Istifadəçi 
klaviaturanın köməyi ilə əmrləri mətn şəklində daxil etməyə 
məcbur deyil. Siçanın və ya klaviaturada hərəkət etdirici 
düymələrin köməyi ilə pəncərədən, menyüdən və ya paneldən 
lazım olan əmri, proqramı, rejimi seçməklə yerinə yetirmək 
mümkündür. 
-
Windows çoxməsələli sistemdir. Windows mühitində bir-
birindən asılı olmadan bir neçə məsələnin paralel 
yüklənməsini və yerinə yetirilməsini təmin etmək olar.


71 
-
Windows
 
proqramları arasında informasiya mübadiləsi 
mümkündür. Belə ki, bir proqramdan digərinə keçmək, 
verilənləri və hər hansı informasiyanı bir proqramdan 
digərinə ötürmək, bəzi proqramları bağlamaq, digərlərini 
yükləmək, eyni zamanda ekranda bir neçə proqramın dialoq 
və ya nəticə pəncərələrini açmaq olar. 
-
Windows sisteminin proqramları xarici qurğulardan və 
kompüterin texniki parametrlərindən asılı olmur. Bu 
proqramların xarici qurğularla işi Windows sisteminin 
xidməti proqramları – drayver və utilitləri vasitəsilə 
nizamlanır və həyata keçirir. Bu o deməkdir ki, konkret xarici 
qurğu ilə işləyərkən və ya kompüterin resurslarına müraciət 
edərkən, onların paylanması, eyni zamanda digər proqramlar 
tərəfindən istifadəsi və s. bu kimi məsələlərin həlli istifadəçi 
proqramları tərəfindən deyil, Windows əməliyyat sistemi 
tərəfindən yerinə yetirilir. Başqa sözlə, əgər Windows sistemi 
hər hansı xarici qurğu və ya resursla işləyə bilirsə, onda 
Windows mühitində işləyən proqramlar da həmin qurğu və 
resurslardan istifadə etmək imkanına malik olurlar.
-
Windows əməliyyat sisteminin daha böyük əməli yaddaşdan 
istifadə etmək imkanı vardır. MS DOS əməliyyat sistemi 
yalnız 1Mb-a qədər əməli yaddaşa müraciət edə bilir. 
Windows sistemində isə belə məhdudiyyət yoxdur. 
-
Windows sistemi multimediya qurğuları ilə işləmək, audio-
video informasiyanı qəbul və emal etmək, eləcə də ötürmək 
imkanlarına malikdir. Belə ki, Windows sistemində 
mikrofondan, kompakt diskdən, MIDI-sintezatordan və s. 
qurğulardan 
audioinformasiyanı, 
rəqəm 
tipli 
videokameradan, 
TV-çeviricidən 
və 
s. 
qurğulardan 
videoinformasiyanı qəbul etmək, eləcə də onlar üzərində 
müxtəlif əməliyyatları yerinə yetirmək olar. 
Windows sistemi kompleksinə daxil olmayan və işləmək 
üçün sonradan yaradılmış proqramlar 

Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin