V.Ə. Qasımov


 Alqoritmin proqramının tərtib edilməsi



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə32/44
tarix20.10.2023
ölçüsü0,99 Mb.
#157920
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   44
Gasimov-informatika-darslik (1)

4.2.3. Alqoritmin proqramının tərtib edilməsi
Alqoritm hazır olduqdan sonra onun reallaşdırılması üçün 
hər hansı proqramlaşdırma dilində (C, Packal, Basic və s.) 
proqram yazılır. Qeyd olunduğu kimi, alqoritm yerinə yetiriləcək 
əməliyyatların addım-addım təbii insan dilində - Azərbaycan, rus, 
ingilis, ərəb və s. dillərdə yazılışıdır. Proqram isə həmin 
əməliyyatların proqramlaşdırma dilinin operatorları adlanan 
«cümlələrin» ardıcıllığı şəklində yazılışıdır.
Proqramlaşdırma 
dilində 
yazılmış 
proqram 
yerinə 
yetirilərkən xüsusi proqram təminatları (translyator, kompilyator 
və ya interpretator) vasitəsilə maşın dilinə çevrilir. Yalnız bundan 
sonra proqram sərbəst yerinə yetirilə bilir. Bu prosesi sxematik 
olaraq 4.2 saylı şəkildəki kimi göstərmək olar. 
4.2.4. Proqramlaşdırma dilləri

Proqramlaşdırma dilləri
 
məsələlərin həlli alqoritmlərinin 
kompüterdə təsviri üçün istifadə olunan formal dildir. Bu dil 
məsələnin həlli gedişində alqoritmin təbii insan dilindən maşın 
dilinə keçidi təmin etmək üçün istifadə olunan aralıq süni dildir. 


62 
Alqoritm 
Təbii insan dili 
Proqramın mətni 
Proqramlaşdırma dili 
Yüksək səviyyə 
Aşağı səviyyə 
Həll edilən məsələ 
Şəkil 4.2. Proqramların hazırlanması proseduru 
Yerinə yetirilə bilən 
proqram 
Maşın dilində proqram 
(0 və 1) 
Proqramlaşdırma dillərinin formallaşdırılması dərəcəsindən asılı 
olaraq, onları 
yüksək
və 
aşağı
 
səviyyəli
 
dillərə
bölürlər. 
Yüksək səviyyəli proqramlaşdırma dilləri
insan dilinə daha 
yaxın olur. Onların operatorları təbii dilin sözləri ilə ifadə edilir. 
Hər hansı proqramlaşdırma dilində proqramın mətni insan 
tərəfindən əl ilə mətn redaktorunda yaradılır. Proqramın ilkin 
mətninin maşın dilində olan ikili koda çevrilməsi isə translyator 
adlanan xüsusi proqram təminatları vasitəsilə yerinə yetirilir.
Yüksək səviyyəli proqramlaşdırma dilləri insan dilinə yaxın 
olduğuna görə aşağı səviyyəli proqramlaşdırma dillərinə nisbətən 
daha sadədir. Bu dillər kompüterin qurğuları, onların elektron 
quruluşu haqqında geniş bilik tələb etmədiyinə görə kompüter 
texnikası sahəsində peşəkar mütəxəssis olmayan insanlar onların 
köməyi ilə çox böyük çətinlik çəkmədən proqramlar tərtib edə 
bilərlər.


63 

Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin