V.Ə. Qasımov


 Əməliyyat sistemlərinin təsnifatı



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə35/44
tarix20.10.2023
ölçüsü0,99 Mb.
#157920
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   44
Gasimov-informatika-darslik (1)

4.4. Əməliyyat sistemlərinin təsnifatı 
Qeyd olunmalıdır ki, informasiya texnologiyaları inkişaf 
etdikcə digər proqram sistemləri ilə yanaşı əməliyyat sistemləri də 
inkişaf etmişdir. Son dövrlərdə imkanları, interfeysi və servisi ilə 
bir-birindən 
çox fərqlənən onlarla əməliyyat sistemləri 
yaranmışdır.
Ümumi iş prinsipinə və imkanlarına görə əməliyyat 
sistemləri bir neçə yerə bölünürlər: 
-
bir məsələli bir istifadəçi əməliyyat sistemləri
– eyni 
zamanda yalnız bir istifadəçi hər hansı bir proqramla işləyə 
bilər. 
İstifadəçi
Əməliyyat sistemi 
Əməliyyat 
sisteminin 
əmrləri 
Örtük 
proqram-
ları 
Əlavə
proqram 
təminatı 
Kompüterə 
qoşulan 
qurğular 
Şəkil 4.4. Əməliyyat sisteminin qarşılıqlı əlaqə 
sxemi (servis proqramları ilə) 


68 
-
çox məsələli bir istifadəçi əməliyyat sistemləri 
– eyni 
zamanda yalnız bir istifadəçi işləyə bilər, lakin o, eyni 
zamanda bir neçə proqramı yükləyə bilər. 
-
çox məsələli çox istifadəçi əməliyyat sistemləri
– bu 
sistemlər eyni zamanda bir neçə istifadəçinin bir çox 
proqramlarla işləməsinə imkan verir. 
-
şəbəkə imkanlarına malik əməliyyat sistemləri
– onlar çox 
məsələli və çox istifadəçi əməliyyat sistemləri olmaqla 
yanaşı, həm də şəbəkə xidmətlərinin göstərilməsi, şəbəkə 
vasitəsilə digər kompüterlərə və informasiya resurslarına 
qoşulma, onların emalı, istifadəsi və s. imkanlara malik 
olurlar. 
Ən çox istifadə olunan və geniş yayılan əməliyyat sistemləri 
aşağıdakılardır: 
- EHM-in əməliyyat sistemləri (OS ES, IBM və s.) – bu 
əməliyyat sistemləri bir neçə istifadəçinin terminallar 
vasitəsilə eyni zamanda bir sıra proqramlarla işləməsinə 
imkan verir, yəni onlar çox istifadəçi və çox məsələli 
əməliyyat sistemləridir. Bu növ əməliyyat sistemlərindən 
CM, OS, IBM tipli böyük hesablama maşınlarında (makro və 
mini EHM) istifadə olunurdu. 
- IBM/PC tipli fərdi kompüterlərin əməliyyat sistemləri - 
CP/M, MSX, MS DOS, PC DOS, DR DOS və s. Onlar 
birinci qrup əməliyyat sistemlərinə aiddirlər və əvvəlki nəsil 
fərdi kompüterlər üçün nəzərdə tutulmuşdur. 
- Windows 
əməliyyat 
sistemləri: 
Windows 
3.1/95/98/2000/NT/XP. Windows 3.1/95/98/2000/XP bir 
istifadəçi və çoxməsələli əməliyyat sistemləridir, lakin 
Windows 95/98/2000/XP sistemlərində şəbəkə vasitəsilə bir 
və daha çox istifadəçinin işlənməsi üçün imkanlar 
reallaşdırılmışdır. Windows NT sistemi isə çox məsələli çox 
istifadəçi şəbəkə əməliyyat sistemidir. 


69 
- UNIX əməliyyat sistemləri: UNIX, Linux, RedHat və s. Bu 
sistemlər çox məsələli çox istifadəçi şəbəkə əməliyyat 
sistemləridir. 

Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin