60
4.2. Proqram təminatının yaradılması prinsipi
Kompüterlər üçün yeni proqramların işlənib hazırlanması
prosesi bir neçə mərhələdən ibarətdir. Proqramların tərtib
olunmasının böyük əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, hər bir
mərhələni ayrı-ayrılıqda nəzərədən keçirək.
4.2.1. Məsələnin qoyuluşu
Işin məqsədinin dəqiq formallaşdırılmasını
təmin etmək
üçün həll edilən məsələnin qoyuluşu, yəni tələbləri,
şərtləri və
qarşıya qoyulan vəzifələri müəyyənləşdirilməlidir. Bu zaman
dəqiqləşdirilməlidir ki, ilkin verilənlər nədən ibarətdir,
nəticə
olaraq nəyi tapmaq lazımdır, hansı hesabat formaları tələb olunur,
proqramın interfeysi necə olmalıdır (yəni istifadəçi ilə dialoq necə
həyata keçiriləcək) və s. Məsələnin düzgün qoyuluşu onun tələb
olunan səviyyədə həllinin təmin edilməsi üçün ən vacib şərtlərdən
biridir.
4.2.2. Məsələnin həlli alqoritminin qurulması
Alqoritm
- məsələnin həlli zamanı ilkin verilənlərdən
axtarılan
nəticəyə aparan, hesablama prosesini müəyyən edən və
dəqiq təsviri olub yerinə yetirilən hərəkətlər ardıcıllığını müəyyən
edir. "Alqoritm" sözü IX əsrdə ilk dəfə olaraq arifmetik
məsələnin həlli yollarını tapan ərəb riyaziyyatçısı
Musa əl-
Xorəzmin adından götürülüb. Alqoritmin qrafik interpretasiyası
(təsviri)
blok-sxem
adlanır. Alqoritmlər tərtib olunarkən aşağıdakı
tələblər nəzərə alınmalıdır:
-
dəqiqlik, yəni alqoritmdə səhv olmamalıdır.
-
birqiymətlilik, yəni hər bir konkret vəziyyətdə nəyin necə
yerinə yetirilməsi dəqiq bilinməlidir.
61
-
universallılıq, yəni məsələnin alqoritmi verilən növ istənilən
məsələnin həlli üçün tətbiq oluna bilməlidir. Bu o deməkdir
ki, əgər kvadrat tənliyin həlli üçün alqoritm tərtib
olunmuşdursa, onda bu alqoritm formasından asılı
olmadan
ixtiyari kvadrat tənliyin həlli üçün istifadə oluna bilməlidir.
-
nəticəlilik, yəni alqoritm sonlu olmalıdır, ilişməməli və ya
sonsuzluğa aparıb çıxarmamalıdır. Hər bir alqoritm sonlu
sayda addımlardan sonra, hətta səhv olsa belə hər hansı bir
nəticəyə gətirib çıxarmalıdır.
Dostları ilə paylaş: