V.Ə. Qasımov



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə34/44
tarix20.10.2023
ölçüsü0,99 Mb.
#157920
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   44
Gasimov-informatika-darslik (1)

interpretator
və 
kompilyator

Interpretatorlar
proqramın mətnini sətirbəsətir (hər bir 
operatoru ayrı-ayrılıqda) maşın dilinə çevirir və dərhal yerinə 
yetirir. Bu zaman yerinə yetirilən proqram modulu (exe - fayl) 
yaradılmır. 
Kompilyatorlar
proqramın mətnini bütövlükdə maşın dilinə 
çevirdikdən sonra yerinə yetirir. Bu zaman proqramın mətni 
əsasında yerinə yetirilmək üçün hazır olan «.exe» fayl yaradılır. 
4.2.5. Proqramın sazlanması

Proqramın hazırlanma prosesində proqramın mətnində yol 
verilən səhvlərin düzəldilməsi, eləcə də kompilyasiya olunduqdan 
sonra və onun tədricən testləşdirliməsi zərurəti yaranır. Test-
ləşdirmə (yoxlama) zamanı müxtəlif vəziyyətlər üçün, məsələn 
müxtəlif ilkin verilənləri istifadə etməklə proqramın düzgün 
işləməsinin yoxlanması nəzərdə tutulur.
Bəzən elə olur ki, proqram çoxsaylı yoxlama testlərində 
özünü doğruldur, lakin gözlənilmədən minlərlə haldan birində 
proqramda səhv aşkar olunur. Ciddi proqram məhsulları istehsal 
edən təşkilatlar proqramlarının daha dərindən yoxlanılmasını 
təmin etmək məqsədilə yoxlama versiyalarını (beta versiyaları) 
çoxlu sayda istifadəçilər arasında yayırlar. Bu istifadəçilər 
tərəfindən aşkarlanmış səhvlərə əsasən proqramda düzəlişlər edilir 
və sonda proqramın yekun versiyasını ərsəyə gətirmək mümkün 
olur.


65 
4.3. Əməliyyat sistemləri 
Fərdi kompüterlərdə aparılan bütün əməliyyatlar əməliyyat 
sistemləri vasitəsilə idarə olunur. 
Əməliyyat sistemləri
– kompüter 
qoşulduqdan sonra avtomatik olaraq yüklənən, kompüterin bütün 
qurğularının işini planlaşdıran və idarə edən, istifadəçi ilə dialoq 
yaradan və digər (əlavə və tətbiqi) proqramları işə salmaq üçün 
nəzərdə tutulan proqramlar kompleksidir.
Əməliyyat sistemləri yüklənən zaman ekranda bir-birinin 
ardınca kompüterin istehsalçısı tərəfindən nəzərdə tutulmuş 
məlumatlar, texniki hissələrin yoxlanması prosesi və onun 
nəticələri haqqında məlumat, eləcə də əməliyyat sisteminin 
xidməti məlumatları görünür. Yükləmə prosesi adlanan bu proses 
başa çatdıqdan sonra istifadəçi kompüterdə işləmək imkanına 
malik olur.
Kompüterin resursları və ona qoşulan qurğular əməliyyat 
sistemlərinin aşağı səviyyəli əmrləri və funksiyaları vasitəsilə 
idarə olunur. Kompüterdə işləyərkən hər hansı bir əməliyyatın 
yerinə yetirilməsi zamanı çoxlu sayda (bəzən yüzlərlə) belə əmr 
və funksiyalardan istifadə olunur. Məsələn, əməliyyat sistemində 
disk qurğuları ilə işləmək üçün disk qurğusunun mühərrikinin işə 
salınması, dayandırılması, yazı oxu başlığının hərəkət etdirilməsi, 
yazı cığırlarından informasiyanın oxunması və s. əmr və 
funksiyalar nəzərdə tutulmuşdur. Ona görə də faylın disketdən 
oxunması kimi əmr daxil edildikdə yuxarıda sadalanan və 
sadalanmayan yüzlərlə bu kimi əmrlər yerinə yetirilir.
Bundan əlavə, hər bir qurğunun və ya resursun 
mövcudluğunun, işçi vəziyyətinin yoxlanması, interfeyslərin, 
portların istifadəsi, informasiyanın ötürülməsi, alınması, faylların 
yerləşmə cədvəllərinin oxunması, dəyişdirilməsi kimi əməliyyatlar 
da yerinə yetirilir. Bu əməliyyatlar adi istifadəçilər üçün çətin başa 
düşülən, 
maraqsız, 
öyrənilməsinə 
ehtiyac 
olmayan 
əməliyyatlardır. Adətən, müasir əməliyyat sistemləri bu kimi 


66 
əməliyyatları özü yerinə yetirir, istifadəçi üçün sadə və rahat iş 
rejiminə malik «şəffaf» interfeys yaradır.
Əməliyyat sistemləri bütün proqramların disk qurğularından 
əməli yaddaşa yüklənməsi, idarə olunmanın onlara verilməsi, bu 
proqramların sorğularına əsasən köməkçi əməliyyatların yerinə 
yetirilməsi və proqramlar işini başa çatdırdıqdan sonra onların, 
eləcə də digər qalıq informasiyanın əməli yaddaşdan silinməsi 
işlərini yerinə yetirir. 
Ümumi halda əməliyyat sistemləri istifadəçi ilə kompüter 
arasında vasitəçi rolunu oynayır (şəkil 4.3).
Yuxarıda qeyd olunduğu kimi, bəzi hallarda istifadəçi üçün 
rahat iş rejimi yaratmaq məqsədilə örtük proqramları adlanan 
servis proqramlarından istifadə edilir (şəkil 4.4). 
İstifadəçi
Kompüterə 
qoşulan 
qurğular 
Əməliyyat sistemi 
Əməliyyat 
sisteminin 
əmrləri 
Əlavə
proqram 
təminatı 
Şəkil 4.3. Əməliyyat sisteminin qarşılıqlı əlaqə sxemi 


67 
Qeyd olunmalıdır ki, ilk kompüterlər əməliyyat sisteminə 
malik olmamışdır. Onlar yalnız müəyyən hesablamaların yerinə 
yetirilməsi üçün nəzərdə tutulmuşdur. Belə kompüterlər, ən yaxşı 
halda, qoşulan zaman daimi yaddaş qurğusundan avtomatik 
yüklənən sadə Basic translyatoruna malik idilər. 

Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin