V.Ə. Qasımov


Servis proqramları (utilitlər, drayverlər)



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə30/44
tarix20.10.2023
ölçüsü0,99 Mb.
#157920
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   44
Gasimov-informatika-darslik (1)

Servis proqramları (utilitlər, drayverlər)
 
kompüterlərin və 
hesablama sistemlərinin istismarı zamanı müxtəliv köməkçi 
funksiyaların yerinə yetirilməsi üçün nəzərdə tutulmuş proqram 
təminatıdır. 
Onlar 
qurğuların 
yoxlanması, 
faylların 
arxivləşdirilməsi, virusa qarşı mübarizə aparılması, disklərin 
formatlaşdırılması və s. əməliyyatları yerinə yetirə bilər. 
Tətbiqi 
proqramlar
verilənlərin emalı sistemlərinin 
müəyyən tətbiq sahələrində məsələlərin və ya məsələlər sinfinin 
həlli üçün nəzərdə tutulmuş proqramlardır. Belə ki, müxtəlif 
fəaliyyət sahələri ilə bağlı konkret məsələlərin həlli üçün tərtib 


59 
olunmuş, zəruri hallarda müxtəlif istifadəçilər tərəfindən istifadə 
olunan proqramlar tətbiqi proqramlar adlanır. 
Fəaliyyət istiqamətindən asılı olmayaraq hər bir istifadəçi 
sənədlər, məsələn, ərizə, hesabat, məktub və s. hazırlamalı, çap 
etməli və onların üzərində digər əməliyyatları yerinə yetirməli 
olur. Bu məqsədlə xüsusi proqram sistemlərindən - 
mətn 
redaktorlarından
(məsələn: MS DOS üçün Norton Editor, Foton, 
MS Word, Windows üçün Notepad, WordPad və s.) istifadə 
olunur.
Bəzən hesablamaların aparılması məqsədilə müxtəlif növ 
məlumatları cədvəllər şəklində tərtib etmək və onların üzərində 
müəyyən əməliyyatları yerinə yetirmək lazım gəlir. Bunun üçün 
elektron cədvəl
adlanan xüsusi proqramlardan (MS Excel, Quattro 
və s.) istifadə olunur.
Verilənlər 
bazalarının 
yaradılması, 
redaktəsi, 
yeniləşdirilməsi və onlar üzərində digər əməliyyatların yerinə 
yetirilməsi üçün nəzərdə tutulmuş proqram sistemləri 
verilənlər 
bazasını idarəetmə sistemləri (VBIS)
adlanır. Onlara misal olaraq 
MS Access, Paradox, Clipper və s. göstərmək olar. 
 

Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin