V.Ə. Qasımov



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə29/44
tarix20.10.2023
ölçüsü0,99 Mb.
#157920
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   44
Gasimov-informatika-darslik (1)

rezident proqramlar
adlanırlar.
Proqramlar ümumi halda iki sinfə bölünürlər: sistem 
proqramları və tətbiqi proqramlar (şəkil 4.1).
Sistem proqramları
əməliyyat sisteminə daxil olan, 
kompüter texnikasının və şəbəkələrinin, eləcə də onlara qoşulan 
digər qurğuların işini təmin edən proqramlardır. Başqa sözlə
əməliyyat sistemləri
proqramların yerinə yetirilməsini təmin edən, 
giriş-çıxışın planlaşdırılması, idarə edilməsi, verilənlərin idarə 
olunması və s. funksiyaları reallaşdıra bilən proqram vasitələridir. 
MS-DOS, UNIX, WINDOWS 9X/2000, WINDOWS NT 
əməliyyat sistemləri daha geniş yayılmışdır.
Şəbəkə proqramları
 
dedikdə kompüter şəbəkələrinin 
proqram-texniki vasitələrinin, kommunikasiya qurğularının işini 
təmin edən proqramlar nəzərdə tutulur. Şəbəkə əməliyyat 


57 
sistemlərinə misal olaraq UNIX, Novell Netware, LANtastic, 
WINDOWS NT göstərmək olar. Bir sıra əməliyyat sistemləri eyni 
zamanda 
şəbəkə sistemləri rolunu oynayırlar. Şəbəkə 
proqramlarına klient-server texnologiyası ilə işləyən, Internet 
xidmətlərini və protokollarını reallaşdıran proqramlar da aid edilir. 
 
Örtük proqramları
istifadəçiyə rahat iş rejimi yaratmaq 
üçün tətbiq olunan proqramlardır. Məsələn: Norton Commander, 
DOS-Navigator, Star Office, Open Windows və s. Örtük 
proqramlarının yaradılması onunla əlaqədardır ki, bir çox 
əməliyyat sistemləri (məsələn, MS-DOS, UNIX və s.) istifadəçi 
üçün rahat olan iş rejiminə, imkanlara və interfeys 
mexanizmlərinə malik deyillər. Belə əməliyyat sistemlərində 
Proqramlar 
Sistem proqramları 
Tətbiqi proqramlar 
Əməliyyat 
sistemləri 
Şəbəkə 
proqramları 
Örtük 
proqramları 
Xidməti 
proqramlar
(utilitlər, 
drayverlər) 
Oyun, öyrədici, 
multimediya 
proqramları 
Mətn 
redaktorları 
Translyatorlar və 
kompilyatorlar
Elektron 
cədvəllər 
Qrafik 
redaktorlar 
Verilənlər bazası-
nı idarəetmə 
sistemləri 
Şəkil 4.1. Proqramların təsnifatı 


58 
«istifadəçi – kompüter» əlaqəsi klaviatura vasitəsilə müəyyən 
olunmuş formatda daxil edilən əmrlərin köməyi ilə qurulur. 
Məsələn, MS-DOS əməliyyat sistemində «readme.txt» faylının 
nüsxəsini «C:\AB» kataloqundan «A:\DOC» kataloquna 
köçürmək üçün sistemin əmrlər sətrində klaviatura vasitəsilə 
aşağıdakı şəkildə əmr yığmaq lazımdır: 
copy C:\AB\readme.txt A:\DOC. 
Aydındır ki, belə interfeys rahat deyil, çünki əməliyyat 
sistemlərinin çoxsaylı əmrlərinin formatlarını - standart yazılış 
qaydalarını yadda saxlamaq, əmrləri hər dəfə klaviatura vasitəsilə 
təkrar yığmaq və bu zaman əmrin formatına tam riayət etmək tələb 
olunur. Örtük proqram istifadəçiyə əməliyyat sistemlərinin həmin 
əmrlərini xüsusi düymələrin (əsasən funksional düymələrin və ya 
düymələr kombinasiyasının) köməyi ilə daha tez və rahat yerinə 
yetirməyə imkan verir.
Kompüterin texniki hissələrinin və ya ona qoşulmuş 
qurğuların işini idarə edən proqramlar 
drayver
adlanırlar. 
Drayverlər əməliyyat sistemlərinə daxil ola bilər və ya sonradan 
həmin qurğular kompüterə qoşulduqda sistemə əlavə olaraq yazıla 
bilər. Məsələn, yaddaş qurğularının (disk, disket, CD-ROM və s.), 
monitorun, klaviaturanın, siçanın, printerin, şəbəkə adapterinin
digər qurğu və adapterlərin idarə olunması üçün müxtəlif 
drayverlərdən istifadə olunur. 

Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin