V.Ə. Qasımov



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə27/44
tarix20.10.2023
ölçüsü0,99 Mb.
#157920
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   44
Gasimov-informatika-darslik (1)

3.8. Printer 
Printer
 
- informasiyanın kağız və ya plyonka üzərinə çap 
edilməsi üçün istifadə edilən qurğudur. Çap texnologiyasına görə 
printerlər matrisli, şırnaqlı, lazer və s. kimi təsnif edilir. 
3.8.1. Matrisli printer
Matrisli printerlər 
– düzbücaqlı şəkildə iynələr düzülmüş 
xüsusi başlıq vasitəsilə informasiyanı kağız üzərinə köçürür. 
Başlıqlar 9, 18 və 24 iynəyə malik ola bilər. Printerdə başlıqla 
kağız arasından rəngləyici lent keçir. Çap olunacaq 
informasiyadan (simvol, hərf və ya nöqtələrdən) asılı olaraq 
müvafiq iynələr rəngləyici lentə zərbə vurur və onu kağızın 
səthinə yapışdırır. Lentin kağıza toxunduğu nöqtələrdə rəngin izi 
qalır. Beləliklə, başlıq sağa və sola hərəkət etməklə kağız üzərində 
çapı həyata keçirir. 
Matrisli printerlər A3 və A4 formatlı olur, yəni A3 və A4 
kağızlara çap etməyə imkan verir. Bundan əlavə, bu printerlərdə 
rulon kağızlardan da istifadə etmək olur. 
Çapın rəngi rəngləyici lentin rəngindən asılıdır və əsasən bu 
lentlər bir rəngli (qara, bənövşəyi və ya qırmızı) olur.
3.8.2. Şırnaqlı printer 
Şırnaqlı printer 
– mürəkkəbi kağız üzərinə üfürməklə 
informasiyanı çap etməyə imkan verir. Mürəkkəb kartric adlanan 
mürəkkəb qabında olur. Kartricin başlığında çox kiçik ölçülü 
məsamələr (256-ya qədər) olur. Printer mürəkkəbi bu məsamələrin 
vasitəsilə kartricdən çölə – kağızın üzərinə üfürür. Beləliklə, 
mürəkkəb şırnaqlar (bu printerlərin adları da buradan əmələ 


54 
gəlmişdir) şəklində kağızı müvafiq yerlərdə rəngləyir və çapı 
həyata keçirir.
Məsamələrin (şırnaqların) ölçüsü iynələrin ölçüsünə 
nisbətən xeyli kiçikdir, ona görə də bu printerlərdə çapın 
keyfiyyəti matrisli printerlərdəki çapın keyfiyyətindən xeyli yaxşı 
olur. 
Şırnaqlı printerlər adətən rəngli olur. Rəngli şırnaqlı 
printerdə iki kartric olur: qara mürəkkəbli və üç rəngli kartriclər. 
Rəngli çap zamanı bütün digər rənglər bu əsas dörd rəngin 
qarışığının köməyi ilə alınır. 

Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin