V.Ə. Qasımov


- TFT LCD (nazik təbəqəli tranzistorlu maye kristallı)



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə24/44
tarix20.10.2023
ölçüsü0,99 Mb.
#157920
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   44
Gasimov-informatika-darslik (1)

 
-
TFT LCD (nazik təbəqəli tranzistorlu maye kristallı) 
monitorlar
– nazik təbəqəli yarımkeçirici maye kristallı 
monitorlarda maye kristal iki şüşə təbəqəsi arasında 
yerləşdirilir. Material və enerji sərfinin az olması, 
elektromaqnit şualanmasının səviyyəsinin aşağı olması bu 
monitorları yüksək keyfiyyətli və "ekoloji baxımdan təmiz" 
edir.
 
Monitorların ekranlarının ölçüsü müxtəlif olur. Standart 
monitorlar 14 dyüm ölçüyə malik olur. Müasir kompüterlərin 
tərkibinə əsasən 14, 15 və 17 dyüm ölçülü monitorlar daxil olur. 
Xüsusi hallarda daha böyük monitorlar istifadə edilir. 
Kompüterlərin video materialı emal etməsi sürəti istifadə 
olunan video adapterdən çox asılıdır. Belə ki, qrafik informasiyanı 
ekrana çıxarmaq üçün daha çox vaxt tələb olunur. Problemi aradan 
qaldırmaq məqsədilə videoadapterlər yaddaşla təmin edilirlər. Bu 
yaddaş nə qədər böyük olarsa, informasiyanın ekrana çıxarılması 
sürəti və keyfiyyəti bir o qədər yüksək olar. 
3.5. Klaviatura 
Klaviatura – kompüterdə proqramların yerinə yetirilməsi və 
idarə edilməsi, əmrlərin, informasiyanın və verilənlərin kompüterə 
daxil edilməsi məqsədilə istifadə edilir. Klaviaturada düymələrin 


48 
sayı, yerləşməsi və onların forması bir qədər fərqlənə bilər, lakin 
bütün klaviaturalarda eyni adlı düymələrin təyinatı və funksiyaları 
eyni olur. 
Klaviaturanın düymələrini təyinatı və istifadəçi baxımında 
bir neçə bloka ayırmaq olar: 

Hərf
,
 
rəqəm 
və 
işarələr 
– mətnlərin yığılması, sənədlərin 
hazırlanması, proqramlarla işləyərkən informasiyanın 
daxil edilməsi və s. məqsədlər üçün istifadə edilir. Bu 
düymələr klaviaturanın əsas hissəsində yerləşir və adətən 
açıq rəngli olurlar. Hərflərin düymələrdə düzülüşü hər 
dilin qrammatik qaydalarına və xüsusiyyətlərinə əsaslanır. 
Klaviaturalarda bu növ düymələrə əsasən aşağıdakılar aid 
edilir: 
o
hərflər:

ingilis hərfləri - A-Z və a-z; 

Azərbaycan (rus) hərfləri – A-Z və a-z (A-Ə və a-ə). 
o
rəqəmlər və riyazi işarələr – 0-9, "=", "+", "-", "*", "/", 
"^", "<", ">", "%", "&". 
o
durğu işarələri – «.», «,» , «», «"», «:», «;», «!», «?», 
«-» və s.
o
müxtəlif işarələr – "(", ")", "[", "]", "{", "}", "\", "|", 
"#", "@", "~", "_" və s. 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin