V.Ə. Qasımov


MDA   – (mono display adapter) mətn tipli monoxrom  monitorlar (displeylər);  - CGA



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə23/44
tarix20.10.2023
ölçüsü0,99 Mb.
#157920
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   44
Gasimov-informatika-darslik (1)

MDA
 
– (mono display adapter) mətn tipli monoxrom 
monitorlar (displeylər); 
-
CGA
 
– (color graphic adapter) rəngli qrafik monitorlar, 
onların imkanları 320x200 nöqtə ilə müəyyən olunur. 
-
Herkules
 
– (Herc card və ya Compaq) qrafik adapterlər. 
Birinci növ monitorlara rəngli qrafik adapterlərin müsbət 
cəhətlərini özündə cəmləşdirən monoxrom monitor kimi
ikinci növ monitorlara isə monoxrom adapterlərin müsbət 
keyfiyyətlərini özündə birləşdirən rəngli qrafik monitor kimi 
baxmaq olar. 
-
EGA
 
– (enhanced graphic adapter) bu monitorlar onlardan 
əvvəl istehsal olunan bütün növ monitorların müsbət 
keyfiyyətlərini özündə birləşdirən (unifikasiya edilmiş) 
monitor rolunu oynayırlar. Belə ki, onlar monoxrom, qrafik 
və herkules adapterlərinin bütün imkanlarını yerinə 
yetirməklə yanaşı yeni video rejimlərə malik yüksək 
keyfiyyətli peşəkar qrafik adapterlərdir. 
-
VGA
 
və 
SVGA
 
– daha böyük imkanlara malik rəngli qrafik 
monitorlardır.
-
LCD 
(maye 
kristallı)monitorlar 
tamamilə yeni 
texnologiyaya əsaslanmış monitordur. Bu monitorlarda maye 
kristalın elektrooptik xassələri istifadə olunur. Maye kristal 
elektrik sahəsində - iki şüşə lövhə arasında yerləşdirilir. 
Monitorda informasiyanın əks olunması üçün kənar 
mənbənin işığından istifadə olunur. Maddənin maye və bərk 


47 
formalarının aralıq vəziyyətində olan maye kristal onda 
yaradılmış gərginlik və ya temperaturdan asılı olaraq kənar 
mənbədən düşən işığı ya keçirir, ya da keçirmir. Müəyyən 
hissələrdə gərginlik və ya temperaturu idarə etməklə daha 
işıqlı və ya zəif təsvirlər yaratmaq, rəngləri dəyişmək olar. 
LCD monitorlar çox nazik hazırlana bilər və olduqca az 
elektrik enerjisi tələb edir. Eyni zamanda bu monitorlarla 
bağlı aşağıdakı problemlər hələ də həll edilməmiş qalır: 
kontrastlılıq (əks olunma), görünüş bucağının artırılması, 
kifayət qədər yüksək qiymət və s.

Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin