V.Ə. Qasımov



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə21/44
tarix20.10.2023
ölçüsü0,99 Mb.
#157920
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   44
Gasimov-informatika-darslik (1)

3.3.3. Yaddaş qurğuları
Yaddaş qurğuları
 
kompüterlərin proqram təminatının 
uzunmüddətli işləməsini, eyni əməliyyatların (proqramların) 
müxtəlif məqsədlər üçün yerinə yetirilməsini, eləcə də verilənlərin 
təkrar 
istifadə 
edilə bilməsini təmin etmək məqsədilə 
proqramların, informasiyanın və verilənlərin yadda saxlanması 
funksiyasını yerinə yetirir. Təyinatından asılı olaraq bir neçə növ 
yaddaş qurğularından istifadə edilir. Onlar əsasən iki parametrlə - 
həcm və sürətlə xarakterizə olunurlar.
Yaddaşın həcminin ölçü vahidi kompüter texnikasında tətbiq 
edilən ikilik say sisteminin vahidlərinə uyğun olaraq müəyyən 
olunmuşdur. Burada say sistemləri haqqında ətraflı danışmaq 
məqsədimiz yoxdur. Lakin qeyd etmək lazımdır ki, ikilik say 
sistemində yalnız iki rəqəmdən – 0 və 1 rəqəmlərindən istifadə 


42 
olunur. Bu isə elektron texnikanın işləmə texnologiyasında 
impulsun və ya elektrik siqnalının daxil olub olmamasının 
müəyyən edilməsi məqsədilə tətbiq edilir.
Yuxarıda qeyd olunduğu kimi, yaddaş qurğularının həcmi 
bit, bayt (B), kilobayt (Kb), meqobayt (Mb) və Qeqobayt (Gb) 
ölçülür. 
Daimi yaddaş qurğusu – kompüter elektrik şəbəkəsinə 
qoşulan zaman proqram təminatının (əməliyyat sisteminin) işə 
düşməsini təmin etmək üçün zəruri proqram modulu yazılan 
yaddaş qurğusudur. Bu qurğu ana platanın üzərində elektron sxem 
(mikrosxem) şəklində yığılmış olur. Daimi yaddaş qurğusunda 
yazılmış yükləyici adlanan proqram ana plata istehsal olunanda bu 
mikrosxemə "tikilir", bu proqramı təsadüfən pozmaq, dəyişdirmək 
və ya sıradan çıxarmaq mümkün deyil. Yükləyici proqramlar hər 
dəfə kompüter qoşulanda və yenidən yüklənəndə işə düşür, 
kompüterin işçi vəziyyətini yoxlayır və onun işləməsi üçün zəruri 
proqram təminatını disk qurğusundan əməli yaddaşa yükləyir. 
Əməli yaddaş qurğusu – kompüterdə proqramların işləməsi, 
verilənlərin və məlumatların istifadə edilməsi üçün onlar xarici 
yaddaş qurğularından - disk, disket, CD-ROM qurğularından 
oxunur və əməli yaddaşa yazılır. Yalnız bundan sonra proqramlar 
tərəfindən kompüterdə müxtəlif proseslər yerinə yetirilə bilər. 
Əməli yaddaşa yazılmış informasiya yalnız istifadə olunduğu 
müddətdə orada saxlanılır, sonra isə əməli yaddaşdan silinir. 
Məsələn, kompüterdə hər hansı proqram yerinə yetirilirsə, bu 
zaman həmin proqram əməli yaddaşa yazılmış olur və proqram 
işini başa vurduqdan sonra onun yerinə başqa proqramlar yazılır, 
əgər hər hansı proqram müəyyən verilənləri istifadə edirsə, onda 
bu proqram həmin verilənləri əməli yaddaşa yazır və onlarla işini 
qurtardıqdan sonra başqa verilənləri və ya proqramları onun yerinə 
yazır və s. Ümumiyyətlə, kompüter söndürüldükdə əməli 
yaddaşda olan bütün informasiya (hətta proqram və verilənlərin 
istifadəsindən sonra qalmış qalıq informasiya da) əməli yaddaşdan 
silinir. 


43 
Kompüterlərin əməli yaddaşlarının həcmi prosessordan 
asılıdır. Belə ki, onun mikroprosessorları müəyyən həcmdən artıq 
əməli yaddaşa müraciət edə bilməzlər. Məsələn, IBM PC XT tipli 
kompüterlərin əməli yaddaşı 1 Mb-dan çox ola bilməz, çünki onun 
prosessoru (Intel-8088 və ya Intel-8086) maksimum 1 Mb ölçüdə 
yaddaşa müraciət edə bilər. Müasir kompüterlərin əməli 
yaddaşlarının həcmi 32 Mb-dan 1 Gb-a qədər dəyişir, lakin xüsusi 
hallarda bu yaddaş daha böyük həcmə malik ola bilər.
Disk qurğuları – proqramların, verilənlərin və müxtəlif 
xarakterli məlumatların uzun müddətli saxlanması və emal 
edilməsi, bir yerdən başqa yerə daşınması və s. məqsədi ilə 
informasiya daşıyıcılarına yazılması və oxunması üçün istifadə 
olunur. Disk qurğularına misal olaraq hazırda çox geniş istifadə 
edilən maqnit (disk və disket) və lazer (CD ROM) yaddaş 
qurğularını göstərmək olar. Onlar diskə yazılmış informasiyanı 
istifadəçi tərəfindən pozulana və ya qurğu fiziki sıradan çıxana 
qədər, hətta kompüter söndürüldükdən sonra belə özündə saxlayır. 
Bu qurğuları xarici yaddaş qurğuları adlandırırlar. 
Disklər - kompüterlərin əsas yaddaş qurğusu olub 
kompüterdə daim istifadə olunan bütün növ informasiyanın 
(əməliyyat sistemlərinin, proqram paketlərinin, verilənlərin, 
sənədlərin və s.) saxlanması üçün istifadə edilir. Demək olar ki
bütün kompüterlər (terminallardan başqa) disk yaddaşları ilə təmin 
edilirlər. Disklərin hazırlanması texnologiyasında informasiyanın 
yazılması və saxlanması üçün bərk maqnit plastinkalarının 
(yumşaq olmayan disklərin) tətbiq edilməsi ilə əlaqədar olaraq 
onlara bəzən «bərk disklər» deyirlər. Ingiliscə onlar Hard Disk 
Driver (HDD), rusca isə "cestkiy disk" və ya "vinçester" (formaca 
avtomat vinçesterinə oxşadığı üçün) adlanır.
Bərk disklərin istehsalı və istifadəsi zamanı bir neçə 
texnologiyadan istifadə edilir. Son dövrlərdə iki texnologiya daha 
geniş yayılmışdır: IDE və SCSI. Birinci texnologiya hazırlanma 
və istifadə baxımından daha əlverişli olduğundan (ucuz başa gəlir, 
çox geniş yayılmış kompüterlərdə digər platalarla uzlaşması 


44 
baxımından disklərin bu texnologiyası nəzərə alınmışdır və s.) 
daha çox yayılmışdır. Lakin son zamanlar getdikcə daha çox tətbiq 
olunmağa başlayan SCSI texnologiyası diskin həcminin, 
informasiyanın diskdən oxunması və diskə yazılması sürətinin 
xeyli böyük olması kimi üstünlüklərə malikdir. Birinci variantda 
kompüterə maksimum iki disk, ikinci variantda isə yeddiyə qədər 
disk qoşmaq mümkündür.
Disketlər – sənədlərin, proqramların, verilənlərin və s. 
informasiya resurslarının bir kompüterdən digər kompüterə 
köçürülməsi, kompüterdə tez-tez istifadə olunmayan məlumatların 
saxlanması, diskdə yazılmış müxtəlif informasiyanın ehtiyat 
surətlərinin çıxarılması məqsədilə istifadə edilir. Onlara yumşaq 
maqnit diskləri deyilir. Iki növ disketlər mövcuddur: 5,25 və 3,5 
dyüm ölçülü disklər. Birinci növ disklər artıq istifadədən çıxmaq 
üzrədir. Ikinci növ disketlərin ölçüləri 720 Kb-dan 2 Mb-a qədər 
(standart disketlər 720 Kb və 1,44 Mb) olur. Bu disketlərin 
istifadə edilməsi, yəni informasiyanın diskə yazılması və diskdən 
oxunması üçün "disk sürücüləri" adlanan disk qurğularından 
istifadə edilir. Informasiyanı təsadüfi pozulmadan və ya 
yazılmadan qorumaq üçün disketin arxa sol küncündə olan 
qoruyucunu açmaq olar. Informasiyanın diskə yazıla və ya 
diskdən pozula bilməsi üçün bu qoruyucu mütləq bağlı olmalıdır. 
CD ROM yaddaş qurğularının da təyinatı disketlərin 
təyinatı kimidir, lakin onlar maqnit yaddaş qurğuları deyillər və 
lazer texnologiyası vasitəsilə yazma-oxuma mexanizmləri ilə 
işləyən qurğulardır. Onların yazma-oxuma sürəti və həcmi 
disketlərlə müqayisədə çox böyükdür. Standart CD-disklərin 
həcmi 640 Mb-dır. Yazılma prinsipinə görə iki yerə bölünürlər: 
yalnız bir dəfə yazıla bilən və təkrar yazıla bilən CD-disklər. 
Hazırda lazer texnologiyasına əsaslanan bu yaddaş qurğularından 
geniş istifadə olunur və inkişaf etməkdə davam edir. Onlar audio, 
video və digər növ informasiyaların yazılması və istifadəsi
məqsədi ilə istifadə edilir. 


45 
Bundan əlavə sistem blokunda müxtəlif qurğuların 
kompüterə qoşulması üçün istifadə edilən elektron platalar da olur. 
Bu platalar kompüter texnikasının tərkibinə daxil olan monitor və 
printerlərdən tutmuş şəbəkələrin yaradılması və xüsusi texnikanın 
qoşulmasınadək ən müxtəlif məqsədlər üçün nəzərdə tutula bilər. 
Onların hamısı ana plataya qoşulurlar. 
Cərəyan bloku – elektrik şəbəkəsinə daxil olan dəyişən 
cərəyanın (220 v və ya 110 v) elektron plataların işləməsi üçün 
zəruri olan sabit cərəyana çevirərək onlara ötürülməsi funksiyasını 
yerinə yetirir. 

Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin