V.Ə. Qasımov



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə22/44
tarix20.10.2023
ölçüsü0,99 Mb.
#157920
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   44
Gasimov-informatika-darslik (1)

3.4. Monitor 
Monitorlar istifadəçi kompüterlə işləyərkən müxtəlif xidməti 
məlumatların, yaddaşda olan informasiyanın və s. baxılması, 
istifadəçi ilə kompüter arasında dialoqun yaradılmasına xidmət 
edir. Imkanlarına görə monitorları ümumi şəkildə aşağıdakı kimi 
təsnif etmək olar: 
-
rəngsiz (monoxrom) monitorlar
 
informasiya ekranda 
yalnız ağ və qara rənglərin köməyi ilə verilir (bəzən qara 
əvəzinə yaşıl və ya narıncı-qızılı rəng istifadə edilir); 
-
rəngli monitorlar
 
– informasiyanın ekrana çıxarılması 
zamanı əsas rənglərin (qırmızı, yaşıl və göy) köməyi ilə rəng 
spektrinə daxil olan bütün rənglər istifadə edilə bilər. 
-
simvol-mətn tipli monitorlar 
– ekrana yalnız mətn tipli 
informasiya çıxarıla bilər, yəni informasiya ekrana simvollar 
şəklində çıxarılır. Bu tip monitorların ekranlarına adətən 25 
sətir və 80 simvol (sütun) yerləşir. Bəzən başqa imkanlara 
malik (25 sətir və 40 sütun, 40 sətir və 80 sütun) monitorlara 
da rast gəlinir. 
-
qrafik imkanlara malik monitorlar 
– ekranda istənilən rəngli 
şəkli, qrafiki, obrazı və s. göstərmək olar. Bu ekranlarda 
informasiya nöqtələrlə (piksellərlə) verilir. Ekrandakı 


46 
nöqtələrin ölçüsü, başqa sözlə ekrana çıxarıla biləcək 
nöqtələrin maksimal sayı bu monitorların imkanlarını fiziki 
xarakterizə edir. 
Müasir kompüterlər qrafik imkanlara malik rəngli 
monitorlarla təchiz olunurlar. Belə monitorların imkanları 
1024x768 nöqtə ilə müəyyən edilir, yəni onların ekranında bir 
sətirdə 1024 nöqtə, bir sütunda isə 768 nöqtə yerləşə bilər.
Monitorların inkişaf tarixindən danışarkən aşağıdakı tip 
monitorları qeyd etmək lazımdır: 
-

Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin