V.Ə. Qasımov


 Fərdi kompüterlərin aparat-texniki təminatı



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə20/44
tarix20.10.2023
ölçüsü0,99 Mb.
#157920
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   44
Gasimov-informatika-darslik (1)

3.2. Fərdi kompüterlərin aparat-texniki təminatı 
Müasir fərdi kompüterlər ən müxtəlif sahələrdə - iş 
yerlərinin avtomatlaşdırılması, informasiyanın toplanması, emalı, 


40 
ötürülməsi və digər məqsədlər üçün stolüstü işçi alət kimi istifadə 
edilir. Ümumiyyətlə, kompüter texnikasının tərkibinə müxtəlif 
qurğular daxil ola bilər, lakin standart halda fərdi kompüterlər 
aşağıdakı komponentlərdən ibarət olur. 
3.3. Sistem bloku 
Sistem bloku kompüterin əsas komponentlərini özündə 
birləşdirir və onun özəyini təşkil edir. Sistem blokuna əsasən 
aşağıdakılar daxil olur. 
3.3.1. Ana plata
Ana plata 
– kompüterin əsas elektron sxemidir. Bütün 
qurğular və elementlər: prosessor, soprosessor, əməli yaddaş 
qurğusu, xarici qurğuların qoşulması üçün interfeys portları, audio 
və video kartlar, disk, disket qurğusu və s. ana plataya qoşulur. 
Ana platanın və prosessorun (eləcə də soprosessorun) tipi 
kompüterin əsas xarakteristikasını müəyyən edir. Məsələn, əgər 
kompüterin xarakteristikası Intel Pentium IV 1,76Ghs… 
şəklindədirsə, bu o deməkdir ki, o, Intel Pentium IV tipli 
prosessora, 1,76Ghs tezliyinə və müvafiq ana plataya malikdir.
Qeyd etmək lazımdır ki, hər bir qurğu və platanın ana 
plataya qoşula bilməsi üçün onun üzərində müxtəlif "yuvalar", 
yəni xüsusi yerlər olur. Hər bir qurğunun qoşulması üçün nəzərdə 
tutulmuş yer digərlərindən fərqlənir, yəni "yuvalar" öz növlərinə 
görə unikal olurlar və bir qurğunu digər qurğu üçün nəzərdə 
tutulmuş yerə qoşmaq mümkün deyil. 
3.3.2. Prosessor və soprosessor
Prosessor 
– kompüterdə bütün əməliyyatların yerinə 
yetirilməsi və proseslərin idarə olunması funksiyalarını həyata 


41 
keçirir. Bəzən onu kompüterin "beyni" adlandırırlar. Müasir 
prosessorlar saniyədə 100 milyona qədər əməliyyatı yerinə 
yetirmək qabiliyyətinə malikdirlər. Xüsusi və super kompüterlərin 
prosessorları daha böyük imkana malikdirlər. Son dövrlərdə Intel, 
IBM, AMD, Cyrix və s. kimi məşhur firmaların istehsal etdiyi 
prosessorlar müasir kompüterlərdə daha geniş istifadə edilir, lakin 
keyfiyyətinə, sürətinə və etibarlılığına görə Intel firmasının 
prosessorları daha çox üstünlük təşkil edir.
Məlum olduğu kimi kompüterlərdə yerinə yetirilən 
əməliyyatlar arasında əsas yeri hesab əməlləri tutur. Ona görə də 
kompüterin işləmə tezliyini, eləcə də hesablama sürətini artırmaq 
məqsədilə kompütedə hesab əməllərinin yerinə yetirilmə sürətini 
yüksəltmək lazımdır. Bu məqsədlə kompüterlərdə prosessordan 
əlavə soprosessorlardan istifadə edilir. Soprosessorların təyinatı 
həqiqi ədədlər üzərində əməliyyatların (hesab əməllərinin) yerinə 
yetirilməsidir. Son zamanlar istehsal olunan prosessorlar 
soprossessorun funksiyalarını da özündə birləşdirir. 

Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin