V.Ə. Qasımov


 Bir əlifbadan digərinə keçid



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə26/44
tarix20.10.2023
ölçüsü0,99 Mb.
#157920
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   44
Gasimov-informatika-darslik (1)

 
3.6. Bir əlifbadan digərinə keçid
Standart halda klaviaturadan yalnız ingilis əlifbasının 
hərflərini daxil etmək olur. Digər əlifbaların (Azərbaycan, rus və 
digər milli əlifbaların) hərflərini daxil etmək üçün xüsusi proqram 
təminatlarından istifadə edilir. Bu proqramlar klaviaturanın hər bir 
düyməsinə standart hərf və simvollardan əlavə milli əlifbanın 
hərflərini və simvolları "bağlayır".
Ingilis və milli əlifba arasında keçidi, yəni çevirməni təmin 
etmək məqsədilə klaviaturanın hər hansı bir düyməsinə və ya 
düymələr kombinasiyasına "çevirici" funksiyası mənimsədilir. Bu 
düyməni (düymələri) bir dəfə basmaqla klaviaturada milli 
əlifbaya, təkrar basmaqla isə ingilis əlifbasına keçid təmin olunur. 
Windows sistemində əlifbalar arasında "çevirici" qismində
adətən, 
[Ctrl]+[Shift], 
[Alt]+[Shift], 
sol[Shift]+sağ[Shift] 
kombinasiyaları istifadə edilir. Bəzən klaviaturaya eyni zamanda 
ikidən çox əlifba "bağlanır". Bu halda "çevirici" düymənin hər 
dəfə basılması növbəti əlifbaya və axırıncı əlifbadan sonra isə 
yenidən birinciyə keçirir. 


52 
Xüsusi hazırlanmış klaviaturalarda "çevirici" funksiyasını 
yerinə yetirən düymə nəzərdə tutula bilər, məsələn, Rusiyada 
hazırlanmış klaviaturalarda [RUS / LAT] olur. 
3.7. Siçan qurğusu 
"Siçan" (ingiliscə "Mouse") xüsusi göstərici, idarəetmə və 
daxiletmə qurğusudur. Ona "siçan" adı xarici görünüşünün siçana 
oxşamasına görə verilmişdir. O, ekranda kursorun asan və tez 
hərəkət etdirilməsi, lazımi obyektin seçilməsi, köçürülməsi, 
sürüşdürülməsi və s. işlərin yerinə yetirilməsini çox asanlaşdırır. 
Tamekranlı və qrafik rejimlərdə işləyən (məsələn, Microsoft 
Windows, Macintosh və s.) sistemlərdə siçan əvəzsiz rol oynayır 
və işi xeyli asanlaşdırır. 
Hazırda siçan qurğularının bir neçə növü istifadə olunur. 
Mexaniki qurğular siçanın altında olan sərbəst fırlanan kürələrin 
vasitəsilə göstəricini idarə edir. Siçanı müstəvi səth üzərində 
hərəkət etdirdikdə kürə sürtünmə nəticəsində fırlanır, fırlanmaların 
sayı və istiqaməti işığa həssas xüsusi elementlər vasitəsilə oxunur 
və kompüterə ötürülür. Siçanın hərəkət istiqamətinə müvafiq 
olaraq göstərici də proqram təminatının köməyi ilə ekranda 
hərəkət etdirilir. 
Optik siçanlarda isə xüsusi həssas və əks etdirici ekran olur. 
Ekranın üzərində barmağı hərəkət etdirməklə və ya siçanı səth 
üzərində sürüşdürməklə göstəricini idarə etmək olur. Bu zaman 
barmağın ekran və ya siçanın səth üzərindəki hərəkəti (istiqamət 
və məsafə) ekranın üzərinə çəkilmiş xüsusi ştrixlər vasitəsilə 
müəyyən edilir və onlara uyğun olaraq ekranda göstərici də 
hərəkət edir. 
Klaviaturaya analoji olaraq, siçanlar da sistem blokunun 
arxasında onun üçün nəzərdə tutulmuş "yuva"ya qoşulurlar. Lakin 
son zamanlar infraqırmızı şüaların köməyi ilə işləyən siçanlar da 
istifadə olunmağa başlanmışdır. 


53 

Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin