V.Ə. Qasımov


Aşağı səviyyəli proqramlaşdırma dilləri



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə33/44
tarix20.10.2023
ölçüsü0,99 Mb.
#157920
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   44
Gasimov-informatika-darslik (1)

Aşağı səviyyəli proqramlaşdırma dilləri
isə kompüterin 
aparat-texniki səviyyəsinə yaxın olduğu üçün onların vasitəsilə 
yazılan proqramlar, bilavasitə aparat-texniki vasitələrə müraciət 
edir, ona görə də əsasən, yüksək sürətə, az həcmə malik olmaları 
və kompüterin resurslarından istifadə etmək imkanları ilə 
fərqlənirlər.
Yüksək səviyyəli dillərə C, Pascal, Delphi, Java, Fortran, 
Basic və s. daxildir. Onlardan ən köhnəsi Fortran hesab edilir. O, 
1957-ci ildə Con Bekusun başçılığı altında IBM firmasının 
proqramçılar qrupu tərəfindən yaradılmışdır. Bundan bir müddət 
sonra isə Avropada Alqol dili meydana gəldi.
Beləliklə, bu dillər digər yeni proqramlaşdırma dillərinin 
əsasını qoydu. Belə ki, Basic dili 1965-ci ildə ABŞ-da Con Kemen 
tərəfindən yaradılmışdır. Bu dil bir çox istifadəçilər üçün çətin 
olan Fortranın sadələşmiş versiyasıdır. 1969-cu ildə isveçrəli alim 
Nikolas Virt tərəfindən Alqol dilinin əsasında Pascal dili yaradıldı. 
Pascal dili quruluşuna və istifadə mexanizmlərinə görə Basic 
dilindən çətin deyildi, lakin bir sıra daha geniş imkanlara malik 
idi.
C dili Pascal dilinin elementlərinindən istifadə etməklə 
Denis Ritçin rəhbərliyi altında Bell Laboratories amerikan firması 
tərəfindən 1972-ci ildə işlənib hazırlanmışdır. C yüksək səviyyəli 
proqramlaşdırma dilləri içərisində daha səmərəlisi hesab olunur. C 
dilinin sonrakı inkişafı nəticəsində C++ və Java dilləri meydana 
gəlmişdir.
Son 
zamanlar 
çox geniş istifadə edilən Delphi 
proqramlaşdırma dili də Pascal dilinin kompüter şəbəkələri üçün 
inkişafı nəticəsində yaranmışdır.
Aşağı səviyyəli dillərə misal olaraq Assembler dilini 
göstərmək olar. Assembler aşağı səviyyəli dil olaraq ingilis dilində 
qısaldılmış sözlər şəklində yazılmış əmrlərə malik dildir. Bu dil 
kompüter texnikasının istənilən qurğusunun, mikrosxeminin 
proqramlaşdırılması üçün müvafiq operatorlardan istifadə edir. O, 


64 
maşından asılı dil hesab olunur və hər növ maşınlar üçün fərqli 
olur.
Qeyd edildiyi kimi, yazılmış proqramların kompüterdə 
reallaşdırılması üçün onlar maşın dilinə çevrilməlidir. Bu 
məqsədlə həmin dillərin translyatorlarından istifadə edirlər. 
Translyator proqramları iki cür olur: 

Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin