V.Ə. Qasımov


Səkkizlik (onaltılıq) say sistemindən onluq say



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə17/44
tarix20.10.2023
ölçüsü0,99 Mb.
#157920
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   44
Gasimov-informatika-darslik (1)

2.7. Səkkizlik (onaltılıq) say sistemindən onluq say 
sisteminə və əksinə keçid qaydaları 
Onluq say sistemində olan tam ədədlərin səkkizlik 
(onaltılıq) say sisteminə çevrilməsi üçün həmin ədədi ardıcıl 
olaraq 8-ə (16-ya) bölmək lazımdır. Bu çevirmə proseduru onluq 
say sistemindən ikilik say sisteminə keçid proseduru ilə tamamilə 
eyni olduğundan burada yalnız bir misalla kifayətlənəcəyik. 
Misal
. 31318 onluq ədədinin səkkizlik say sisteminə 
çevrilməsi tələb olunur. 
Ədəd
Qismət Qalıq 
31318 : 8 = 3914 6 
3914 : 8 = 489 2 
489 : 8 = 61 1 
61 : 8 = 7 5 





Səkkizlik ədəd 


29 
Beləliklə, 31318
10 
=> 75126
8

Tam ədədin səkkizlik (onaltılıq) say sistemindən onluq say 
sisteminə çevrilməsi üçün mərtəbələrə ayırma qaydasından 
istifadə olunur. 
Misal
. Səkkizlik say sistemində olan 613
8
ədədini onluq 
sistemə çevirmək lazımdır. 
6103
8
=> 6x8
3
+1x8
2
+0x8
1
+3x8
0
=3072+64+0+3=3139
10

Beləliklə, 6103
8
=> 3139
10

2.8. Kəsr ədədlərin bir say sistemindən digər say 
sisteminə çevrilməsi 
Ikilik (səkkizlik və ya onaltılıq) say sistemindən kəsr ədədin 
onluq say sisteminə çevrilməsi üçün ədədin tam hissəsi 2.2 saylı 
paraqrafda göstərilən qaydaya uyğun olaraq ifadə olunur, 
vergüldən sonrakı rəqəmlər isə sistemin əsasının (2, 8 və ya 16) 
mənfi üstlü qüvvətlərinə (həmin rəqəmin soldan sağa 1-dən 
başlayaraq artan sıra ilə nömrəsinə uyğun) hasillərinin cəmi 
şəklində göstərilir.
Misal
. Ikilik say sistemində verilmiş 101,1010
2
ədədini 
onluq say sisteminə çevirmək tələb olunur. 
101,1010
2
=1

2
2
+0

2
1
+1

2
0
+1

2
-1
+0

2
-2
+1

2
-3
+0

2
-4
=
=
8
5
5
8
1
2
1
5



=5,625
10

Onluq say sistemində verilmiş kəsr ədədin ikilik (səkkizlik 
və ya onaltılıq) say sisteminə çevrilməsi üçün tam və kəsr hissələri 
ayrı-ayrılıqda çevirmək lazımdır. Belə ki, tam hissənin çevrilməsi
yuxarıda baxılmış qaydalara (2.3 saylı paraqraf) uyğun olaraq 
aparılır. Kəsr hissəsinin çevrilməsi isə aşağıdakı kimi həyat 
keçirilir.


30 
Tutaq ki, n - verilmiş ədədin kəsr hissəsində olan rəqəmlərin 
sayıdır. Kəsr hissədə olan ədəd 2-yə (8 və ya 16) vurulur. Alınmış 
nəticədə sağdan sola doğru n rəqəm saxlanılır, n+1-ci rəqəm isə 
ayrılır. Əgər bu rəqəm say sisteminin əsasından kiçikdirsə, o, qeyd 
olunur, əks halda onun əvəzinə 0 rəqəmi qeyd olunur. Bu proses 
sağda olan n sayda rəqəmlər sıfra çevrilənə qədər davam etdirilir. 
Bu rəqəmlər sıfra çevrilməyə bilər və proses sonsuzluğa qədər 
davam edə bilər. Ona görə də çevirmə zamanı kəsrin dəqiqliyi 
əvvəlcədən müəyyən olunmalıdır. 
Sonda qeyd olunmuş rəqəmləri axırdan başlayaraq soldan 
sağa doğru ardıcıl yazdıqda onluq ədədin kəsr hissəsinin ikilik 
(səkkizlik və ya onaltılıq) say sistemində ekvivalenti alınmış olar. 
Misal
. Onluq say sistemində verilmiş 5,625
10
ədədini ikilik 
say sistemin çevirmək tələb olunur. 
1.
Verilmiş ədədin tam hissəsi ayrılıqda ikilik sistemə çevrilir: 
5
10
=101
2
2.
Kəsr hissə ikilik sistemə aşağıdakı qaydada çevrilir (burada 
n=3): 
Beləliklə, 5,625
10
=> 101,101
2

625 х 2 = 1 250
250 х 2= 0 500 
500 х 2 = 1 000 
sağdan n=3 sayda rəqəm sıfra 
bərabər olduğundaan proses 
dayandırılır. 




0,625
10
=> 0,101 
n=3 sayda rəqəm saxlanılır 
n=3 sayda rəqəm saxlanılır 


31 
Səkkizlik və onaltılıq say sistemləri ilə onluq say sistemi 
arasında çevirmələr də analoji qaydada yerinə yetirilir. 

Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin