Və vasiTƏLƏRİ fənnindən mühazirələr toplusu hazirladi qaim cəFƏrov metrologiya haqqında ümumi məlumat


Avtomat telefon stansiyasında aparılan ölçmələr



Yüklə 1,11 Mb.
səhifə54/59
tarix18.12.2022
ölçüsü1,11 Mb.
#76160
növüMühazirə
1   ...   51   52   53   54   55   56   57   58   59
V vasiT L R f nnind n m hazir l r toplusu hazirladi qaim c F r

Avtomat telefon stansiyasında aparılan ölçmələr
Rabitə kanallarının istismarı zamanı kanal, kabel və stansiya ölçmələri aparılır.
Kanalın parametrlərinin ölçülməsi sönmənin və güclənmənin ölçülməsindən, kanalın səviyyə diaq­ramının tərtib olunmasından və küyün ölçülməsindən ibarətdir. Bu ölçmələr nəticəsində kanalın və­ziyyəti haqqında məlumat əldə olunur. Ölç­mə nəticəsində alınan qiymətlər norma qiymətləri ilə müqayisə edilir və kanalın işə yararlı olub-olmadığı müəyyən olunur. Kanal istis­mara buraxılmazdan əvvəl onun tezlik xarakteristi­ka­sı çıxarılır və traktdakı xidmət olunmayan gücləndirmə məntəqə­ləri yoxlanı­lır. Bütün bunlar xüsusi jurnalda qeyd olunur.
Kabel ölçmələrinə kabelin parametrlərini – şleyf müqa­vimətinin, izolyasiya müqavimətinin, omik asimmetriyanın, da­mar­lararası elektrik tutumunun ölçül­məsi aiddir. Bu zaman kabelin parametrlərinin norma qiymətlərinə uyğun olub – olmaması və kabellərdə nasazlıqlar aşkar olunur. Optik kabelli sistemlərdə isə bu əmə­liyyatlar reflektometr cihazı vasitəsilə həyata keçirilir.
Stansiya ölçmələri avtomat telefon stansiyalarının ( ATS ) avtozalında və kross otağında apa­rılır. Bu məqsədlə ATS - in kross otağında kompüter quraşdırılır. Xüsusi alqoritmik proqramla buradan xətt avadanlığında və stansiya avadanlığında ölçmələr aparılır.
Avtomat telefon stansiyalarında yerinə yetirilən ölçmə və əmə­liyyatlar aşağıdakılardır:

  • ATS – in qida batareyasının gərginliyinin ölçülməsi. Bu gərginlik koordinat ATS – lər üçün 58 ÷ 64 V, elektron ATS – lər üçün 48 ÷ 54 V həddində olmalıdır.

  • Xəttin məşğul olub - olmamasının yoxlanılması və bu dövrədə ölçmə aparılması.

  • Abunəçi xəttinin şleyf müqavimətinin, asimmetriya müqa­vimətinin, izolyasiya müqavimətinin və damarlararası elektrik tutumunun ölçülməsi.

  • Xəttin qırıq olmasının, qısa qapanmasının, dövrədə torpaq­lamanın olmasının və dövrələrarası keçid sönməsinin ölçülməsi.

Elektron və rəqəmsal tipli ATS - lərdə ümumi kanal siqnallaşması ( OKS № 7 ) vardır.
Elektron ATS – in tipindən asılı olaraq hər birinin öz nəzarət siqnallaşması vardır ki, bu da kompüter vasitəsilə işçi personal tərəfindən təyin edilir. Stansiyadan nömrənin açılıb – bağlanması, test olunması, abunəçilərə servis xidmətlərinin verilməsi xüsusi tərtib olunmuş proqram vasitəsilə həyata keçirilir ( Sistem – 12 tipli EATS – də əmrlər əsasında ).
NGN tipli rabitə şəbəkələrində ölçmələr kanalların test olunması vasitəsilə aparılır. Kanalların və abunəçi xəttlərinin yoxlanması zamanı a və b naqilləri ayrılıqda yoxlanılır və xəttin müx­təlif parametrləri ölçülür. NGN tipli rabitə şəbəkələri aralarında birləşmə İP protokollarla, digər ATS – lərlə ( sistemlərlə ) OKS № 7 vasitəsilə yaradılır. Əsasən telefon yükünün və xidmətetmə keyfiyyətinin parametrləri ölçülür.


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin