Və vasiTƏLƏRİ fənnindən mühazirələr toplusu hazirladi qaim cəFƏrov metrologiya haqqında ümumi məlumat


Şəkil 16.1. Əks olunan gücün kabelin uzunluğundan asılılıq qrafiki



Yüklə 1,11 Mb.
səhifə57/59
tarix18.12.2022
ölçüsü1,11 Mb.
#76160
növüMühazirə
1   ...   51   52   53   54   55   56   57   58   59
V vasiT L R f nnind n m hazir l r toplusu hazirladi qaim c F r

Şəkil 16.1. Əks olunan gücün kabelin uzunluğundan asılılıq qrafiki

Şəkil 16.1 – də göstərilmiş qrafikdən görünür ki, əks olunmalar kabellərin pis birləşən yerindən, qaynaq yerindən, təsadüfən yayılma və əks olunma oblastından və nəhayət kabelin uzaq sonundan baş verir. Kabelin sonu və yaxud qırıq yerindən əks olunma frenel əks olunmadır, yəni bu səviyyənin sıçrayışla azalması ilə xarakterizə olunur.


Müqayisə üsulunun əsasını yoxlanan liflərdə optik gücün ölçmə nəticələrinin məlum xarakteristikalara malik liflərlə müqayisəsi təşkil edir.

Optik impuls reflektometri

Optik impuls reflektometr cihazı əsasən optik ötürmə sistemlərində ölçmələr aparmaq üçün nəzərdə tutulmuşdur. Optik impuls reflektometri optik və digər növ kabel xəttlərində bütün növ zədələnmələrin növünü və yerini dəqiq təyin edən rəqəm ölçmə cihazıdır. Reflektometr cihazı impuls ölçmə üsulu vasitəsilə zondlayıcı impulsun reflektoqramması sayəsində kabel xəttlərinin vəziyyətini, parametrlərini və xəttin uzunluğunu müəyyən edir, qeyri - bircinslik yerinə qədər olan məsafəni, xəttin qırılma yerini dəqiq təyin edir. Körpü üsulu vasitəsilə xəttin şleyf müqaviməti, omik asimmetriyası, xəttin elektrik tutumu, izolyasiya müqaviməti və yüksək omlu zədələnmə yerinə qədər olan məsafə dəqiqliklə ölçülür. Cihazın yeni proqram təminatı və yaddaş qurğusunun gücü hesabına xəttdə maneə siqnallarının olmasından asılı olmayaraq zədələnmə yerinin təyin edilməsi mümkündür. Optik impuls reflektometri ilə ölçmə apardıqda ölçü sxemləri və ölçülən parametrlər cihazın ekranında vizual olaraq qrafiki formada və simvollarla əks olunur. Cihazın texniki xarakteristikasına dinamik diapazon və ölçmə diapazonu, məsafənin ölçmə dəqiqliyi, sönmənin ölçmə dəqiqliyi aiddir. Cihaz eyni vaxtda 3 kabel xəttinin parametrlərini yoxlamaq qabiliyyətinə malikdir. Reflektometr cihazı vasitəsilə alınan nəticələr kom­püterə ötürülür və onun yaddaş qurğusunda saxlanılır. Cihazın yaddaşı 100 kabelin ölçmə sxemlərini və 50 kabelin parametrlərini yadda saxlamağa imkan verir. Cihazla aparılan ölçmələr zamanı alınan norma qiymətlərindən kabel xəttlərinin pasportlaşdırılmasında istifadə olunur.


Optik sistemlərdə istifadə olunan ölçmə cihazlarından biri də lazurit cihazıdır. Lazurit lifli optik rabitə sistemlərinin parametrlərini ölçmək və optik rabitə xəttlərində qorunmanı qiymətləndirmək üçün proqramlaşdırılmış cihaz kompleksidir. Bu cihaz optik tester və reflektometrin imkanlarını özündə birləşdirir. Cihaz vasitəsilə optik şüalanmanın gücünü, optik liflərdə və onların birləşmələrində sönməni ölçmək, lifli optik xəttlərin uzunluğunu təyin etmək, lifli birləşmələrdə qeyri – bircinsliyi aşkar etmək, zədələnmə yerini vizual olaraq təyin etmək, optik şüalanmanı gücləndirmək mümkündür. Cihazın üstün cəhətləri parametrlərin hesablanmasının avtomatlaşdırılması, avtomatik və əl rejimində işləyə bilməsi, laboratoriya şəraitində və səhra şəraitində xarici qida mənbəyi vasitəsilə işləyə bilməsidir. Lazurit cihazının əsas texniki xarakteristikaları aşağıda göstərilmişdir:
dalğa uzunluğunun diapazonu:
850 ± 40 nm; 1310 ± 40 nm; 1550 ± 40 nm;
dinamik diapazon :
850 - 27 nm; 1310 – 36 nm; 1550 – 34 nm;
optik şüalanmanın gücünün ölçmə diapazonu:
850 nm, 1310 nm, 1550 nm;
ölçmə məsafəsinin diapazonu ( 2 ÷ 240 ) km;


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin