Quranda bizim danışığımızdan fərqli olaraq “kəlmə” sözü şəxsiyyətə və insana aiddir.
a) “Allah sənə Öz tərəfindən gələn kəlməni (İsanı) təsdiq edən, (tayfasına) ağa, nəfsinə hakim və əməlisalehlər zümrəsindən bir peyğəmbər olacaq Yəhyanın (dünyaya gələcəyi) xəbərini müjdə verir.”5
Bu ayədən aydın olduğu kimi “kəlmə” sözündən məqsəd Həzrət İsadır.
b) “Ya Məryəm! Həqiqətən, Allah Öz tərəfindən bir kəlmə ilə səni müjdə verir. Onun adı Məryəm oğlu İsa əl-Məsihdir...”6
“Həqiqətən, Məryəm oğlu İsa əl-Məsih ancaq Allahın peyğəmbəri və onun kəlməsidir...”7
“Əgər Rəbbimin kəlmələrini yazmaq üçün dərya mürəkkəb olsaydı, dərya qurtarardı...”8
“Əgər yer üzündəki bütün ağaclar qələm olsaydı, dəryaya isə yeddi dərya belə qoşulsaydı, (dəryalar mürəkkəb olsaydı) yenə də Allahın kəlmələri tükənməzdi...”9
Bu ayələrə diqqət yetirsək görərik ki, “kəlmə” sözündə məqsəd həmin təvəssül olunmuş müqəddəs adamlardır.
Rəvayətlərdən bəlli olduğu kimi, bu müqəddəs şəxsiyyətlərdən yalnız Məhəmmədin (s) adı çəkilib. Elə buna görə də şiə hədislərində bu həqiqət (“kəlmə” sözünün mənası) iki şəkildə təfsir olunub: 1) “Kəlmə” sözü “müqəddəs insanlar” mənasında işlənmişdir. 2) Onların nurani oxşarlıqları nəzərdə tutulub.
Ayənin təfsiri:
Adəm ərşə baxanda bir neçə nəfərin adının yazıldığını müşahidə etdi və bu adlara təvəssül etdi. Adəmə vəhy olundu:
Bu, Allahın ən sevimli məxluqlarının adıdır. O adlar bunlardan ibarətdir:
Məhəmməd, Əli, Fatimə, Həsən və Hüseyn (ə).
Adəm tövbəsinin qəbul olunması üçün bu adlara təvəssül etmişdir.1
Başqa şiə hədislərində isə, belə nəql olunur ki, Adəm bu beş müqəddəs şəxsin nurlarını ərşdə (asimanda) görmüşdür. Bu hədisdən tam xəbərdar olmaq üçün “Bürhan” təfsirinə müraciət edə bilərsiniz.2
2) Tarix və hədis kitablarına müraciət etsək, görərik ki, Həzrət Adəmin (ə) Peyğəmbərə (s) təvəssül etməsində heç bir şübhə yoxdur. Çünki imam Malik Peyğəmbərin hərəmində Mənsur Dəvaliqiyə belə göstəriş verir:
“Peyğəmbər sənin və sənin atanın vasitəçisidir.”3
İslam şairləri bu həqiqəti nəzmə çəkmişlər. Şerin məzmunu belədir:
Allah onun (Peyğəmbərin) vasitəsi ilə, Adəmin duasını qəbul etdi və Nuha gəminin içərisində nicat verdi.
Adəmin günahları elə adamların vasitəsi ilə bağışlanıb ki, onlar Allahın ən yaxın bəndələri və parıldayan ulduzlardır.4
Dostları ilə paylaş: |