Dördüncü hədis
Peyğəmbərin öz peyğəmbərliyinə və özündən qabaqkı peyğəmbərlərə təvəssül etməsi.
“Əsədin qızı Fatimə (Həzrət Əlinin (ə) anası) vəfat etdikdən sonra Allahın Rəsulu onun başı üstünə gəlib buyurdu:
“Ey mənə anamdan sonra analıq edən, Allah sənə rəhmət eləsin!” Sonra Üsaməni, Əbu Əyyubu, Ömər ibn Xəttabı və qulamını çağırıb, onlara qəbrin hazırlanmasını göstəriş verdi. Qəbir hazır olandan sonra Peyğəmbər qəbrin içində çiyni üstə uzanıb belə dua etdi:
“Ey öldürən və dirildən, əbədi diri olan Allah! Səni Peyğəmbərinin və məndən qabaqkı peyğəmbərlərin haqqında and verirəm. Əsədin qızı Fatiməni bağışla və yerini geniş elə.”
“Xülasətül-kəlam” kitabının müəllifi deyir:
“Bu hədisin düzgün olduğunu Təbərani “Möcəmül-kəbir” və “əl-Övsət” kitabında, həmçinin İbn Həbban və Hakim nəql edərək təsdiq edirlər.”5 Seyyid Əhməd Zeyni-Dəhlan “əd-Dürərüs-sünniyyə fir-rəddi ələl-vəhabiyyə” kitabında yazır:
“B hədisi tanınmış mühəddis İbn Əbi Şəybə Cabirdən, İbn Əbdül Bərr Abbasdan və Əbu Nəim Ənəsdən rəvayət etmişlər. Bu sənədlərin hamısını Cəlaləddin Süyuti “Camei-kəbir” kitabında yazmışdır.”6
Yazıçı bu hədisi yazılmış şəkildə iki kitabdan istifadə edərək söyləmişdir:
1) Hilyətül-Övliya / müəllif: Əbu Nəim İsfəhani / c. 3, s. 121.
2) Vəfaül-Vəfa / müəllif: Səmhudi / c. 3, s. 899.
Dostları ilə paylaş: |