Вәһһаби Мәзһәби


İslami hədislərdə Həccin siyasi-ictimai cəhətləri



Yüklə 1,5 Mb.
səhifə37/98
tarix02.01.2022
ölçüsü1,5 Mb.
#1053
1   ...   33   34   35   36   37   38   39   40   ...   98

Onuncu fəsil

İbadət və itaətdə tövhid

(Vəhhabilərin bəhanəsi)


Bütün dövrlərdə səmavi peyğəmbərlərin dəvəti bir olan Allaha ibadət etmək olmuşdur. Yəni bütün insanlar Allaha ibadət etməli, başqa mövcudlara və məxluqlara ibadət etməkdən çəkinməlidirlər.

Bir olan Allaha ibadət etmək və ikiliyə ibadət etməyin zəncirini sındırmaq səmavi göstərişlərin əsasını təşkil etmiş və bütün ilahi peyğəmbərlərin başlıca məqsədi olmuşdur. Peyğəmbərlər sırf şirklə, xüsusi ilə də ibadətdə olan şirk ilə mübarizə aparmışlar.

Quran bu həqiqəti açıq-aşkar xatırladır:

“Biz hər ümmətə: − Allaha ibadət edin, Tağundan çəkinin! −deyə peyğəmbər göndərmişik.”1

“(Ya Məhəmməd!) Səndən əvvəl elə bir peyğəmbər göndərmədik ki, Ona: “Məndən başqa heç bir tanrı yoxdur. Buna görə də, yalnız mənə ibadət edin!”− deyə vəhy etməyək2.”

Bir olan Allaha ibadət etmək bütün şəriətlərdə ən başlıca məqsəddir:

“(Ya Məhəmməd!) Söylə: “Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan (fərqi olmayan) bir kəlməyə tərəf gəlin! (o kəlmə budur:) Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək...”3

İbadətdə tovhid əsl və möhkəm sütunlardan biridir və heç bir müsəlman bunun ziddinə çıxmayıbdır. Bütün tayfaların bu haqda nəzəri birdir. “Mötəzilə” dəstəsi “feldə tovhid”-i, “əşairə” dəstəsi isə “sifətdə tövhid”-i qəbul etməmələrinə baxmayaraq, bunlar hamısı ibadətdə tovhidi qəbul edirlər. Heç bir müsəlman bunu inkar edə bilməz. Əgər, bu haqda müsəlmanlar arasında ixtilaf varsa, bunlar hamısı ibadətin növlərinə aiddir. Yəni hər hansı bir əməlin ibadət olub-olmamasında ixtilaf vardır. Allahdan başqasına ibadət etmək haram və şirkdir. Buna görə də gərək biz ibadətin leksik (lüğəvi) və Quranda olan mənasını işıqlandıraq.

Daha açıq desək, ibadətdə tovhid xüsusi bir dəstəyə aid ediləsi bir əməl deyildir. Əksinə, bütün müsəlmanların nəzərində bir əməl sayılır. Lakin bəzi əməlləri bir qrup ibadət adlandırırlar. Başqa müsəlmanların nəzərində isə bu əməllər ibadət sayılmır. Buna görə də, gərək ibadətə məntiqi cəhətdən tərif verməklə əhatə dairəsini müəyyənləşdirək.


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin