Вәһһаби Мәзһәби


Kitabın tərcüməsində istifadə olunmuş ədəbiyyat



Yüklə 1,5 Mb.
səhifə39/98
tarix02.01.2022
ölçüsü1,5 Mb.
#1053
1   ...   35   36   37   38   39   40   41   42   ...   98

İbadətin düzgün tərifi


Birinci tərif: Allaha qarşı əqidə ilə təvazökar və kiçiklik halında yerinə yetirilən əməl və yaxud deyilən nitq və ya sözə ibadət deyilir.

İndi görək ilahiyyat nə deməkdir? İlahiyyat “allahlıq” mənasında olub, “ilahi” isə Allah deməkdir. Əgər “ilah” kəlməsi məbud kimi təfsir olunursa, bu o deməkdir ki, məbud ilahın əsl həqiqi mənasını daşıyır. Əksinə, həqiqi və qondarma “ilahlara” bütün dünya millətləri arasında ibadət olunduğuna görə “ilah” kəlməsi məbud təsəvvür olunmuşdur. Əslində isə, məbudluq “ilahın” lazımlı şərtlərindən biridir.

Daha açıq desək, ilah kəlməsinin açıq mənası Allah deməkdir, yəni həmin “La ilahə illəllah”5 ixlas ifadəsidir.

Əgər ilah sözü burada məbud mənasında işlənsə idi, ixlas ifadəsi öz həqiqi mənasını itirəcəkdi. Çünki məlum olduğu kimi, bu dünyada Allahdan başqa minlərlə məbud var. Bu mətləbin həqiqətini ayələrlə araşdırsaq, görərik ki, ibadət əqidə ilə Allaha doğru əməl və rəftara deyilir. Və belə bir əqidə ilə başqa mövcudlara ibadət olunmamalıdır. Quran Allaha ibadət etməyi göstəriş verməklə yanaşı, Allahdan başqa ilah olmadığını da sübut edir:

“Ey bəndələrim! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur” / Əraf surəsi, 59-cu ayə/.

Bu ayənin məzmunu Quranda bir çox yerlərdə işlənmişdir. Əziz oxucular! Əraf surəsinin 58, 65, 73; Hud surəsinin 5, 61, 84; Ənbiya surəsinin 25; Möminun surəsinin 23, 32 və Taha surəsinin 14-cü ayələrinə müraciət edə bilərsiniz.

Bu ayələr əqidə ilə Allaha doğru təvazökarlığın ibadət olduğunu açıqlayır. Başqa ayələr də bu həqiqəti isbat edir:

“Onlara: “Allahdan başqa heç bir tanrı yoxdur” deyildiyi zaman təkəbbür göstərirdilər” /Saffat surəsi, 35-ci ayə/.

Yəni müşrik və kafirlər Quranın bu sözünə əhəmiyyət vermirdilər və başqa mövcüd olan ilahilərin ilahlığına inanırdılar. “Yoxsa onların Allahdan başqa bir tanrısı vardır? Allah bunların Ona qoşduqları şəriklərdən tamamilə uzaqdır!”1

Ayədə insanların Allahdan başqasını qəbul etdikləri üçün bu əməl şirk sayılır. “O kəslər ki, Allaha başqa tanrı şərik qoşdular! Onlar (başlarına gələcək müsibəti, düçar olacaqları əzabı, bütün dəb əməllərinin aqibətini) biləcəklər.”2

“Onlar Allahla yanaşı, başqa bir tanrıya ibadət etməz...”3

Müşriklər öz bütlərinə əqidə bağladıqlarına görə bu kimi ayələr nazil olmuşdur. “(Müşriklər Qiyamət günü) onlar üçün şəfaət diləsinlər (yaxud Allahın əzabını onlardan dəf etsinlər) deyə, Allahdan başqa tanrılar qəbul etdilər.”4

“Məgər siz Allahla yanaşı başqa tanrılar olduğuna şahidlik edirsiniz?”5

“Xatırla ki, bir zaman İbrahim atası Azərə demişdi: “Sən bütləri tanrılarmı qəbul edirsən?”6

Bu kimi ayələrdə bütpərəstlərin öz məbudlarına ilah dedikləri üçün bunun şirk olduğu hamıya bəlli olur. Bütlər Allahın məxluqu olduğu halda bunlara ibadət edirdilər. Quran bu haqda buyurur: “Bu, ona görədir ki, yalnız Allah çağırıldığı zaman inkar edir, Ona şərik qoşulduqda isə inanırdınız. İndi isə hökm uca, böyük olan Allahındır.”7 Mərhum Ayətullah şeyx Məhəmməd Cavad Bəlaği “Alair-Rəhman” adlı öz nəfis təfsir kitabında ibadətə belə bir tərif verir:

İbadət insanın özü üçün təyin etdiyi bir varlığın müqabilində onun məqamının uca olmağının haqqını ödəmək üçün təvazökarlıqla etdiyi əməldir.

Mərhum Bəlaği vicdanı ilə ibadətə tərif vermişdir. Qeyd olunmuş ayələr bu tərifin düzgünlüyünü təsdiq edir.

Böyük ustad Həzrət Ayətüllahul-Uzma Xomeyni (Allah ona rəhmət eləsin) öz nəfis kitabında bu nəzərə üstünlük verərək buyurur:

“İbadət bir kəsə Allah ünvanı ilə sitayiş etməkdir. İstər, böyük Allah ünvanında olsun, istərsə də kiçik Allah ünvanında.”8

Bu nəzəriyyəyə açıq-aşkar sübut şirk ilə mübarizə edən ayələr toplusudur. Quran bütün mövcudları və məxluqları ilah adlandırıb sitayiş edənlərlə mübarizə aparmışdır.

Ayələrə müraciət etməklə “ilah” sözünün mənasının Allah olduğunu dərk edərik.


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin