Вәһһаби Мәзһәби



Yüklə 1,5 Mb.
səhifə42/98
tarix02.01.2022
ölçüsü1,5 Mb.
#1053
1   ...   38   39   40   41   42   43   44   45   ...   98

İbadətin üçüncü tərifi


İbadət − Allah və yaxud bütün işlərin başlanğıcı olan varlıq qarşısında təvazökarlıqla sitayiş etməkdir.

Sözsüz ki, bütün yaranış və xilqət, varlığı diriltmək, öldürmək, ruzi yetirmək, bəndələrin günahlarını bağışlamaq və s. bu kimi işlər Allahın əlindədir.

Quran ayələrinə dəqqət yetirməklə, insanların ölüb-dirilməsinin və dünya işlərinin Allahın əlində olduğunun şahidi olarsınız.3 Quran bu kimi işləri başqasına aid etməyin qarşısını almışdır.

Nizam intizamla, zərgər dəqiqliyi ilə yaradılmış dünyada olan hər bir varlıq, mövcudluq bir-birinə sıx bağlıdır. Bu nizamı (ay-günəş, yer, səma, yağış, külək...) yaradan Alladır. Quran bəzi yerlərdə Allahın əmri ilə icra olunan əməllərin, hərəkətlərin səbəblərini də xatırladır:

“Dirildən də, öldürən də Odur. Gecə və gündüzün bir-birinin ardınca gedib-gəlməsi də Onun əmrilədir. Məgər dərk etmirsiniz?”4

Lakin, Quran başqa bir yerdə mələkləri öldürən və dirildən tanıtdırır:

“Nəhayət birinizin əcəli gəlib çatdıqda onun canını mələklər alır.”5

Təbiətdə maddi və qeyri-maddi (mələklər) sayılan məxluqların gördükləri işlər hamısı uca olan Allahın iznilədir. Yəni mələklər Allahın əmri və göstərişi ilə işləri icra edirlər. Əgər bir nəfər bütün bu işləri Allahdan başqa birisinə, məsələn: mələyə, övliyaya aid etsə və bunlara əqidə bağlamaqla onun qarşısında sitayiş etsə, ibadət sayılır. Başqa sözlə desək, əgər Allah bu işləri məxluqa tapşırıb və bu məxluqlar özbaşına, müstəqil bu işləri icra edirlərsə, onda Allaha şərik sayılırlar. Belə bir əqidənin də şirk olması hamıya məlumdur. Quran bu haqda buyurur:

“İnsanların içərisində Allahdan qeyrilərini şərik qoşub, onları Allahı sevən kimi sevənlər də vardır” /Bəqərə surəsi, 165/.

Heç bir məxluq Allahın misli və şəriki ola bilməz. Əgər bir məxluq Allahın göstərişi və izni ilə iş görürsə, deməli, ona itaət etmiş sayılır.

Peyğəmbərin vaxtında olan müşriklər bütlərin bir çox işlərdə azad və müstəqil olduğuna əqidə bağlayırdılar.

Cahiliyyət zamanı insanlar müşrik əqidələri ilə bütün işlərin rahiblərin iradəsilə həyata keçdiyini güman edirdilər

“Onlar Allahı qoyub alim və rahiblərini, Məryəm oğlu İsanı özlərinə tanrılar qəbul etdilər.”6

Allaha məxsus olan şəfaət və bağışlanmağı bütlərə məxsus xüsusiyyət bilirdilər. Amma ayələrdə deyildiyi kimi, Allahın izni olmadan heç kim şəfaət edə bilməz: “Allahın izni olmadan, onun yanında kim şəfaət edə bilər?”7

Əgər onların məbudlarının Allahın izni ilə şəfaət etməyə əqidələri olsaydı, onda Quranda Allahın izni olmadan şəfaət etməyin qadağan olunmasına heç bir ehtiyac olmazdı.

Yunanıstanın hikmət sahiblərindən bəziləri dünyada növünə görə bir neçə Allah olduğunu güman edirdilər. Allaha məxsus olan işlərə qondarma məbudların qüdrəti və qabiliyyəti olduğuna inanırdılar. Dünyanın və insanın yaranışının məbudların iradəsilə baş verdiyinə inanan, Allahın bu işlərdən uzaq olduğunu güman edən cahil ərəblər mələklərə, aya, günəşə və ulduzlara sitayiş edirdilər.8

Onların bəziləri dəmirdən, daşdan düzəldilmiş bütləri yaradan və dünyanı idarə edən bilməsələr də, bu bütləri özlərinə şəfaət edən kimi qələmə verirdilər:

“Onlar Allahı qoyub özlərinə nə bir xeyir, nə də bir zərər verə bilən bütlərə ibadət edir və “Bunlar Allah yanında bizdən ötrü şəfaət edənlərdir” deyirdilər.”1

Bu batil əqidə üzündən bütlərə sitayiş edərək:

“Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik”2 deyirdilər.

Hər bir əməl əqidə üzündən olarsa, ibadət sayılır. Beləliklə, hər bir mövcudun müqabilində əqidə üzündən olmadan təvazökarlıq və hörmət etmək ibadət sayılmır.

Müqəddəs İslam dinində aşiqin məşuqa, nökərin ağaya, arvadın ərə və s. ... səcdə etmələri haram sayılır. Lakin bu əməl əqidə üzündən olmasa ibadət sayılmır. Çünki Allahın izni olmadan heç kim başqa bir şəxsin qarşısında ibadət edə bilməz.



Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin