Вәһһаби Мәзһәби


Üçüncü fəsil Övliyaların qəbri kənarında məscidin tikilməsi



Yüklə 1,5 Mb.
səhifə8/98
tarix02.01.2022
ölçüsü1,5 Mb.
#1053
1   ...   4   5   6   7   8   9   10   11   ...   98

Üç başqa hədisə istinad edilməsi


İndi isə, vəhhabilərin istinad etdiyi daha başqa hədisləri araşdıraq.

1. İbn Macə öz “Səhih” adlı kitabında belə nəql edir:

Məhəmməd ibn Yəhya → Məhəmməd ibn Abdullah Riqaşi → Vəhb → Əbdürrəhman ibn Yəzid ibn Cabir → Qasib ibn Müxəymərə isə Əbu Səiddən belə rəvayət edir1: “Həqiqətən, Rəsulullah qəbrin üstündə tikinti işləri görməyi qadağan edib.”2

2 – Həsən → İbn Ləhyiə → Burid ibn Əbu Həbib → Naim Mövla Ümm Sələmədən belə nəql edir: “Rəsulullah qəbrin üstündə tikinti işləri görməyi və əhəngləməyi qadağan etmişdir.”3

3 – Əbi ibn İshaq → Abdullah ibn Ləhyiə → Burid ibn Əbu Həbib Naim Movla Ümm Sələmədən söyləmişdir: “Peyğəmbər qəbrin üstündə tikinti işləri görməyi və oturmağı qadağan etmişdir.”4

Rəvayət söyləyənlərin də Vəhbin şəxsiyyətinin naməlum olmasını bildirmələri rəvayətin zəifliyinə dəlalət edir. Vəhbin kim olduğu heç kəsə bəlli deyildir.

“Mizanül-Etidal” kitabında “Vəhb” adı on yeddi yerdə işlənib. Vəhbin bunların hansı olduğu bəlli deyil. Bunların çoxu o zamanın hədis qondaranları və yalançıları olublar.5

İkinci və üçüncü hədisin zərəri və müsibəti Abdullah ibn Ləhyiədir. Zəhəbi onun haqqında yazır: “İbn Müəyyən deyir: O, zəifdir və hədislərinə istinad edib əsaslanmaq olmaz. Heç İbn Səid də ona (İbn Ləhyiəyə) hörmət etmir.”6

Biz burada sənədləri araşdırmadan hədislərin üstündən keçib, mühüm bir məsələni yada salırıq:

Tarix yazanlar və İslam hədislərini nəql edənlər Peyğəmbərin pak bədəninin onun səhabəsinin göstərişi ilə evdə, Ayəşənin otağında dəfn olunduğunu deyirlər. Bu işi görən səhabə Əbu Bəkr Peyğəmbərdən nəql etdiyi hədisə əsasən, Peyğəmbəri evdə dəfn etmişdir.

Hədis belədir:

Hər bir Peyğəmbər harada vəfat etsə, orada də dəfn olunmalıdır.7

Sual olunur: Əgər, həqiqətən, Peyğəmbər (s) qəbrin üstündə tikinti işi görməyi qadağan etmişdirsə, nəyə görə onu evdə tavanın altında dəfn etdilər? Nəyə görə müsəlmanlar o cənabın qəbrinin üzərində tikinti işləri aparmaqla onu abadlaşdırdılar? Vəhhabilərin bəzi fanatik yazıçıları bu barədə çox gülünc bir fikir söyləmişlər: “Qəbrin üzərində ev, məqbərə, məscid, günbəz və s. tikmək haramdır, lakin evdə və yaxud tikili yerdə cənazəni dəfn etmək haram sayılmır. Peyğəmbərin (s) qəbri üzərində tikinti işi aparılmayıb, əksinə, onu hazır bir evdə dəfn etdilər.”8

Onlar hədisi belə təfsir etməklə əsl həqiqətə (Peyğəmbərin (s) evdə dəfn olunmasına) bəhanə gətirdilər. Əgər vəhhabilər belə bir həqiqətlə üzləşməsəydilər, hər iki hökmü (evdə dəfn etmək və qəbrin üstündə tikinti işi aparmaq) haram sayardılar.

Biz onlardan soruşuruq:

Məzarın üzərində tikinti işləri görmək haramdır, yoxsa hazır tikili olan yerdə cənazəni dəfn etdikdən sonra həmin tikilini orada saxlamaq, dağıtmamaq haramdır?

Birinci halda, əgər qəbrin üzərində tikinti işi aparmaq haramdırsa, bəs nə üçün Səud hökuməti Peyğəmbərin (s) əhli-beytinin, səhabəsinin və övladlarının qəbirləri üzərində inşa edilmiş tikililəri viran etdi? Tikili inşa etmək haramdırsa, tikili saxlamaq necə haram sayılmır? Tutaq ki, tikilini inşa edənlər günah iş görmüşdülər, tikilini ki, qoruyub saxlamaq haram iş deyildi, bəs nə üçün bu müqəddəs yerləri dağıtdılar?

Bundan əlavə, vəhhabilərin İbn əl-Qeyyim və İbn Teymiyyə kimi sələfləri də bu fərziyyənin əleyhinə çıxıblar, İbn əl-Qeyyim deyir:

“Qəbrin üzərində inşa edilmiş tikililəri dağıtmaq vacibdir. Əgər uçurmağa imkan olsa, tikililəri bir gün belə saxlamaq düzgün deyildir.”

Belə məlum olur ki, vəhhabilər qəbrin üzərində tikili inşa etməyin və bu tikilinin qorunub saxlanılmasının haramlığını təkid edirlər.

Burada belə bir sual ortaya çıxır: Nəyə görə müsəlmanlar Peyğəmbərin (s) pak cənazəsini evdə dəfn etdilər? Düzdür, qəbrin üzərində tikili inşa etmədilər, lakin elə bir iş gördülər ki, Peyğəmbərin (s) qəbri tikili inşaya çevrildi.

Vəhhabilərin bu sualdan boyun qaçırması üçün bir çıxış yolu var, o da müsəlmanların əməllərinə bəhanə gətirərək belə bir fikir söyləmələridir: Qəbrin üzərində sonradan inşa edilmiş tikilinin qorunub saxlanılması haram sayılır. Ancaq tikili inşa edilən zaman orada heç bir qəbir olmasa, onu qoruyub saxlamaq haram deyil. Baxmayaraq ki, tikili məzar üzərində inşa edilmiş tikili formasındadır. Bu da həqiqətə və müsəlmanların əməllərinə gətirilmiş bir bəhanədir.



Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin