On yeddinci fəsil Allahdan başqasına and içmək
Vəhhabilərin diqqətini cəlb edən məsələlərdən biri də Allahdan başqasına and içməkdir.
Sənani adlı vəhhabi yazıçılarından biri “Təthirul-etiqad” adlı kitabında bu əməlin şirkə səbəb olduğunu açıqlayır.1 Əl-hədiyyətüs-sünniyyə kitabının müəllifi bunu kiçik şirk adlandırıb.2
Amma biz Allahın lütfü ilə təəssübkeşlikdən uzaq olan bir mühitdə bu məsələni araşdırırıq. Allahın kitabını, Peyğəmbərin və Əhli-beytin səhih sünnələrini bu yolda bir çıraq hesab edirik.
Allahdan başqasına and içməyə olan əsas və sübutlar
Birinci sübut: Quran hər bir müsəlmanın böyük əmanəti, diri nümunəsi və rəhbəri sayılır. Bu kitabda dəfələrlə Allahdan başqasına and içilmişdir. Bunların hamısını toplasaq, bəhs çox uzanar. Allah-taala təkcə “Şəms” surəsində məxluqlardan doqquzuna and içir. Bunlar aşağıdakılardan ibarətdir:
“Günəş, günəşin işığı, ay, gün, gecə, asiman, yer, insan nəfsi.”3
Həmçinin, “Naziat” surəsində üç,4 “Mürsəlat” surəsində iki,5 “Buruc”, “ət-Tariq”, “əl-Qəsəs”, “əl-Əsr” və “əl-Bələd” surələrində Özündən başqa sair məxluqlara and içir.
Bu ayələrin bəzisinə diqqət yetirin:
“And olsun əncirə və zeytuna,
Anda olsun Tur dağına,
And olsun bu təhlükəsiz şəhərə (Məkkəyə).”6
“And olsun səhərə,
And olsun sakitləşdirməkdə olan gecəyə.”7
“And olsun dan yerinə,
And olsun on gecəyə
And olsun cütə və təkə.”8
“And olsun Tur dağına
And olsun açıq dəri üzərinə yazılmış kitaba
“And olsun Beytül məmura” (Mələklərin ibadət etdiyi yer)
“9And olsun yüksək tavana və dolub daşan dənizə.”
“(Ya Məhəmməd!) Canına and olsun ki, onlar məsləkləri (küfrləri) içində sərgərdan vəziyyətdə durub qaldılar.”10
Quranda bu qədər andlarla yanaşı, Allahdan başqasına and içmək necə haram və şirk sayıla bilər? Quran hidayət və nümunə Kitabıdır. Əgər bu əməl Allah bəndələrinə haram olsaydı, onda Quran ancaq Allaha and içər və Ondan başqasına and içməyin haram olduğunu bizlərə xəbərdarlıq edərdi. Qurandan xəbərsiz olan bəzi insanlar belə bəhanə gətirərək deyirlər:
“Mümküdür, Allahın gördüyü işi başqası görərsə, yaxşı alınmasın.”
Amma bu bəhanənin cavabı bəllidir:
Əgər doğrudan da, Allahdan başqasına and içmək şirk və məxluqu Allaha oxşatmaq sayılırsa, nə üçün Allah-taala belə bir şirk və yaxud kiçik şirk əməlin sahibinə çevrilir? Məgər Allahın Özünə şərik qoşması və başqalarını bu əməldən (şərik qoşmaqdan) çəkindirməsi düzgün sayılırmı?
İkinci sübut: Əziz Peyğəmbər bəzi yerlərdə Allahdan başqasına and içmişdir. O cümlədən:
1− Səhih-Müslimdən nəql olunan hədis:
“Bir kişi Peyğəmbərin yanına gəlib dedi:
−Ey Peyğəmbər, hansı sədəqənin savabı daha çoxdur?” Buyurdu: And olsun atana, xəbərdar olacaqsan. Bil və agah ol ki, sağlam mala həris (göz dikən vaxtı) olub fəqirlikdən qorxaraq gələcəkdə yaşamaq ümidində olan zaman sədəqə verməyin böyük savabı vardır.”1
2− Səhih-Müslimdən başqa bir hədis:
“Nəcd əhlindən bir kişi Peyğəmbərin hüzuruna gəlib ondan İslam dini haqqında soruşdu. Peyğəmbər (s) buyurdu:
− İslamın sütunu bunlardır:
1) Gündəlik beş vaxt namaz.
Kişi dedi:
− Bunlardan başqa namaz var?
Peyğəmbər buyurdu:
− Müstəhəb namazlar.
2) Mübarək Ramazan ayının orucluğu.
Kişi dedi:
− Bundan başqa oruc var?
Müstəhəb oruclar.
3) Zəkat vermək.
Kişi dedi:
−Bundan başqa zəkat var?
Peyğəmbər buyurdu:
− Müstəhəb zəkatlar.
O kişi Peyğəmbərin hüzurunu “Peyğəmbərin kəlamını nə azaldaram, nə də çoxaldaram” − deyə, tərk etdi.
Peyğəmbər buyurdu:
− And olsun onun atasına, düz desə, nicat tapar. And olsun onun atasına, düz desə, behiştə daxil olar.”2
3− Əhməd ibn Hənbəlin Müsnədindən hədis:
“And olsun canıma, əgər yaxşılığa dəvət edib pisliklərdən çəkindirmək istəyirsənsə, daha yaxşı olar ki, sükut edəsən.”3
And içmək haqqında çox hədislər söylənilmişdir. Bunların hamısını nəql etməklə söz uzanar.4 Əmirəlmöminin Əli ibn Əbu Talib İslam əxlaqının böyük nümunəsidir. O öz xütbə, məktub və kəlamlarında dəfələrlə öz canına and içir.5 Hətta, birinci xəlifə də öz sözləri qarşısında dayanan müxatəbin atasına and içərdi.6
Dostları ilə paylaş: |