Dörd məzhəb və Allahdan başqasına and içmə
Vəhhabilərin sübutlarına diqqət yetirməzdən əvvəl məzhəbin rəhbərlərinin fitvaları ilə xəbərdar olmaq lazımdır.7
− Hənəfilər “and olsun atana, and olsun həyatına” və bu kimi andları məkruh bilirlər.
− Şafeilər Allahdan başqasına and içməyi, əgər şərik qoşmaq və təzim niyyəti ilə olmasa, məkruh bilirlər.
Malikilər deyirlər:
− Peyğəmbərə, Kəbəyə və bu kimi böyüklərə və müqəddəs yerlərə and içmək iki cürdür: Məkruh və haram. Lakin bu əməlin haram olduğu daha məşhurdur.
Hənbəlilər deyirlər:
− Allahdan başqasına və onun sifətlərinə and içmək haram olduğu halda Peyğəmbər və övliyalarına da and içmək qadağandır.
Biz bilirik ki, onlar bütün bu fitvalar ilə Quran, Peyğəmbər və ilahi övliyaların sünnəsi qarşısında ictihad etmişlər. Sünnə əhli ictihad qapısını üzlərinə bağladıqları üçün müasir alimlərin onların rəylərinə itaət etməkdən başqa bir çarəsi yoxdur.
Qəstəlanının “İrşadüs-sari” (c. 9, s. 358) kitabında and içməyin məkruh olduğunu Malikdən nəql etməsinə göz yumuruq. Belə bir andın haram olduğunu hənbəlilərə aid etmək əsassızdır. Çünki ibn Qüdamə Hənbəli fiqhi əsasında yazdığı “Əl-Müğni” kitabında deyir:
“Bizim əshabdan bəziləri deyirlər:
Allahın Rəsuluna and içmək elə bir andlardan sayılır ki, bu andı sındırmağın kəffarəsi vardır.”
Əhməd ibn Hənbəldən belə nəql olunur:
“Hər kim Allahın Rəsuluna and içib sonra bu andı sındırsa, boynuna kəffarə gəlir. Çünki Peyğəmbərin haqqı şəhadətin əsaslarından sayılır və buna görə Peyğəmbərə and içmək allaha and içmək deməkdir və hər ikisinin kəffarəsi vardır.”
Belə rəvayətlərdən məlum olur ki, dörd məzhəbin rəhbərləri and içməyin haram olmasına fitva verə bilməzlər.
Dörd məzhəbin fiqhlərinə nəzər yetirdikdən sonra vəhhabilər milyonlarla müsəlmanı kafir adlandırdılar. Nahaq qanlar tökməkdə1 əsaslandıqları iki hədisə nəzər salırıq:
Birinci hədis:
Allahın Rəsulu Ömərin atasının canına and içdiyini eşitdikdə buyurdu:
“Allah-taala sizi atalarınızın canına and içməkdən çəkindirib. Hər kim bunu etmək istəyirsə, Allaha and içsin və yaxud sakit otursun.”2
Dostları ilə paylaş: |